Microsoft Word Jurnal 1 13 ed doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/51
tarix26.11.2017
ölçüsü5,01 Kb.
#12659
1   ...   31   32   33   34   35   36   37   38   ...   51

Fəlsəfi esselər
 
 
 
107
bir insan! Heykəl qeyri-standart ölçülü şüşələrdən olduğundan, bu 10 
metrlik insan donmuş bir bədheybəti xatırladırdı.   
İkinci detal isə şəhər boyu qoyulan insan bədəninin ayrı-ayrı hissələri-
nin – ayaqların, barmaqların,  əllərin və s. fiqurları idi. İnsanı hissə-hissə 
daşda təsvir etmək və bununla diqqəti hərəkətə, plastikaya yönəltmək ənə-
nəsi hələ fransız Oqüst Roden tərəfindən qoyulub. Qəribədir ki, “Düşünən 
insan”ı ilə məşhur olan heykəltəraş həm də başsız və əlsiz “Addımlayan”ın 
da müəllifidir. İndi bu ənənənin nəticələri Afinanın küçələrinə səpələnmişdi.  
Qəribədir, bu, ayrı-ayrı insan tikələri sanki daha canlı idi və bu, insanı 
dəhşətə gətirirdi.  
Afinadakı bu iki detalı – iki yaradıcılıq əsərini tutuşduranda, ürəkdən 
yunan heykəltəraşlarına  əhsən dedim. Qərb insanını bu qədər dəqiqliklə 
yalnız qərbli özü təsvir edə bilərdi: bütöv insan çoxdan donub, durğunlaşıb, 
didilib; yaşayan, daha doğrusu, fəaliyyətdə, hərəkətdə olan isə onun hissələ-
ri, ayrı-ayrı orqanlardır. 
Əcəba, Bayronun çağırışına gedə biləcək insan bunlardan hansıdır?  
      
Afina və fəlsəfə 
Fəlsəfə konqresinin məhz Yunanıstanda keçirilməsinin xüsusi bir təsi-
ri var idi. Bəlkə də iştirakçıların ikiqat artıq olmasının səbəblərindən birinci-
si bu idi: hər kəs fəlsəfənin beşiyini görməyə can atırdı, hətta bunu həyata 
keçmiş  ən böyük arzusu hesab edirdi. Bəlkə  də buna görə, mənim də bu 
konqresdən gözlədiklərim daha çox idi. Gördüklərim isə bunlar oldu... 
Qədim Yunan fəlsəfəsini bilməyən belə, elə küçələrin adlarına baxsa, 
anlayar ki, Afina hər mənada fəlsəfənin vətənidir: Platon bağı, Aristipp kü-
çəsi, Diogen döngəsi, Sokrat prospekti. Bir sözlə, memorial lövhələr vurul-
masa da, bütün fəlsəfənin nəhənglərinin adları əbədiləşdirilib. Hərdən ada-
ma elə gəlir ki, Afinanın küçələrində dolaşmaq elə bu filosofların arasında 
dolaşmağa bərabərdir. Bu sadəcə bir anlıq olur – öz dünyanda qurduğun xə-
yallara dalanda. Platon Akademiyası deyilən bağda uşaq oyun meydançası-
nı, Sokrat məktəbini xarabalıqlar arasında görəndə isə bu xəyallar tüstü kimi 
dağılır. Və sən ideyalar dünyasından düşürsən bu al-ver dünyasına.  


Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1
 
 
 
 
108
Bunlara tamaşa etdikcə, düşünürsən ki, nə vaxtsa yalnız seçilmişlərin 
daxil olmağa icazəsi olan bu məbədlər, bu müqəddəs məkanlar indi necə 
kütləviləşibsə, macəra və ekzotika axtaran turistlərin tapdaq altına necə çev-
rilibsə, fəlsəfə də eləcə kütləviləşib, öz klassik məcrasından çıxaraq, “kütlə-
vi mədəniyyətin” tərkib hissələrindən birinə çevrilib.       
Platon deyirdi ki, fəlsəfə hər kəs üçün deyil, ancaq seçilmişlər üçün-
dür. Sonralar sufilər də təkid edirdilər ki, seçilmiş şəxslər üçün açılan hik-
mətlər hamı üçün deyil. Onu səviyyəsi çatmayan insanlara açmaqla onları 
fəlakətə sala bilərik. Maraqlıdır ki, sufi şeyxləri Mənsur Həllacı  məhz bu 
sirləri ictimailəşdirməkdə və insanları çaşqınlığa salmaqda günahlandırırdı-
lar. İnsanların fəlakəti – cəmiyyətin fəlakətinə gətirir: cəmiyyət ya öz prob-
lemlərini, məsuliyyət daşıdığı vəzifələri unudub “filosof” olmağa iddialanır 
və bunu diplom almaqla həll edir, ya da fəlsəfəni öz məişət səviyyəsinə 
endirir. Nəticədə, əsl filosofun özü də, sözü də dəyərdən düşür,.  
Bilmirəm, hansı birinci olub: fəlsəfə kütləviləşib deyə, indi məbədinin 
quru sütunları qalıb, uşaqların oyuncaq meydançasına çevrilib, yoxsa ək-
sinə?  
Bəli, günü gündən problemləri artan bu dünyanın 5 mindən artıq iddi-
alı “filosofu” fəlsəfənin bu “xaraba beşiyində” yığışıb bəşəriyyətin dərdinə 
əlac axtarırdılar. Mövzuların rəngarəngliyindən adam çaş-baş qalırdı. Bura-
da Konfutsi təlimindən, buddizm, xristianlıq fəlsəfəsindən, Afrika, Asiya, 
ayrıca Koreya, Çin, Hind, Rusiya fəlsəfələrindən tutmuş, təhsilin, biznesin, 
idmanın fəlsəfəsinə qədər hər şeyin hikmətini axtarırdılar. Yeri gəlmişkən, 
türk fəlsəfəsi ümumiyyətlə yox idi! İnsan hüquqlarını, demokratiyanı müda-
fiə eləmək üçün günlərlə müzakirələr apardılar. Hər mövzuya ən az 3-4 sek-
siya həsr olunmuşdu. Yaxından-uzaqdan, ucundan-qulağından fəlsəfəyə 
aidiyyəti olan bütün sahələr təmsil olunmuşdu. Amma qəribədir, bu böyük 
konqres ruhu ilə, təşkilatçılığı ilə, problemlərin həllinə verdiyi bəhrəsi ilə 
Kostas Varotsosun didik-didik olmuş “Qaçan insan”ını xatırladırdı: nəhəng, 
tükənmiş, bir-birini tamamlamayan şüşə qırıntıları. 
Bu böyüklükdə “beşikdə” keçirilən nəhəng konqresdə zəif seksiyalar-
dan biri də islam fəlsəfəsi idi. Burada bir yox, kompleks səbəblərdən danış-
maq olar: dünyada islama qarşı süni şəkildə artırılan fobiya və antipatiya, is-


Fəlsəfi esselər
 
 
 
109
lam aləmində  fəlsəfənin ikinci dərəcəli yer tutması, müsəlman filosofların 
və tədqiqatçıların özlərinin laqeydliyi, müsəlman cəmiyyətinin bu istiqamət-
də zəif təşkilatlanması və s.  
Bəli, islam hələ də dünəni ilə mövcuddur. Amma mənim diqqətimi da-
ha bir maraqlı fakt cəlb elədi. Konqres keçirilən Universitetdə – Fəlsəfə 
Məktəbində  hər sinif ortağında lövhənin başında ikona var idi. Fəlsəfənin 
prinsiplərini öyrədən və öyrənənlərin başı üzərində İsa peyğəmbərin Panto-
krator (Παντοκράτωρ – İudaizmdə Allahın adlarından biri) adlanan əsas iko-
nası yerləşdirilmişdi. Qəribə paradoksdur: bir-birinə düşmən kəsilən kilsə və 
elm bu gün Universitetdə birləşiblər. Bundakı hikməti bir Vatikan keşişi ilə 
İslam haqqında söhbətdə anladım. Pantifik Lateran Universitetinin professo-
ru Giafranko Basti geniş bir təbəssümlə dedi: “İslam  əslində  Qərbin dini-
dir”. Bu tezisi mən professor Səlahəddin Xəlilovun  əsərində oxumuşdum. 
Amma bir Vatikan keşişinin dilindən bunu eşitmək məni çaşdırdı. Bir vaxt-
lar Nitsşe də “Dəccal”  əsərində xristianlığı günahlandırırdı ki, İslamın gö-
zəlliklərini tanımağa mane olub, antik mədəniyyətdən sonra islam mədəniy-
yətini də tapdalayıb. Keşiş Bastinin Xəlilovun kitabını oxuduğunu bildiyimə 
görə, ona ilk sualım: “Siz bunu Xəlilova istinadən deyirsiniz?” oldu. O da 
təəccübləndi: “Xəlilov da bu fikirdədir?” Məncə, onu daha çox təəccüblən-
dirən bir şərqlinin belə düşünməsi idi. Bəli, məsələnin mahiyyəti açıldı: hə-
qiqətən, İslam qərblilərə imanlarını qaytarmışdı və dinlərinə hörmət eləməyi 
öyrətmişdi. Bunu dərk edən və həqiqətin hansı isə səviyyəsinə yüksələ bilən 
bu faktı etiraf edib və edir. Həyatın dibində eşələnənlər isə hələ də yanlış-
lıqları ilə fəxr edirlər. 
 
Afina və Biz 
   
Belə möhtəşəm bir tədbirdə itib-batmamaq böyük hünərdir! Burada 
fərqlənən, digərlərinin diqqət mərkəzində olan filosofları üç qismə ayırmaq 
mümkün idi: antik dövrün müdrikləri: Platon, Konfutsi; klassik Qərb filo-
sofları: Kant, Kierkeqaard, Şopenhauer, Yaspers; müasir filosoflar – dünya-
da öz imzasını təsdiq etmiş və yaşları səksəni haqlamış şəxslər: Anna-Tere-
sa Timiniçka, İoanna Kuçuradi, Jurgen Habermas, Umberto Eko. Amma bir 
istisna da oldu bu konqresdə. İclaslardan biri Azərbaycanlı filosof Səlahəd-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə