Fəlsəfi esselər
107
bir insan! Heykəl qeyri-standart ölçülü şüşələrdən olduğundan, bu 10
metrlik insan donmuş bir bədheybəti xatırladırdı.
İkinci detal isə şəhər boyu qoyulan insan bədəninin ayrı-ayrı hissələri-
nin – ayaqların, barmaqların, əllərin və s. fiqurları idi. İnsanı hissə-hissə
daşda təsvir etmək və bununla diqqəti hərəkətə, plastikaya yönəltmək ənə-
nəsi hələ fransız Oqüst Roden tərəfindən qoyulub. Qəribədir ki, “Düşünən
insan”ı ilə məşhur olan heykəltəraş həm də başsız və əlsiz “Addımlayan”ın
da müəllifidir. İndi bu ənənənin nəticələri Afinanın küçələrinə səpələnmişdi.
Qəribədir, bu, ayrı-ayrı insan tikələri sanki daha canlı idi və bu, insanı
dəhşətə gətirirdi.
Afinadakı bu iki detalı – iki yaradıcılıq əsərini tutuşduranda, ürəkdən
yunan heykəltəraşlarına əhsən dedim. Qərb insanını bu qədər dəqiqliklə
yalnız qərbli özü təsvir edə bilərdi: bütöv insan çoxdan donub, durğunlaşıb,
didilib; yaşayan, daha doğrusu, fəaliyyətdə, hərəkətdə olan isə onun hissələ-
ri, ayrı-ayrı orqanlardır.
Əcəba, Bayronun çağırışına gedə biləcək insan bunlardan hansıdır?
Afina və fəlsəfə
Fəlsəfə konqresinin məhz Yunanıstanda keçirilməsinin xüsusi bir təsi-
ri var idi. Bəlkə də iştirakçıların ikiqat artıq olmasının səbəblərindən birinci-
si bu idi: hər kəs fəlsəfənin beşiyini görməyə can atırdı, hətta bunu həyata
keçmiş ən böyük arzusu hesab edirdi. Bəlkə də buna görə, mənim də bu
konqresdən gözlədiklərim daha çox idi. Gördüklərim isə bunlar oldu...
Qədim Yunan fəlsəfəsini bilməyən belə, elə küçələrin adlarına baxsa,
anlayar ki, Afina hər mənada fəlsəfənin vətənidir: Platon bağı, Aristipp kü-
çəsi, Diogen döngəsi, Sokrat prospekti. Bir sözlə, memorial lövhələr vurul-
masa da, bütün fəlsəfənin nəhənglərinin adları əbədiləşdirilib. Hərdən ada-
ma elə gəlir ki, Afinanın küçələrində dolaşmaq elə bu filosofların arasında
dolaşmağa bərabərdir. Bu sadəcə bir anlıq olur – öz dünyanda qurduğun xə-
yallara dalanda. Platon Akademiyası deyilən bağda uşaq oyun meydançası-
nı, Sokrat məktəbini xarabalıqlar arasında görəndə isə bu xəyallar tüstü kimi
dağılır. Və sən ideyalar dünyasından düşürsən bu al-ver dünyasına.
Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1
108
Bunlara tamaşa etdikcə, düşünürsən ki, nə vaxtsa yalnız seçilmişlərin
daxil olmağa icazəsi olan bu məbədlər, bu müqəddəs məkanlar indi necə
kütləviləşibsə, macəra və ekzotika axtaran turistlərin tapdaq altına necə çev-
rilibsə, fəlsəfə də eləcə kütləviləşib, öz klassik məcrasından çıxaraq, “kütlə-
vi mədəniyyətin” tərkib hissələrindən birinə çevrilib.
Platon deyirdi ki, fəlsəfə hər kəs üçün deyil, ancaq seçilmişlər üçün-
dür. Sonralar sufilər də təkid edirdilər ki, seçilmiş şəxslər üçün açılan hik-
mətlər hamı üçün deyil. Onu səviyyəsi çatmayan insanlara açmaqla onları
fəlakətə sala bilərik. Maraqlıdır ki, sufi şeyxləri Mənsur Həllacı məhz bu
sirləri ictimailəşdirməkdə və insanları çaşqınlığa salmaqda günahlandırırdı-
lar. İnsanların fəlakəti – cəmiyyətin fəlakətinə gətirir: cəmiyyət ya öz prob-
lemlərini, məsuliyyət daşıdığı vəzifələri unudub “filosof” olmağa iddialanır
və bunu diplom almaqla həll edir, ya da fəlsəfəni öz məişət səviyyəsinə
endirir. Nəticədə, əsl filosofun özü də, sözü də dəyərdən düşür,.
Bilmirəm, hansı birinci olub: fəlsəfə kütləviləşib deyə, indi məbədinin
quru sütunları qalıb, uşaqların oyuncaq meydançasına çevrilib, yoxsa ək-
sinə?
Bəli, günü gündən problemləri artan bu dünyanın 5 mindən artıq iddi-
alı “filosofu” fəlsəfənin bu “xaraba beşiyində” yığışıb bəşəriyyətin dərdinə
əlac axtarırdılar. Mövzuların rəngarəngliyindən adam çaş-baş qalırdı. Bura-
da Konfutsi təlimindən, buddizm, xristianlıq fəlsəfəsindən, Afrika, Asiya,
ayrıca Koreya, Çin, Hind, Rusiya fəlsəfələrindən tutmuş, təhsilin, biznesin,
idmanın fəlsəfəsinə qədər hər şeyin hikmətini axtarırdılar. Yeri gəlmişkən,
türk fəlsəfəsi ümumiyyətlə yox idi! İnsan hüquqlarını, demokratiyanı müda-
fiə eləmək üçün günlərlə müzakirələr apardılar. Hər mövzuya ən az 3-4 sek-
siya həsr olunmuşdu. Yaxından-uzaqdan, ucundan-qulağından fəlsəfəyə
aidiyyəti olan bütün sahələr təmsil olunmuşdu. Amma qəribədir, bu böyük
konqres ruhu ilə, təşkilatçılığı ilə, problemlərin həllinə verdiyi bəhrəsi ilə
Kostas Varotsosun didik-didik olmuş “Qaçan insan”ını xatırladırdı: nəhəng,
tükənmiş, bir-birini tamamlamayan şüşə qırıntıları.
Bu böyüklükdə “beşikdə” keçirilən nəhəng konqresdə zəif seksiyalar-
dan biri də islam fəlsəfəsi idi. Burada bir yox, kompleks səbəblərdən danış-
maq olar: dünyada islama qarşı süni şəkildə artırılan fobiya və antipatiya, is-
Fəlsəfi esselər
109
lam aləmində fəlsəfənin ikinci dərəcəli yer tutması, müsəlman filosofların
və tədqiqatçıların özlərinin laqeydliyi, müsəlman cəmiyyətinin bu istiqamət-
də zəif təşkilatlanması və s.
Bəli, islam hələ də dünəni ilə mövcuddur. Amma mənim diqqətimi da-
ha bir maraqlı fakt cəlb elədi. Konqres keçirilən Universitetdə – Fəlsəfə
Məktəbində hər sinif ortağında lövhənin başında ikona var idi. Fəlsəfənin
prinsiplərini öyrədən və öyrənənlərin başı üzərində İsa peyğəmbərin Panto-
krator (Παντοκράτωρ – İudaizmdə Allahın adlarından biri) adlanan əsas iko-
nası yerləşdirilmişdi. Qəribə paradoksdur: bir-birinə düşmən kəsilən kilsə və
elm bu gün Universitetdə birləşiblər. Bundakı hikməti bir Vatikan keşişi ilə
İslam haqqında söhbətdə anladım. Pantifik Lateran Universitetinin professo-
ru Giafranko Basti geniş bir təbəssümlə dedi: “İslam əslində Qərbin dini-
dir”. Bu tezisi mən professor Səlahəddin Xəlilovun əsərində oxumuşdum.
Amma bir Vatikan keşişinin dilindən bunu eşitmək məni çaşdırdı. Bir vaxt-
lar Nitsşe də “Dəccal” əsərində xristianlığı günahlandırırdı ki, İslamın gö-
zəlliklərini tanımağa mane olub, antik mədəniyyətdən sonra islam mədəniy-
yətini də tapdalayıb. Keşiş Bastinin Xəlilovun kitabını oxuduğunu bildiyimə
görə, ona ilk sualım: “Siz bunu Xəlilova istinadən deyirsiniz?” oldu. O da
təəccübləndi: “Xəlilov da bu fikirdədir?” Məncə, onu daha çox təəccüblən-
dirən bir şərqlinin belə düşünməsi idi. Bəli, məsələnin mahiyyəti açıldı: hə-
qiqətən, İslam qərblilərə imanlarını qaytarmışdı və dinlərinə hörmət eləməyi
öyrətmişdi. Bunu dərk edən və həqiqətin hansı isə səviyyəsinə yüksələ bilən
bu faktı etiraf edib və edir. Həyatın dibində eşələnənlər isə hələ də yanlış-
lıqları ilə fəxr edirlər.
Afina və Biz
Belə möhtəşəm bir tədbirdə itib-batmamaq böyük hünərdir! Burada
fərqlənən, digərlərinin diqqət mərkəzində olan filosofları üç qismə ayırmaq
mümkün idi: antik dövrün müdrikləri: Platon, Konfutsi; klassik Qərb filo-
sofları: Kant, Kierkeqaard, Şopenhauer, Yaspers; müasir filosoflar – dünya-
da öz imzasını təsdiq etmiş və yaşları səksəni haqlamış şəxslər: Anna-Tere-
sa Timiniçka, İoanna Kuçuradi, Jurgen Habermas, Umberto Eko. Amma bir
istisna da oldu bu konqresdə. İclaslardan biri Azərbaycanlı filosof Səlahəd-
Dostları ilə paylaş: |