Microsoft Word Jurnal 1 13 ed doc


Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/51
tarix26.11.2017
ölçüsü5,01 Kb.
#12659
1   ...   29   30   31   32   33   34   35   36   ...   51

Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1
 
 
 
 
100
 
Afinada Azərbaycan fəlsəfəsinin  
böyük uğuru  
 
 (3-10 avqust 2013, Afina, Yunanıstan) 
 
Avqustda Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən XXIII 
Ümumdünya Fəlsəfə Konqresində Azərbaycanın bütün sahələrdə qazandığı 
uğurlar sırasına daha bir uğur əlavə olunmuşdur. Beş ildən bir keçirilən bu 
Dünya Konqresində ilk dəfə idi ki, Azərbaycan nümayəndə heyəti belə ge-
niş tərkibdə təmsil olunurdu. Fəlsəfə Konqreslərinin işində müntəzəm surət-
də iştirak edən AMEA-nın müxbir üzvü,  professor Səlahəddin Xəlilovdan 
başqa Afinada müxtəlif nəsillərin nümayəndələrinin, o cümlədən, gənclərin 
iştirak etməsi, son illərdə ölkəmizdə elmi əlaqələrin yetərincə genişləndiyinə 
dəlalət edir.  
Fəlsəfə elmləri doktorları Könül Bünyadzadə, Zakir Məmmədəliyev, 
Adil Əsədov, Rahid Ulusel, siyasi elmlər doktoru Vəsilə Hacıyeva, fəlsəfə 
doktorları Ariz Gözəlov, Roida Rzayeva, Rövşən Hacıyev, Əlihəsən Həm-
zəyev, doktorant Çinarə Məmmədova fəlsəfənin müxtəlif sahələri üzrə böl-
mələrin işində, plenar iclaslarda, dəyirmi masalarda və sosial-mədəni tədbir-
lərdə  fəal iştirak etmiş, xarici alimlərlə  əməkdaşlıq haqqında danışıqlar 
aparmışlar. 
Konqresdə elmin fəlsəfəsi, siyasətin fəlsəfəsi, ontologiya, epistemolo-
giya, fəlsəfə tarixi və s. konkret sahələr üzrə bölmə iclaslarından əlavə, gör-
kəmli filosofların təlimlərinə həsr olunmuş personal müzakirələr də keçiril-
mişdir. Platon, Kant, Şopenhauer, Yaspers kimi böyük filosoflarla yanaşı, 
indi sağ olan bir sıra klassiklərin (Yurgen Habermas, Umberto Eko, Anna-
Teresa Timiniçka, İoanna Kuçuradi) təlimlərinə ayrıca dəyirmi masalar və 
seminarlar həsr olunmuşdur.  
Əlamətdar haldır ki, Ümumdünya Fəlsəfə Konqreslərinin tarixində ilk 
dəfə olaraq müasir türk-islam dünyasının nümayəndəsinə  də yer ayrılmış, 
onun təliminin müzakirəsi keçirilmişdir. Professor Səlahəddin Xəlilovun 
Şərq və Qərb fəlsəfi düşüncəsinin ortaq dəyərləri əsasında hazırladığı yeni 


Elmi-fəlsəfi həyat 
 
 
101
fenomenoloji konsepsiya Konqres iştirakçılarının diqqət mərkəzində olmuş-
dur. Prof.Dr. Françesko Alfieri (Vatikan) Səlahəddin Xəlilovun ingilis 
dilində nəşr olunmuş “Həyat fenomenologiyası və İdeyanın həyatı” kitabın-
da irəli sürdüyü yeni ideyalar barədə  məruzə ilə  çıxış etmişdir. Prof. Dr. 
Daniela Verduççi (İtaliya), Prof.Dr. Könül Bünyadzadə (Azərbaycan), Prof. 
Dr. Maija Kule (Latviya) və başqaları müzakirələrə qatılaraq S.Xəlilovun 
təlimini fenomenologiyanın Şərq düşüncə ənənələri üzərində qurulmuş yeni 
istiqaməti kimi dəyərləndirdilər. 
Növbəti Konqresin 2018-ci ildə Pekin şəhərində keçirilməsi qərara 
alınmışdır.    
 
 


 
 
102
 
 
 
Fəlsəfi esselər 
  
 
İnsan – mərkəz 
 
Dünyanın mərkəzində “Mən” dayanır. Və nə qədər Mən varsa, o qədər 
də dünya var. İnsan başqasının dünyasını nə duya bilər, nə dərk edə bilər, nə 
də dəyişdirə bilər. Çünki başqasının dünyası bizim üçün məchul, qeyri-mü-
əyyəndir.  Əbu Turxanın dediyi kimi, “Bir ruh ilə başqası arasında rabitə 
intellekt sayəsində deyil, ancaq sevgi məqamında yarana bilər”.  
İnsan ancaq duyduğunu dəyərləndirə bilər. Ancaq dərk etdiyini bilə 
bilər və onun üçün ancaq duyduğu və bildiyi vardır.  
Lakin burada belə bir incə sual ortaya çıxır: insan var olanı bilir, 
yoxsa bildiyi vardır?  
Əslində, böyük dünya bizim üçün ancaq biliklər şəklində mövcuddur. 
Bilavasitə təmasa gəlincə, biz bu böyük dünyanın ancaq çox kiçik bir hissəsi 
ilə təmasda ola bilirik. Bu təmas da üç formada həyata keçir. Biz nələri isə 
duyuruq, nələri isə anlayırıq və nələri isə düzəldirik (“yaradırıq”). Bunların 
hər üçü “böyük dünya” (əslində imkanlar dünyasının bir hissəsi olan–bilinən 
dünya) müqabilində çox kiçikdir. Biz hələ sonsuz kiçiyə doğru addım at-
madan, sadəcə nisbi kiçiklikdən danışırıq. Bu addımı atdıqda isə, yoxluqla, 
heçnə ilə üz-üzə qalırıq.  
İstənilən halda mərkəzdə “Mən” dayanır: istər sonsuz böyüyün, istər 
sonlunun, istərsə də sonsuz kiçiyin mərkəzində fəlsəfə ancaq Mən-i və Mən-
lə dünyanın münasibətini öyrənir. Daha doğrusu, elə Mən-i öyrənir, Mən də 
ancaq qarşı tərəflə, dünya ilə münasibətdə açılır.  
Əsas məsələ insanın ancaq bu anda təmasda olduğu dünyanı deyil, bil-
diyi və mövcudluğuna inandığı dünyanı da reallıq, mövcudluq kimi qəbul 
etməsidir. Bu addımı atmaq üçün sadəcə bilik yox, inam da tələb olunur. 
Sonrakı addım isə insanın özünün bilmədiklərinin mövcudluğunu da rahatca 


Fəlsəfi esselər
 
 
 
103
qəbul etməsidir. “Dünyanın dərkolunanlığı” prinsipi əslində bundan iba-
rətdir. 
Hər bir insanın yaşadığı şəxsi hissi təcrübələr – şəxsi həyat ilk növbə-
də duyğuların yaşanmasıdır. Bədənin həyatı, yəni biologiyada qəbul edildiyi 
mənada “həyat” – nəfəs almaq, təbiətlə maddələr mübadiləsi, bədənin hər 
bir orqanının  fəaliyyəti: qanın dövranı, ürəyin döyünməsi və s. – bunlar ha-
mısı – bütün insanlar üçün əsasən eyni olan proseslərdir. Yəni bədən modeli 
və onun funksionallığı fərdi həyatı səciyyələndirə bilməz. Məhz bu məlum 
olduğuna görə, filosoflar insan həyatını bədənin funksionallığı çərçivəsində 
axtarmırlar. Lakin bədən insanın  əməli fəaliyyəti üçün bir alət, vasitədir. 
Onun vasitəsilə görülən işlər insanın niyyətini, məqsədini, həmçinin bilik və 
bacarıqlarını üzə  çıxarır.  İnsan ictimai bir varlıq kimi cəmiyyətdə “açılır”. 
Buna görə də insan həyatını sosial müstəvidə, onun ictimai fəallığında (fun-
ksionirovaniye) axtarmaq meylləri də vardır. 
Lakin insan hansı əməlləri edir, nə kimi ictimai funksiyanı yerinə ye-
tirir, başqaları ilə münasibətdə bir “öz” olaraq hansı mövqeyi təmsil edir? 
Bu sualların cavabını axtardıqda, biz insanın arzu və ideallarına, “fəa-
liyyət” proqramına, bilik və bacarıqlarına qayıtmaq məcburiyyətindəyik. La-
kin burada da differensiallaşmaya, identifikasiyaya  ehtiyac var. Belə ki, in-
san həyatının əsas göstəricisi bilik olsa idi, onda meyar kimi ancaq kəmiyyət 
göstəricisi göstərilməli olardı. Belə ki, biliklərin məzmunu müəyyən sahədə 
çalışan bütün insanlar üçün əsasən eynidir. Fərqlər az, ümumi cəhətlər isə 
çoxdur. Kiminsə az və ya çox bilməsi onu səciyyələndirən əsas amil ola bil-
məz. İnsanları fərqləndirən daha çox dərəcədə onları həyat amalı, nəyə can 
atmasıdır. Belə bir atalar sözü var: “Niyyətin hara, mənzilin də ora”. Lakin 
insanın bütün həyatı boyu vahid bir niyyəti, məqsədi olmur.  Həyatda kiçik 
və böyük planlar olur. Və müəyyən bir məqsədin əldə edilməsi daha böyük 
bir məqsəd üçün yol açır.  
Belə düşünsək ki, insanın  bütün fəaliyyəti onun özü tərəfindən şüurlu 
surətdə planlaşdırılır, özü özünə həyat yolu seçir, – sadəlövhlük olardı. Xari-
ci təsirlər, ictimai normalar, ənənə  və tendensiyalar, əxlaqi dəyərlər, dini 
kanonlar, hətta predrassudkalar və qəti dəblər, təsadüfən düşdüyün lokal ic-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə