Microsoft Word Jurnal 1 13 ed doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/51
tarix26.11.2017
ölçüsü5,01 Kb.
#12659
1   ...   26   27   28   29   30   31   32   33   ...   51

Sosial fəlsəfə 
 
 
91
uzun müddət paralel surətdə mövcud olmuş və əslində bu gündə davam et-
məkdədirlər. Hər yeni yaranan fəaliyyət sahəsi  əvvəlkinin yerində deyil, 
onun yanında yer alır. Lakin önəmli olan bu fəaliyyət sahələrinin struktur 
fərqləridir. Zaman ardıcıllığı özü də  nə isə deyir. Lakin müxtəlif fəaliyyət 
sahələrinin gec və ya tez formalaşması təsadüfi amillərdən də asılı ola bilər. 
Ona görə  də biz onların inkişaf pilləkanında tutduqları yeri, mərtəbələri 
fərqləndirməyə çalışsaq, gərək öncə bu inkişafın meyarlarını müəyyənləşdi-
rək. Əkinçilik və maldarlıq ovçuluğa nisbətən bir pillə yüksək olsa da, onlar 
eyni müstəvidə  qərar tutur, yəni vertikalda bir-birindən fərqlənmirlər. Bəs 
bu “yüksəkliyi” şərtləndirən nədir? Fərq bundan ibarətdir ki, ovçuluqda in-
sanlar özləri yaratdıqlarından deyil, təbiətdə hazır şəkildə mövcud olandan 
bəhrələnirlər. Necə ki, meşədə cır meyvələri yığmaqla, özü əkib-becərmək 
və öz əkdiyini yığmaq arasında fərq var, eləcə də “hazır” heyvanı mənimsə-
məklə onu öncədən, məqsədəuyğun surətdə yetişdirmək arasında fərq var. 
Deməli, söhbət iki fərqli pillədən gedir ki, bu fərqi də şərtləndirən insanın 
daha uzun müddətli planlar cızması və daha çox bilik, səbr, tədbir nümayiş 
etdirməsidir. Bununla insan öz təbiətdən asılılıq dərəcəsini azaldır, hazır 
məhsullara rast gəlib-gəlməmək kimi təsadüfi amillər əvəzinə özü qabaqca-
dan tədarük görür və öz gələcək “ovu”nu, azuqəsini özü yetişdirməklə daha 
əmin, güvənli və davamlı bir həyat qurur. Bəli, burada inkişaf daha davamlı, 
daha dayanıqlıdır. Çünki hər şey nəzarət altındadır. K.Marks bu inkişafı sə-
ciyyələndirmək və müxtəlif pillələri fərqləndirmək üçün “istehsal alətləri” 
və “istehsal vasitələri” anlayışlarından istifadə edir. Ovçuluqda da alət labüd 
idi. Lakin bu, ancaq son məqsədə xidmət edən bir alət idi. Daha doğrusu, 
məqsəd özü bir halqadan ibarət idi: hansı isə heyvanı ovlamaq və mənimsə-
mək. Lakin həmin heyvanı əvvəlcə yetişdirmək, bəsləmək, sonra mənimsə-
mək planı daha mürəkkəbdir. Burada proses artıq iki halqadan ibarətdir ki, 
hər birinin də öz alətləri, üsulları, vərdişləri vardır. Həmin əmək alətlərinin 
hazırlanması isə daha dolayı bir prosesdir. Yəni son məqsədə nail olmaq 
üçün tamamilə başqa xarakterli əməli fəaliyyət sahələri ortaya çıxır. Və bun-
lar hamısı eyni bir zəncirdə birləşir. “Ayının yüz oyunu var, bir armud ağa-
cının başında”. Bəli, insan öz maddi ehtiyacını ödəməlidir. Yeməlidir, iç-
məlidir, geyməlidir və s. Bax, Marks təlimi insanın maddi ehtiyacının ödə-


Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1
 
 
 
 
92
nilməsi, maddi ehtiyacları önə çəkməklə yanaşı, bu ehtiyacların ödənilməsi 
üsullarının getdikcə mürəkkəbləşməsi və bu ictimai prosesdə əmək bölgüsü-
nün həyata keçirilməsini nəzərə almaqla əslində ictimai inkişafın obyektiv 
qanunauyğunluğunu izah edirdi. Hər bir daha yüksək inkişaf pilləsi bu icti-
mai  əmək bölgüsünün strukturundan cəmiyyətin daha yaxşı  təşkilatlanma-
sından asılı olaraq müəyyənləşir. Əvvəlki inkişaf pillələrində ancaq təcrübi 
proseslərdə yaranan əməli biliklərin fəaliyyətin strukturuna daxil olması ye-
tərli idisə, daha yüksək pillədə biliklərin əldə olunması prosesi əməli fəaliy-
yət sahələrindən bir növ ayrılaraq nisbi müstəqil fəaliyyət sahəsinə çevrilmiş 
və bununla da sivilizasiya tarixində çox mühüm bir çevriliş: zehni əməyin 
fiziki əməkdən ayrılması baş tutmuşdur. Bütün sonrakı ictimai inkişaf pro-
sesləri müstəqil zehni əməyin sayəsində alınan yeni biliklərin əməli proses-
lərə tətbiqi sayəsində mümkün olmuşdur. Yəni söhbət elmin müstəqil bir ic-
timai fəaliyyət sahəsi kimi formalaşmasından gedir. Lakin müstəqilləşmək 
əməli fəaliyyət sferasından tamamilə  çıxaraq özü öz məqsədinə çevrilmək 
kimi başa düşülə bilməz. Baxmayaraq ki, alim özü yeni elmi ideya axtarışın-
da bilavasitə maraqlıdır və onun harada necə tətbiq olunacağı barədə düşün-
məyə də bilər. Amma nisbi müstəqil fəaliyyət sahələrinin əlaqələndirilməsi 
və onların vahid ictimai fəaliyyət zəncirində birləşməsi üçün kimlərsə bu 
əlaqələndiricilik missiyasını öz üzərinə götürməlidir. Beləliklə, bu əlaqələn-
diricilik özü də nisbi müstəqil halqaya çevrilir və fəaliyyət zəncirində özünə 
yer alır. Müasir dövrdə ictimai inkişafın ilk əsas halqası elmdir, desək – ya-
nılmazdıq. Amma məlum olur ki, yaxşı təşkil olunmuş təhsil sistemi olma-
dan elm də inkişaf edə bilməz.  
Beləliklə, Elm-Texnika-İstehsal-İstehlak zəncirinin hər bir halqasının 
optimal təşkili və fəaliyyəti üçün müvafiq ixtisaslaşmış təhsil lazımdır.  
Bütün bunlar vahid ümumbəşəri bir prosesdir. İctimai tərəqqinin mil-
lətindən, dinindən, dilindən, adət-ənənələrindən asılı olmadan bütün xalqlar 
üçün vahid modelidir.  
Bu, vahid sivilizasiya prosesidir.  
Lakin ayrı-ayrı dövrlərdə, ayrı-ayrı coğrafi bölgələrdə bu proses özü-
nün ən mükəmməl modelinə adekvat şəkildə həyata keçməmiş, zəncirin heç 
də bütün halqaları əhatə olunmamış və bununla da spesifik formalarda, san-


Sosial fəlsəfə 
 
 
93
ki fərqli sivilizasiyalar kimi həyata keçmişdir. Əksər hallarda bu proses ya-
rımçıq qalmış və bu yarımçıqlığın özü bir spesifika kimi nəzərə çarpmışdır. 
Lüsyen Fevr yazır: “Tarix baş tutmamış sivilizasiyalarla doludur – xarici 
qüvvələr tərəfindən dağıdılmayan və hansı isə mərhələdən sonra inkişafdan 
dayanan, daim ifrat və lazımsız çətinliklərlə qarşılaşmaqdan sanki daşla-
şan...» (5, s. 84). L.Fevr belə yarımçıq sivilizasiyalara misal olaraq eskimos-
ların, köçərilərin və s. çox sərt və əlverişsiz mühitdə yaratdıqları sivilizasi-
yaları göstərir. Daha sonra L.Fevr Toynbiyə istinadla Osmanların və Sparta-
lıların yaratdıqları daha yüksək sivilizasiya formalarının da yarımçıq qal-
dığını qeyd edir.  
L.Fevr A.Toynbinin sivilizasiyaların müxtəlifliyi haqqında təlimini 
təhlil edərək belə qənaətə gəlir ki, hər halda bu sivilizasiyalar arasında ümu-
mi cəhətlərin olduğu inkar edilə bilməz. A.Toynbinin bu sivilizasiyaların 
arasında böyük zaman fərqlərin olması baxımından onların vahid məxrəcə 
gətirilməsinin qeyri-mümkünlüyü fikrini L.Fevr belə təkzib etməyə çalışır: 
Bu sivilizasiyalar arasındakı zaman fərqi tarix baxımından çox kiçik bir za-
mandır. “Əslində bütün sivilizasiyalar eyni vaxtda olub müasir sayıla bilər-
lər” (5, s.90). Belə ki, bəşər tarixi müqabilində sivilizasiyaların mövcud ol-
duğu dövr çox kiçikdir. L.Fevrin fikrinə görə,  əslində Toynbini belə başa 
düşmək olar ki, “bütün sivilizasiyalar eynitərtiblidirlər və bizim sivilizasiya 
onların tacı hesab oluna bilməz”.
1
 Bəli, Fevr Toynbinin məqsədini  əslində 
düz başa düşür. Toynbinin məqsədi sivilizasiyaların çoxluğunu vurğulamaq 
yox, müasir Qərb sivilizasiyasının yeganə sivilizasiya olmadığını göstər-
məkdir.  
Amma diqqətlə yanaşdıqda məlum olur ki, həmişə, hər yerdə eyni bir 
proses başlanır və təxminən eyni bir qanunauyğunluqla və ardıcıllıqla həya-
ta keçir. Yəni zəncirin əvvəlcə birinci halqası, sonra ikinci və s. halqalar ya-
ranır və onlar arasında əlaqələr bəzən optimal şəkildə, bəzən də yarıtmaz şə-
kildə qurulur. Fərqliliklər də belə “təsadüflərdən” hasil olur. 
 
 
                                                 
1
 Yenə orada, s. 91.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə