Mövzu 1: İqtisadiyyat və onun cəmiyyət həyatında rolu



Yüklə 115,27 Kb.
səhifə5/22
tarix25.02.2023
ölçüsü115,27 Kb.
#101521
1   2   3   4   5   6   7   8   9   ...   22
M vzu 1 qtisadiyyat v onun c miyy t h yat nda rolu

Maliyyə sistemi.
Cəmiyyətin iqtisadi strukturlarının normal fəaliyyəti pul vəsaitinin dövlət və istehsal strukturları, dövlət və əhali arasında hərəkətinin düzgün təşkilindən birbaşa asılıdır. Bu cür pul hərəkəti cəmiyyətin real həyatını əks etdirməklə, vətəndaş və müəssisələr arasında əlaqə və münasibətlər yaradır. Dövlət maliyyə mexanizmi vasitəsilə özünün idarəetmə, iqtisadi, eyni zamanda, istehsal və maliyyə strukturları üzərində nəzarət funksiyalarını həyata keçirir. Qeyd edilən funksiyalar yerinə yetirilərkən maliyyə iqtisadiyyatın inkişafına yönəldilir, həmçinin iqtisadi artma neqativ təsirlərin qarşısı alınır.
Maliyyə - pul vəsaitləri fondunun xüsusi fondlar və müəssisələr vasitəsilə bölüşdürülməsi və istifadəsi istiqamətində münasibətlər sistemidir.
Maliyyə münasibətlərinin inkişafı əmtəə - pul münasibətlərinin meydana gəlməsi ilə əlaqədardır ki, bu da dövlətin zəruri ehtiyaclarının (dövlət idarəetmə aparatının və ordunun saxlanılması, işsizlik və yoxsulluqla mübarizə üzrə dövlət proqramlarının və s.) ödənilməsi üçün maliyyə resurslarının toplanması məqsədini daşıyır.
Maliyyə latınca «finansiya» - sözündən götürülərək, pul «tədiyyəsi,gəlir mənası» nı ifadə edir. Maliyyə kateqoriyası ilk dəfə XII – XV əsrlərdə İtaliyada, eyni zamanda, Avropanın iri ticarət və bank şəhərləri olan Florensiyada və Venetsiyada işlədilmişdir.
Cəmiyyətin tarixi inkişafınının nəticəsi olaraq maliyyə anlayışı da təkminləşərək beynəlxalq anlayış kimi hazırda pul münasibətləri sisteminin yaradılması, bölgüsü və istifadəsi üzrə münasibətlər sistemini əks etdiri. Eyni zamanda, maliyyə iqtisadi kateqoriya kimi iqtisadiyyatın bütün sahələrində pul fondlarının yaranması, bölgüsü və istifadəsi prosesində yaranan iqtisadi münasibətlər sisteminə daxildir.
Bir elm sahəsi kimi maliyyənin predmeti ümumi daxili məhsulun və milli gəlirin bölgüsü və yenidən bölgüsü pul vəsaitləri fondlarının yaradılması və istifadəsi ilə əlaqədar iqtisadi münasibətlər sisteminin tətbiqindən ibarətdir.


Yüklə 115,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə