Microsoft Word Jurnal 1 13 ed doc


Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/51
tarix26.11.2017
ölçüsü5,01 Kb.
#12659
1   ...   27   28   29   30   31   32   33   34   ...   51

Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1
 
 
 
 
94
Mədəniyyətlərarası dialoq və dialoq mədəniyyəti 
Öz daxilində qarşılıqlı anlaşma və tolerantlığı təmin edə bilməyən hər 
hansı bir ölkə başqa ölkələr və xalqlarla da səmərəli dialoq və xoş münasi-
bət qura bilməz. 
 
Bir xalqın, ölkənin mədəniyyətinin digər mədəniyyətlərlə əlaqələndi-
rilməsi o zaman asan olur ki, belə bir uyğunlaşma, uzlaşma və qarşılıqlı zən-
ginləşmə təcrübəsi həmin mədəniyyətə immanent olsun, yəni o artıq öz da-
xilində belə bir təcrübəni mənimsəmiş olsun. Azərbaycan mədəniyyəti məhz 
bu baxımdan da əlamətdardır. Neçə əsrlər ərzində dini və etnik-milli müxtə-
lifliyin ənənəvi tolerantlıq şəraitində inkişafı və eyni zamanda qarşılıqlı zən-
ginləşmə və inteqrasiya təcrübəsi bütöv Azərbaycan mədəniyyətinin forma-
laşmasına gətirib çıxarmışdır. İndi bu bütöv mədəniyyət bir tərəf kimi başqa 
xalqların mədəniyyəti ilə qarşılıqlı əlaqəyə girərkən həmin ənənənin və  təc-
rübənin böyük əhəmiyyəti vardır.  
Adətən fərqli mədəniyyətlərin qarşılıqlı əlaqəsindən, dialoqundan söh-
bət gedir. Müxtəlif xalqların, millətlərin maraq dairələri kəsişən yerdə mə-
dəniyyətlər də kəsişir və burada müəyyən bir interferensiya hadisəsi baş ve-
rir. Yəni uzlaşan, uyğun gələn mədəni dəyərlər toplanır, artır, yeni inkişaf 
impulsu əldə edir. Uzlaşmayan, bir-birini təkzib edən dəyərlər arasında isə 
rəqabət, mübarizə, bəzən hətta münaqişə baş verir. Optikadan məlum oldu-
ğu kimi, iki işıq şüasının görüşü və ya toplanması zamanı koherent dalğalar 
bir-birini gücləndirir. Lakin bu şərt ödənmədikdə, dalğalar bir-birini söndü-
rür və qaranlıq fasilələr yaranır. Bu bənzətmənin təfərrüatına getmədən bircə 
onu vurğulamaq istərdik ki, ictimai hadisələr də çox vaxt təbii proseslərlə 
eyni qanunauyğunluq üzrə həyata keçir.  
Yəni biz istənilən iki mədəniyyətin toplanmasını kor-koranə surətdə 
müsbət hadisə kimi dəyərləndirə bilmərik. Hər  şey bu “toplanmanın” necə 
aparılmasından asılıdır. Bir böyük və ya daha zəngin mədəniyyət başqasını 
ehtiva etmək, udmaq istəyində  də ola bilər. Yəni nisbətən aşağı  səviyyəli 
mədəni mühit daha çox inkişaf etmiş mədəni mühitlə müntəzəm təmasa gi-
rirsə, kiçiyin böyükdə “itməsi”,  əslində isə ehtiva olunması baş verə bilər. 
Lakin hər  şey elə bundan asılıdır ki, biz mədəniyyətlərin səviyyəyə görə, 
vertikal boyunca qradasiyasını qəbul edirikmi?  


Sosial fəlsəfə 
 
 
95
Əslində vertikal boyunca fərqlər sivilizasiyaya aiddir. Çünki müxtəlif 
xalqlar eyni bir sivilizasiyanın müxtəlif mərhələlərində olduqlarına görə 
fərqlənirlər. Mədəniyyətlər isə kiçik və ya böyüklüyündən asılı olmadan hər 
bir xalqın milli xüsusiyyətlərini də ehtiva edir. Təbii coğrafi və mədəni-mə-
nəvi özəllik əsrlər boyu qorunub saxlanır və öz məxsusi inkişaf yolunu ke-
çirlər. Burada əlbəttə, milli mədəniyyətlərin sivilizasiyanın təsirinə  məruz 
qalması qaçılmazdır. Zehniyyətdə intellektual komponentin payının artması, 
rasionallaşma prosesi müxtəlif xalqların yaxınlaşmasına səbəb olur. Özəllik-
lər azalır, ümumi cəhətlər artır. Lakin hər bir xalq “öz kökü üzərində bit-
məkdə” davam etməyə çalışır. Bununla belə, zaman keçdikcə həyat tərzi və 
düşüncə  tərzi dəyişdiyindən  əvvəlki nəsillərin dəyərlər sistemi də  təsirlərə 
məruz qalır. Mübarizə əslində mədəniyyətlər arasında deyil, mədəniyyətlər-
lə sivilizasiya arasında gedir.  
A.Toynbinin və S.Hantinqtonun irəli sürdüyü “sivilizasiyaların toq-
quşması” ideyasından fərqli olaraq, mən vahid sivilizasiya ideyasının tərəf-
darıyam. 
  
Dövlətlər arasında siyasi münasibətlər qurulması hələ azdır. Bu müna-
sibətlərin ancaq formal bəyanat olmayıb, real təməllərə əsaslanması isə siya-
si müstəvidəki razılaşmaları şərtləndirən iqtisadi və mədəni-mənəvi amillər-
dir. Dayanıqlı  tərəfdaşlıq yalnız onların uzlaşdırılması sayəsində mümkün 
olur. Dövlət rəhbərinin yeritdiyi siyasət sonrakı  mərhələdə ictimai fikir və 
mədəni yaxınlaşma şəklində davam etdirilməlidir. Bunun üçün isə millətlər 
həm müstəqim, həm də məcazi mənada bir-birinin dilini öyrənməlidirlər.  
Xalqlar arasında dil baryeri olduğu kimi, mədəni müxtəliflikdən irəli 
gələn uyğunsuzluq, yaxud da dözümsüzlük halları da ola bilər. Tolerantlıq 
bir prinsip kimi məhz bu hala reaksiya kimi yaranmışdır. Lakin dövlətin 
hansı isə bir prinsipi bəyan etməsi bir şeydir, onun ictimai reallıqda təsbit 
olunması başqa şeydir. Məhz buna görə də mədəniyyətlərarası dialoq bir si-
yasi akt olmaqdan daha çox, ziyalılar, elm və mədəniyyət xadimləri arasında 
əməkdaşlıqdır. Bir milli sənətin başqa xalqların da ürəyinə yol tapması tək 
mədəniyyətləri deyil, xalqları da yaxınlaşdırır və bu nailiyyətlər dövlət siya-
sətinə də təsir edir. Eləcə də elm və fəlsəfə sahəsində bir millətin nümayən-


Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1
 
 
 
 
96
dəsinin ümumbəşəri elmi axtarışlara qoşulması və öz payını verməsi xalqla-
rın qarşılıqlı anlaşması və simpatiyasını təmin edən şərtlər sırasındadır. Bu 
çox mühüm bir məqamdır. Belə ki, iki fərqli mədəni hadisənin tərəf-mü-
qabil kimi görüşü və qarşılıqlı anlaşmasından fərqli olaraq, burada eyni bir 
məqsəd uğrunda çalışmaq, eyni bir işi görmək baxımından tərəflər birləşir 
və bu proses tolerantlıq deyil, doğmalıq duyğusu ilə müşayiət olunur.   
Yuxarıda da qeyd etdiyimiz kimi, mədəniyyətlər üfüqi müstəvidə – 
yan-yana olduğu halda, sivilizasiya vahiddir və müxtəlif xalqların sivilizasi-
ya fərqləri vertikal boyunca tutduqları yerə görə, dərəcə, qradasiya göstərici-
sinə görə seçilir. Bir xalq başqasına fərqli mədəniyyətinə görə yuxarıdan 
aşağı baxa bilməz. Amma kim isə sivilizasiya oxunda aşağıdadırsa, ona baş-
qa cür baxmaq mümkün deyil. Çünki o, zatən aşağıdadır.  
Xoş  məramlı bir ideya dövrə vurub yenə  də ilk təməllərə qayıdır. 
Amma bu dəfə sadəcə sözlə deyil, həm də işlə! 
Dialoqun baş tutması üçün tərəflər hər biri öz mövqeyini dəqiq müəy-
yənləşdirməli, özünü dərk etməlidir. Bunun üçün isə ilk növbədə, “qarışıq 
mədəniyyət” sindromundan xilas olmaq lazımdır. Yəni, hər kəsin öz siması, 
öz obrazı və təmsil etdiyi, müdafiə etdiyi özəl dəyərlər sistemi olmalıdır.  
Dialoq heç də təqlid və ya təslimçilik kimi başa düşülməməlidir. Qarşı 
tərəflə optimal iş birliyi qura bilmək üçün öncə onu öyrənmək, mənimsə-
mək, hansı dəyərləri təmsil etdiyini bilmək lazımdır. Biz onlardan nə götürə 
bilərik və onlara nə təklif edə bilərik? Mədəniyyətlərin təqdimatında və öl-
çülüb-biçilmiş mübadiləsində prioritetlər düzgün müəyyənləşdirilməlidir.  
 
II Dünya müharibəsindən sonra beynəlxalq hüquq, insan haqları amili-
nin önə çəkilməsi son illərdə beynəlxalq humanitar siyasətin güclənməsi ilə 
yeni məcraya keçir. Ölkədaxili problemlər “daxili” olmaqdan kənara çıxır 
və beynəlxalq qurumların və ictimaiyyətin rəyi getdikcə daha böyük rol oy-
nayır. Humanitar intervensiya siyasəti Şərq ölkələrində böyük narazılıqlara 
səbəb olmuş  və  hələ  də yekunlaşa bilməyən iğtişaşlar davam etməkdədir. 
Belə bir şəraitdə amerikan politoloqu J.Nayın irəli sürdüyü “yumşaq güc” 
siyasəti getdikcə daha çox yayılır. Qədim Çin müdrikliyinin (Lao Tszı təli-
mi) XXI əsrdə yenidən aktuallaşması da təsadüfi bir şey olmayıb, zamanın 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə