Microsoft Word Jurnal 1 13 ed doc


Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/51
tarix26.11.2017
ölçüsü5,01 Kb.
#12659
1   ...   34   35   36   37   38   39   40   41   ...   51

Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1
 
 
 
 
116
Bütövdən hissəyə 
 
Biliklərin arxitektonikası düzgün prinsipə əsaslanmır. Hər bir bilik va-
hid hesab olunur və onları toplayırlar. Belə bir inam da var ki, dünyanın ay-
rı-ayrı hadisələri və  şeyləri haqqında bilikləri toplamaqla, biz bütövlükdə 
dünya haqqında bilik əldə edirik. Əslində isə hissələrdən bütövə yox,  bü-
tövdən hissələrə doğru gedilməlidir.  
Dünya vahid qəbul olunanda, onun riyazi modeli də dəyişir. Yəni bi-
zim dünyaya yaxınlaşmağımız sonsuzluğa yaxınlaşma kimi deyil, vahidə 
yaxınlaşma kimi başa düşülür. Bütün digər hadisələr (və onlar haqqında bi-
liklər) isə vahidin hissələri, natamam vahid kimi mövcuddur və kəsr ədəd-
lərlə ifadə olunur.   
 
* * * 
Həm  Şərq, həm də  Qərb fəlsəfi fikrinin ənənəvi müddəlarından biri 
cismani dünyanın (bizim dünya, bu dünya) dəyişkən, müxtəlif, bu dünyada-
kı şeylərin, cisim və hadisələrin müvəqqəti olması (faniliyi, puçluğu) və ək-
sinə, həqiqi varlığın dəyişməz, sabit, əbədi, mütləq olması haqqındakı müd-
dəadır.  
Əslində fəlsəfə elə bundan başlayır: dəyişkənlik arxasındakı sabitliyi, 
müxtəliflik arxasındakı vahidi, nisbiliklər arxasında mütləqi görməkdən, hə-
qiqi varlıq axtarışından. İnsanın öz həyatının da sonlu olması, onun özünün 
də bu fani dünyanın bir hissəsi olması haqqında qənaətlə barışmayan insan 
özünün də mütləqə, həqiqi varlığa aidiyyətini dərk etməyə və əsaslandırma-
ğa çalışır.  
Bununla da, təkcələrdə  fərqli olan “ümumi” və “mahiyyət”, təsadüf-
lərdən və hadisələrdən  fərqli olan “gerçəklik”, “reallıq”, “zərurət”, “subs-
tansiya”, “varlıq” anlayışları ortaya çıxır və hadisələri təsvir edən tarixçilər-
dən fərqli olaraq, filosoflar həqiqi  varlığı,  mahiyyətləri açmaq və araş-
dırmaq vəzifəsini üzərinə götürürlər.  
Kimlərsə ancaq ümumiləri, mahiyyətləri, ideyaları həqiqi varlıq hesab 
etməklə cismani dünyaya, maddi hadisələrə az qala həqarətlə baxır, onları 
ya varlığın kölgəsi, ya ikinci dərəcəli varlıq kimi götürürlər. Əksinə, kimlər-
sə məhz bu maddi dünyanı həqiqi varlıq sayaraq, ümumilərə, mahiyyətlərə 


Fəlsəfi etüdlər
 
 
 
117
insanın düşüncəsinin məhsulu kimi baxırlar. Və burada olduqca müxtəlif 
variantlar ortaya çıxır. Min illər boyu filosoflar dünyanın fərqli modellərini 
qurmaqla həqiqi varlığı da müxtəlif cür təqdim etmişlər. Bu müxtəlifliklər 
içərisində təxmini qruplaşdırma aparıldıqda iki qütb müəyyən olunur: ümu-
mini, mahiyyəti, ideyanı əsas sayan idealistlər və maddi şeyləri, “obyektiv” 
hadisələri əsas götürən materialistlər qarşı-qarşıya qoyulurlar. Bu arada ek-
lektiklər və dualistlər də vardır ki, onların təlimi daxili bütövlükdən məh-
rumdur. Əbu Turxan fəlsəfəsi istisna olmaqla, heç bir təlim bu ilk baxışda 
bir-birinə zidd fəlsəfi cərəyanların ikisini də ehtiva eləmir. Vahid konsepsi-
ya irəli sürə bilməməyin səbəbi də bu universal əksliklərin vəhdətini izah 
edə bilməməkdən irəli gəlir.  
Yalnız  Əbu Turxan təlimində demək olar ki, bütün mövcud fəlsəfi 
cərəyanlar bir təlimin xüsusi halları kimi, vahid sistemə daxil edilir, bütövün 
en kəsikləri, rakursları olmaqla öz əhəmiyyətini saxlaya bilir.  
Əsas məsələ  hələ  ən qədim dövrlərdən mövcud olan və Platon və 
Aristotel fəlsəfələrinin də öz klassik ifadəsini tapan başlıca fikir ayrılığının 
aradan götürülməsi və bizim yaşadığımız dünyanın nə maddi, nə də ideal ol-
madığını, bununla yanaşı, həm maddi, həm də ideal olduğunu təsəvvür edə 
bilməkdədir. Əsas məsələ bu dünyadakı cisim və hadisələrin, şeylərin sadə-
cə maddi obyekt kimi dəyərləndirilməkdən xilas edilməsi və onların nə kimi 
bir ideya daşıyıcısı olduğunun göstərilməsidir.  
Ş.Y.Sührəvərdi Peyğəmbərin (s.) belə bir kəlamına istinad edir: 
“Allah Təalanın ilk yaratdığı şey əqldir”. Onun terminologiyası ilə desək əql 
və nəfslərin bir neçə mərtəbələnməsindən sonra ən axırda ünsürlər aləmi və 
insan nəfsləri vücuda gəlir.  
Plotin də öz təlimində Allahdan sonra  ikinci mərtəbədə əqli qoyur və 
onu bütün sonrakı mərtəbələrin yaradıcısı kimi təqdim edir.  
Bir qayda olaraq cismani dünya ən aşağı mərtəbə kimi göstərilir. La-
kin göstərilməyən, unudulan cəhət isə bu cisimlərin özünün də hansı isə ide-
yaların təcəssümü olmasıdır ki, bu cəhət Əbu Turxan təlimində öz mükəm-
məl ifadəsini tapmışdır. İnsan özü də ideya daşıyıcısıdır və idrak prosesi ona 
görə mümkün olur ki, insanda olanla cisimdə olan uzlaşır, Platonun təbiri ilə 
desək, biri o birisini tanıyır. Ona görə də, Platon təlimində idrak tanıma ki-


Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1
 
 
 
 
118
mi dəyərləndirilir. Lakin Platondan sonra ideya sözü bir çox başqa mənalar-
da da işlənmişdir. Əvvəlcə Aristotel, sonra Con Lokk və başqaları ideya an-
layışını yeni, bir qədər fərqli mənalarda işlətmişlər. Kant isə “ideya” anlayı-
şının ilkin mənasını qaytarmaq zərurətindən çıxış edirdi. Onun fikrinə görə, 
təcrübə ilə  əlaqəsi olan – kateqoriyalardır, ideya isə ancaq xalis zəkaya 
aiddir.
1
  
C.Lokkda ideya xassə ilə eyniləşdirilir, Platonda isə  şeyin  əsli kimi 
götürülür. Amma burada ümumi bir cəhət də vardır.  Əbu Turxan təliminə 
görə, hər bir cisim, əşya bir tərəfdən, öz əslinə, (прообраз-ına) uyğun – ade-
kvat ideyanın təcəllisi olduğu halda, digər tərəfdən, sonsuz sayda müxtəlif 
ideyaların bir araya gəlməsi, sıxlaşması və nəhayət, materiallaşması sayəsin-
də mümkün olur. Lakin bu ideyalar başqa cisimlərdə də təkrar olunan ideya-
lardır. Yəni ideyanın ümumi ilə adekvatlığı qəbul olunduqda, hər bir təkcə 
cisim sonsuz sayda ümumi-ideyanın daşıyıcısıdır. Bu cisim imkanlar dünya-
sından məhz hansı kolleksiyanı özündə əks etdirməsindən və onların öz ara-
larında hansı nisbətdə və hansı strukturda birləşməsindən, – asılı olaraq cis-
min makrostrukturu və makroideyası ortaya çıxır. Necə ki, maddi aləmdə 
müxtəlif elementlərin, məsələn, daşların, kərpiclərin, sementin, qumun, su-
yun və s. müəyyən nisbətdə və müəyyən ardıcıllıqla birləşməsindən divar və 
ya ev yaranır və həmin materiallardan başqa ölçüdə və başqa formada evlər, 
qala divarları, körpülər, abidələr, kurqanlar tikmək mümkün olur, eləcə də, 
ideya materiallarından müxtəlif cür yeni ideyalar yaranır. Bu zaman birinci-
lər ikinci üçün material rolunu oynayırlar. 
Rəng, sıxlıq, bərklik, istilik və s. keyfiyyətlər özlüyündə müstəqil 
cisim olmasalar da, onlar makroideya üçün material kimi çıxış edirlər.  
 
Universal hafizə və insan hafizəsi
 
Əbu Turxan təliminin fərqi orasındadır ki, o, hər bir cismi həm makro-
struktur və makroideya səviyyəsində, həm xassə-ideyaların müəyyən nisbət-
də sintezi kimi, həm də maddi hissələrin, yəni alt sistemlərin fiziki reallıqda 
                                                 
1
 Bax: Н.Хинске. Между Просвещением и критикой разума. М., Культурная 
революция, 2007, с. 125. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə