Microsoft Word Jurnal 1 13 ed doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/51
tarix26.11.2017
ölçüsü5,01 Kb.
#12659
1   ...   33   34   35   36   37   38   39   40   ...   51

Fəlsəfi etüdlər
 
 
 
113
Amma bu da bəllidir ki, bir çox universitetlərdə fəlsəfə fakültələri var 
və müəyyən qisim adamlar fəlsəfədən dissertasiya yazıb elmi dərəcə alırlar. 
Belə  təəssürat yarana bilər ki, guya filosof hazırlanır. Amma əslində bu 
kadrlar fəlsəfə meyvələrini  əkib-becərmək, yetişdirmək üçün yox, onları 
paylamaq və  mənimsətmək üçün hazırlanırlar. Sadəcə filosofluğun fəlsəfi 
bilikləri yadda saxlayıb sonra təbliğ  və  tədris etmək işindən nə  dərəcədə 
fərqli olduğunu nəzərə almaq lazımdır. Baxmayaraq ki, Kanta görə, insanın 
metafizikaya (filosofluğa) təbii meyli vardır
1
, amma bu meyl çox az adam-
larda realizasiya oluna bilir. «Filosofluq eləməyi bacarmayan adamı filosof 
adlandırmaq olmaz. Filosofluq eləməyi isə yalnız məşqlər və əqlin müstəqil 
şəkildə tətbiqi sayəsində öyrənmək olar.»
2
 
Əslində insanın özü haqqında düşünməyə heç vaxtı da olmur, çünki 
min illər boyu ictimai tərəqqi buna gətirib çıxarıb ki, əmək bölgüsü getdikcə 
daha çox differensiallaşıb.  İnsanlar əslində hansısa bir təsadüf üzündən bu 
və ya digər sahədə ixtisaslaşıb və, deməli, bütün diqqətini də  məhz həmin 
sahəyə yönəldib. 
Əmək bölgüsü insanın tamlığını  əlindən alır və onun özünün də 
bölünməsinə gətirib çıxarır. 
İnsan öz bütövlüyünə qayıtmaq üçün sanki tarixi keçmişə dönməli və 
digər insanlarsız təbiətlə üz-üzə dayanmalıdır. Yaxud heç olmasa hərdən bir 
cəmiyyətdən ayrılaraq özünə qapılmalı, və cəmiyyət vasitəsilə deyil, bir tək 
olaraq, vahid bir varlıq kimi dünya ilə münasibətini aydınlaşdırmalıdır. Bu 
işlə əslində ancaq filosoflar məşğul olurlar. Başqa sözlə desək, filosofluğun 
bir  şərti də  cəmiyyətin fövqünə qalxmaqdır. Cəmiyyətə daxil olan, onun 
strukturunda hansısa bir yer tutan və bununla da mövcud ictimai münasibət-
lərin daşıyıcısına çevrilən və ya ictimai varlığın bir zərrəsi olan insanlar öz 
bütövlüyündən könüllü və ya könülsüz, şüurlu və ya şüursuz surətdə imtina 
etdiklərinə görə filosofluq məqamına qalxa bilmirlər. Əslində ən pisi bunu 
şüursuz etməkdir, çünki şüurlu surətdə bölünmək, parçalanmaq, biçilmək və 
hansı isə ümumi böyük bir işin bir hissəsi olmaq o deməkdir ki, şüurlu su-
rətdə də həmin yollarla geriyə qayıtmaq və yenidən öz tamlığını əldə etmək 
                                                 
1
 Кант И., Критика чистого разума //Сочинения в 8 т. Т. 3; М.: Чоро, 1994, с. 53 – 54. 
2
. Кант И., Логика //Сочинения в 8 т., Т. 8; М.: Чоро, 1994, с. 281 


Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1
 
 
 
 
114
imkanı,  şansı  hələ qalmaqdadır. Bu yolu şüursuz surətdə gedənlər isə bu 
qaranlıq labirintlərlə heç vaxt geri dönə bilməzlər, yəni onlar öz bütövlüyü-
nə qayıtmaq və hansı isə məqamda dünya ilə təkbətək dayanmaqla filosof-
luq məqamına yüksəlmək şansını artıq itiriblər. 
Və insanların böyük əksəriyyəti yolu gözü bağlı getdiklərindən düş-
dükləri yer dünyanın, hissəsi, yarımçığı onlar üçün sanki dünyanı əvəz edir 
və onlar özü də bu yarımçıq dünyada yarımçıq insan olaraq yaşayırlar. 
İki yarımçığın münasibəti. Və  nə  qədər belə gözü bağlı insan varsa, 
bir o qədər də belə yarımçıq münasibətlər var. Bu münasibətlər hər biri fər-
didir, təkcə həmin adamı və təkcə həmin situasiyanı səciyyələndirir və bəşə-
riyyət üçün məna kəsb etmir. Bəşəriyyət üçün məna kəsb edən – çoxları 
üçün, əksəriyyət üçün eyni olan, təkrarlanan və bununla da müəyyən qanu-
nauyğunluğu ifadə edən münasibətlərdir. Fəlsəfə    əslində  çoxları da deyil, 
ümumiyyətlə insanı, insan ümumisini bir tam halında intixab edərək onun 
bölünməmiş, paralanmamış dünya ilə  təmasını öyrənir. Söhbət dünyanın 
əsasını özündə ehtiva edən və bütöv dünyanı simvolizə edən, bütöv dünya 
adından çıxış etmək əzmində olan bir dünyadan gedir. 
Bütöv dünya obrazı bütöv insanın dünya haqqında təsəvvürüdür. Ya-
rımçıqların təsəvvürü isə yarımçıq dünyalardır. Daha doğrusu, heç də dünya 
olmayıb onun tör-töküntüsüdür. 
Əslində  həyat özü iki tərəfin münasibətidir. Yarımçıq insanın bütöv 
həyatı ola bilməz, çünki “kor atın kor da nalbəndi olar”. “Aşıq gördüyünü 
çağırar”, “kar könlündəkini anlayar”. 
İxtisaslaşmış insan, heç şübhəsiz, müəyyən mənada asimmetrik və bə-
zən hətta degeneratdır, yəni bütün başqa sahələrdəki zəif inkişafına rəğmən, 
müəyyən bir sahəyə dair bilik və qabiliyyətləri müqayisə olunmaz dərəcədə 
böyük olur. Və buna görə də o, bütöv ahəngdar insan obrazından çıxmış və 
spesifik, fərqli bir obraza yiyələnmişdir. Lakin bu heç də o demək deyil ki, 
onun içindəki bütövlük ruşeymi həmişəlik itmişdir. İnkişafdan qalmış o bü-
tövlüyün obrazı ruşeyim halında hər halda həmin insanda qalmaqda davam 
edir. Və  həyat onun qəlbinin sarı siminə toxunanda, dünya hərdən bir öz 
ahəngdar, bütöv obrazı ilə onun gözü qarşısında sayrışanda onun içindəki o 
bütöv sanki canlanır və insan bir anlığa sanki tamlıq əldə edərək həyatın hə-


Fəlsəfi etüdlər
 
 
 
115
qiqi böyük mənasını da duymuş olur. Bu cür ixtisaslaşmış insanların ahəngi-
ni təmin etmək, ona bütöv dünya obrazının gözəlliyini yaşatmaq missiyasını 
öz üzərinə ədəbiyyat və sənət götürür. Ədəbiyyat bizim üçün virtual bir dün-
ya qurur və bu dünyanın bütövlüyünü, onun ixtisaslaşmış, yarımçıq insanda 
çatışmayan o biri üzünü ona göstərir. Və real dünya bu obrazlı dünya ilə ta-
mamlanmış olur. İnsan öz bütövlüyünə qovuşur. 
Bir qramlıq daş, dünyanın kiçik bir parçası dünyanın sonsuzluğu mü-
qabilində sonlu bir ölçüyə malikdir. Bir qramlıq hava isə bütün dünyaya 
yayılır və sanki dünyanı ehtiva edir. 
Ağıl biliklər qismində sıxlaşmış, qəliblənmiş duyğular olmaqla, yeni-
dən seyrələrək dünyaya yayılmaq imkanını artıq itirmişdir. Duyğular isə ha-
va kimi mütəhərrik, çevikdir. Bir damla duyğu buxarlanarsa, yenidən bütün 
dünyanı fəth edə bilər. Daha doğrusu, biz öz duyğumuzla dünyanı ehtiva et-
mək əzmində oluruq. Və biz öz biliklərimizlə bu böyük dünyadan qoparıl-
mış ayrı-ayrı lokal varlıqları nə qədər üst-üstə yığmalıyıq ki, yenidən dünya 
obrazı yarada bilək?! 
Ədəbiyyat ona görə insanı bütövləşdirə bilir ki, o, duyğuları oyadır. 
Elm ona görə insanı parçalayır ki, o dünyanın getdikcə daha çox kiçik hissə-
lərində lokallaşır və insanı da bu çəpərin daxilində  məskunlaşdırmağa 
çalışır. 
İnsanlara fəlsəfə öyrətməkdə  məqsəd  əslində onlara öz bütövlüyünü 
qaytarmaq, kamil, bütöv həyat yaşaya bilmək şansı verməkdir. Bu, çox çə-
tindir. Musiqi və poeziya bu funksiyanı daha rahat yerinə yetirə bilir. Fəlsə-
fə isə həmin bütöv obrazı duyğulardan yox, ağılın özündən inşa etməyə çalı-
şır. Bölünmüşlərin yenidən birləşdirilməsi... Lakin bu “konstruktor” hissələ-
rindən hərə bir cür dünya quraşdırır. Qurur, yaradır və bununla da özünü də 
hər dəfə yenidən qurmuş olur. 
Duyğularsız filosof ola bilməz. Əslində  fəlsəfə ancaq duyğuların vasi-
təsilə bütövlüyə nail ola bilir. Bu, spesifik bir duyğudur. Fəlsəfə tarixində 
buna həmişə “eşq” deyilibdir. Birləşdirici duyğu – eşqdir. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə