Mövzu 1: İqtisadiyyat və onun cəmiyyət həyatında rolu



Yüklə 115,27 Kb.
səhifə1/22
tarix25.02.2023
ölçüsü115,27 Kb.
#101521
  1   2   3   4   5   6   7   8   9   ...   22
M vzu 1 qtisadiyyat v onun c miyy t h yat nda rolu


Mövzu 1: İqtisadiyyat və onun cəmiyyət həyatında rolu
İqtisadiyyat bəşər tarixinin yaranması ilə birgə meydana gələn,
cəmiyyət həyatının təməlini təşkil edən insan fəaliyyətinin ən mühüm sahəsidir. Ümumiyyətlə iqtisadiyyatsız maddi nemətlər istehsal etməyən bir cəmiyyət haqqında düşünmək xam xəyaldan başqa bir şey deyil. Buna görə də insan fəaliyyətinin sarsılmaz təməlini təşkil edən iqtisadiyyat haqqında insanlar müəyyən biliklərə, elmi təfəkkürə malik olmalıdırlar. Bir cəhəti düşüncəli surətdə dərk etməliyik ki, iqtisadiyyatı onun üzdə görünən və görünməyən tərəflərini, keçmişini və indisini az - çox düzgün dərk etmədən şəxsi və birgə fəaliyyətimizi iqtisadi həyatın tələblərinə uyğun qura bilmərik. Bu baxımdan çağdaş dövrümüzdə iqtisadi biliklərin əsaslarına yiyələnmək, iqtisad elminin qanun və kateqoriyalarını öyrənmək hamı üçün gərəkli və faydalıdır. Bunu da qeyd etmək lazımdır ki,iqtisadiyyat və onu öyrənən iqtisadiyyat elmi yalnız iqtisadçı və ya idarəedənlər üçün deyil, ixtisasindan asılı olmayaraq bütün vətəndaşlar və təhsil alanlar üçün çox gərəkli bir bilik sahəsidir. Buna görə də ümumtəhsil məktəblərində “İqtisadiyyatın əsasları” adı ilə fənnin tədrisini və təlimini təşkil etmək və yüksək səviyyədə həyata keçirmək dövrümüzün tələblərinə çox uyğundur.
Müstəqil Azərbaycan Respublikasının bütün ümumtəhsil məktəblərində “İqtisadiyyatın əsasları” fənninin tədris edilməsi, möhtərəm prezident Heydər Əliyev cənablarının gənc nəslin müasir orta təhsil pilləsində iqtisadiyyatın normal öyrənilməsinin vacibliyi fikrinə gəlməsini bir töhfə kimi qiymətləndirmək lazımdır.
Başqa ictimai fənlərlə yanaşı ümumtəhsil məktəblərində “İqtisadiyyatın əsasları” fənninin tədrisi şagirdlərdə baş verən iqtisadi hadisələr və proseslər haqqında müəyyən elmi dünya görüşlərin, elmi iqtisadi təfəkkürün formalaşmasını təmin edir. Bu da onların müstəqil əmək fəaliyyəti, öz qabiliyyətlərinə görə həyatda iştirak etmələri üçün çox faydalıdır. Bu, Respublikamızın müstəqilliyi şəraitində azad iqtisadi sistemə, bazar iqtisadiyyatına keçid dövründə xüsusi əhəmiyyət kəsb edir.
İnkişaf etmiş ölkələrdə iqtisadi biliklərin tədrisi təcrübəsini və onun nəticələrini,bu sahədə özümüzün də əldə etdiyimiz naliyyətləri nəzərə alaraq,ümumtəhsil məktəblərində “İqtisadiyyatın əsasları” fənninin tədris olunması bu günün və gələcəyin tələblərindən biridir. Lakin dərslik olmadan mürəkkəb və eyni zamanda çox maraqlı bir elm olan iqtisad elmini, onun əsaslarını, hətta əlifbasını belə öyrənmək və öyrətmək arzu olunan nəticə verə bilməz. Xüsusilə, “İqtisadiyyatın əsasları” fənninin tədrisini bu elmdən uzaq olan, onu layiqincə təlim etməyən müəllimlərə onu tapşırmaq da onu şagirdlərin gözündən salar və predmetə qarşı biganəlik yaradar.
Bütün bunları göstərməklə məqsədimiz budur ki, ümumtəhsil məktəblərində hazırda tədris edilən başqa ictimai elmlərə aid fənlərlə yanaşı “İqtisadiyyatın əsasları” fənni də öz layiqli yerini tutsun, bunun da tədrisi normal həyata keçsin.
Ümumtəhsil məktəblərinin şagirdləri üçün respublikada “İqtisadiyyatın əsasları” fənninin dərsliyini yazmağı öz üzərinə götürən müəllif vaxtı ilə orta təhsil məktəblərində işləmiş,indi isə ali məktəblərdə uzun müddətdir ki, iqtisadi nəzəriyyəni təlim edən iqtisadçı alimdir.
Belə bir məsul, həm də şərəfli iş bizim ziyalılıq, vətəndaşlıq borcumuzdan irəli gəlmişdir. Biz bunu yaxşı dərk edirik ki, ümumtəhsil məktəb şagirdləri üçün ilk dərslik yazıb - yaratmaq o qədər də asan deyil, mürəkkəb və məsuliyyətli işdir.
Təqdim olunan dərslik giriş və on bölmədən ibarətdir. Hər bir bölmə isə müvafiq olaraq ayrı-ayrı mövzuları əhatə edir.
Dərslik ümumtəhsil məktəblərinin şagirdləri üçün ümumən sistemli və bitkin bir səviyyədə “İqtisadiyyatın əsasları” fənninin proqramında nəzərdə tutulan məsələləri əhatə edir.
Məlumdur ki, respublikamızda “İqtisadiyyatın əsasları” ikinci nəşri 2002-ci ildə nəşr edilmişdir. O vaxtdan xeyli vaxt keçmişdir. Digər tərəfdən onun həcmi lazım olduğundan artıqdır. Ona görə də onun keyfiyyətinə xələl gətirməyən ixtisarlar edilmişdir.
Belə ümid edirik ki, dərslik ümumtəhsil məktəbləri şagirdləri tərəfindən “İqtisadiyyatın əsasları” fənninin sistemli şəkildə mənimsənilməsində, iqtisadi biliklərin əsaslarının öyrənilməsində mühüm rol oynayacaqdır.

Yüklə 115,27 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə