Microsoft Word Jurnal 1 13 ed doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/51
tarix26.11.2017
ölçüsü5,01 Kb.
#12659
1   ...   35   36   37   38   39   40   41   42   ...   51

Fəlsəfi etüdlər
 
 
 
119
birləşməsi kimi nəzərdən keçirir. İnsanın genetik hafizəsində və ya kosmik 
ağılda da bütün bu ideyalar passiv şəkildə (daha doğrusu, onun kopiyası 
şəklində) mövcuddur. İdrak prosesində onlar canlanır. Necə ki, In və Yan 
birləşəndə yaradıcı qüvvəyə çevrilir, əlavə enerji şüalandırır, eləcə də əqldə 
olan passiv ideya ilə cisimdə olan passiv ideya (daha doğrusu, onun kopiya-
sı) kontakta girərkən, canlanma gedir və bizim idrak dediyimiz proses baş-
lanır.  
Akademik N.Moiseyev yazır: “Sistemin hafizəsi”ndən danışarkən əs-
lində biz keçmişi dərk etmək qabiliyyətimizi nəzərdə tuturuq”.
1
 Yaxud: 
«Ancaq  dönən sistemlər “mütləq hafizə”yə malik ola bilər.»
 2
” Reallıqda isə 
bu, mümkün deyil, çünki tam dönən proseslər yoxdur. Bu ancaq modellərdə, 
mücərrəd sistemlərdə mümkün ola bilər. Moiseyevin gətirdiyi misallardan 
biri belədir ki, stoxastik proseslər dönməzdir, çünki biz sistemin əvvəlki za-
man anlarında vəziyyətinin dəqiq bərpasından danışa bilmərik. Söhbət an-
caq tarixçənin təxmini təsvirindən gedə bilər. Bu kontekstdə o, atmosferin 
hafizəsindən bəhs edir və deyir ki, o, öz ilkin vəziyyətini çox tez unudur. 
Amerikalı meteoroloq Lorensin dediyi kimi, atmosferin hafizə  dərinliyi 
olsa-olsa 2 həftədir... 
Əlbəttə, bərk cisimlərin hafizəsi daha çox olur, çünki burada dəyiş-
kənlik nisbətən zəifdir, stabillik çoxdur. Əslində, hafizəni bərkliyin göstəri-
cisi kimi də  dəyərləndirmək olar. Yəni cisim əvvəlki halını  nə  qədər çox 
saxlaya bilirsə, bir o qədər sabit və dözümlüdür. Və bu mənada da “sifəti 
bərkdir”.  
Bizi maraqlandıran başqa bir məsələdir. Sistemin, cismin “hafizəsin-
dən” müstəqil surətdə  bəhs etmək olarmı, yoxsa onu ancaq insan hafizəsi 
kontekstində izah etmək mümkündür? Belə ki, biz müəyyən bir cismin za-
manca  əvvəlki hallarını öyrənmək istəyərkən, həmin cismin keçdiyi yolu 
sanki geriyə qayıtmağa çalışırıq. Ən sadə bir misal çəkək. Araba A məntə-
qəsindən B-yə, oradan da C-yə gəlir. İndiki anda o, C məntəqəsindədir. Ara-
banın özünün daxili dəyişikliyini nəzərə almadan, onun tarixçəsinin ancaq 
məkan yerdəyişməsi olduğunu qəbul etsək, biz onun keçmişinə qayıtmaq 
                                                 
1
 Н.Моисеев. Человек и ноосфера, М., Молодая гвардия, 1990, с. 169.  
2
 Yenə orada.  


Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1
 
 
 
 
120
üçün əvvəlki zaman anlarındakı məkan koordinatlarını qeyd etməliyik. La-
kin arabanın özündə onun əvvəlki koordinatları barədə heç bir informasiya 
olmaya bilər. Bunu ancaq arabanı əvvəlki məntəqələrdə görən adamlar və ya 
arabanın həmin sahələrdə buraxdığı izlər müəyənləşdirə bilər. Düzdür ara-
banın özündə də əvvəlki məntəqələrin izi qalmış olar, amma bu çox cüzi in-
formasiya olduğundan ondan çıxış edərək keçmişə qayıtmaq xeyli çətin 
olur. Yenə  də diqqəti buna yönəldirık ki, biz insan araşdırmasından bəhs 
edirik. Yəni informasiya insan tərəfindən qəbul edilərkən tarixə çevrilir, 
yoxsa biz arabanı heç araşdırmasaq da, o, özü öz keçmişinin daşıyıcısıdır? 
Arabanın tarixi əslində onun özünün müxtəlif zaman hallarındakı vəziyyəti-
ni  əks etdirməlidir, lakin bununla yanaşı o öz ətrafının və təmasda olduğu 
hadisələrin də tarixinə dair müəyyən bir informasiya daşıyır. Bir var araba-
nın öz tarixi, bir də var arabaya bir tarixçi kimi yanaşılması və onun şahidi 
olduğu keçmiş haqqında informasiyanı bizə çatdırmaq imkanları. Yəni hər 
bir cisim həm öz keçmişi haqqında informasiyanı saxlamaqla müəyyən hafi-
zəyə malikdir, həm də  təmasda olduğu hadisələr haqqında müəyyən infor-
masiya saxlamaq baxımından hafizəyə malikdir. Bu iki funksiya fərqləndi-
rilməklə  bərabər, onların ümumi cəhəti də göstərilə bilər. Məhz başqaları 
haqqında informasiya daşıyıcısı olmaqla, cisim insan hafizəsinin analoquna 
çevrilir. Fərq isə bundan ibarətdir ki, onun özündə olandan, daşıdığı infor-
masiyadan xəbəri yoxdur. Yəni bu passiv informasiyanı şüur faktına və daha 
sonra sözlərlə ifadə oluna bilən bir informasiyaya çevirə bilmir. Bu məsələ-
də insan köməyə gəlir və passiv hafizələrdən istifadə edərək özünün hafizə-
sini genişləndirmiş olur.  
 
S.X. 
 


 
 
121
 
 
 
Rəylər və mülahizələr  
 
 
 
The philosophical-existential itinerary of Edith Stein  
in the light of recent studies by the Franciscan Father 
Francesco Alfieri 
 
 
Marcella Serafini
1
 
 
 
It is not easy to trace the profile of a 
complex and multi-faceted figure like Edith 
Stein, or to present the basic tenets of her 
thought: any single ‘view’ risks being limiting 
and reductive. Jewish, Christian and martyr, a 
disciple and assistant of Husserl but also a 
‘Christian philosopher’ in the school of Thomas 
Aquinas and Duns Scotus. What is particularly 
interesting about her is the close link between 
thought and life, the desire to trace everything 
back to the unity of the ultimate questions and 
the totality of meaning, averting the risk of 
dispersion and fragmentation
2

                                                 
1
 Dos.Dr., Perucca (İtaliya) 
2
 Stein herself considers this to be a typical characteristic of the female personality and 
approach. See A. A
LES 
B
ELLO
Edith Stein. La passione per la verità, Edizioni Messaggero
Padova 2003, pp. 8-10. The publication of E. S
TEIN
,  Einführung in die Philosophie
Einführung, Bearbeitung und Anmerkungen von C. M. Wulf, ESGA  8, Herder, Freiburg-
Basel-Wien 2004, provides further confirmation of the breadth of her interests: not only 
anthropology, but also nature, considered from both the philosophical and scientific point 
of view. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə