Mövzu 1: İqtisadiyyat və onun cəmiyyət həyatında rolu


Mövzu 3: İstehsalın məzmunu və məqsədi.İstehsal amilləri



Yüklə 115,27 Kb.
səhifə3/22
tarix25.02.2023
ölçüsü115,27 Kb.
#101521
1   2   3   4   5   6   7   8   9   ...   22
M vzu 1 qtisadiyyat v onun c miyy t h yat nda rolu

Mövzu 3: İstehsalın məzmunu və məqsədi.İstehsal amilləri
Makroiqtisadi nəzəriyyənin təhlil etdiyi müəssisə və ev ttəsərrifatlarının fəaliyyəti istehsal amilləri olmadan və istifadəsindən müvafiq gəlirlər əldə etmədən mümkün deyil. Bu fəsil məhz həmin problemin təhlilinə həsr edilmişdir.
İstehsal – maddi nemət və xidmətlərin hazırlanması prosesidir. İnsan məhsul istehsal edərkən təbiətin obyektlərinə təsir göstərir, onu maddi tələbatın ödənilməsi üçün məqsədəuyğun formaya salır. Deməli, istehsal- bilavasitə istehlak və yaxud gələcək istehsal üçün təbiət cisimlərinin emalıdır.İstehsalın belə funksiyası onun hər bir sosial formasında saxlanılır və istehsal resurslarına əsaslanır.
İstehsal resursları - əmtəələr, xidmətlər və başqa dəyərlərin yaradılması prosesində istifadə oluna bilən təbii, sosial və mənəvi qüvvələrin məcmusudur. İstehsal resursları çox müxtəlif və rəngarəngdir. Onların iqtisadi nızıriyyədə dörd qrupa bölgüsü qəbul edilmişdir.
1. Təbii resurslar - istehsala tətbiq etmək üçün yararlı olan potensial təbii qüvvələr və əşyalar. Bunlar isə «tükənən» və «tükənməyən», başqa sözlə, «bərpa olan» və «bərpa olunmayan» resurslar şəklində özünü göstərir.
2. Maddi resurslar – insanın yaratdığı, yyəni istehsalın nəticəsi olan istahsal vasitələri.
3. Əmək resursları - əmək qabiliyyətli yaşda olan əhali. Bu adətən resurs baxımından üç parametrinə: sosial - demoqrafik, peşə - ixtisas və mədəni – təhsil əlamətlərinə görə qiymətləndirilir.
4. Maliyyə resursları - istehsalın təşkili üçün cəmiyyətin ayıra biləcəyi pul vasitələri.
Ayrı – ayrı resurs növlərinin istehsal prosesində əhəmiyyəti əvvəlki dövrlərdən sənaye dövrünə, ondan da yüksək sənaye texnalogiyasına keçirməsilə dəyişmişdir. Belə ki, üstünlük sənayeləşmədən əvvəlki cəmiyyətdə təbii və əmək resurslarına, sənayeləşdirmə dövründə isə maddi resurslara xas olduğu halda, yüksək sənayeləşmə dövründə intellektual və informasiya resurslarına xasdır.
Təbii, maddi və əmək resursları istənilən istehsala məxsusdur. Ona görə bunlar «baza» resursları, bazar mərhələsində yaranan maliyyə resursları isə «törəmə» resurslar adlanır.
«İstehsal resursları» anlayışı ilə yanaşı iqtisadi nəzəriyyədə «istehsal amilləri» anlayışı da işlədilir. Belə isə onların fərqi nədədir?
Resursları xarakterisə edəndə göstərdik ki, bunlar istehsala cəlb oluna bilən təbii və sosial qüvvələrdir. Bu halda «istehsal amilləri» istehsal prosesinə artıq real surətdə cəlb olunan resursları ifadə edən iqtisadi kateqoriyadır.
Beləliklə, «istehsal resursları» anlayışı «istehsal amilləri» anlayışından daha genişdir. Başqa sözlə, istehsal amilləri törəmə resurslarıdır. Resurslardan fərqli olaraq, istehsal amilləri yalnız qarşılıqlı fəaliyyət çərçivəsində olur. Ona görə də istehsal həmişə onun amillərinin qarşılıqlı fəaliyyət birliyidir. Odur ki, maddi nemətlərin hazırlanmasında hansı amillərin iştirak etməsi məsələsinə aydınlaşdırmaq çox vacibdir. İqtisadi nəzəriyyədə istehsal amilləri deyimində istehsalın ilkin nəticələrinə həlledici təsir göstərən hər bir mühüm ünsür və ya obyekt başa düşülür. Belə ki, müəyyən məhsulun istehsalı üçün öz amillər dəsti vardır. Ona görə onların təsnifatına – böyük qruplarda birləşdirilməsinə təlabat vardır.
İstehsal amillərinin öyrənilməsinə və onların ayrıca qruplarda təsnifatına müxtəlif yanaşma mövqeləri vardır.
Marksizm nəzəriyyəsi iş qüvvəsi, əmək cisimləri və əmək vasitələri kimi istehsal amillərini iki böyük qrupa ayırır:

  1. İstehsalın şəxsi amili;

  2. İstehsalın maddi amili.

İstehsalın şəxsi amilinə həmişə iş qüvvəsi, yəni insanın əməyə fiziki və əqli qabiliyyətlərinin məcmusu kimi baxılır. Bütün istehsal vasitələrinin məcmusu isə maddi amil kimi qəbul edilir.
Şəxsi və maddi amillər mürəkkəb qarşılıqlı fəaliyyət sistemi yaradır. Bunun da səmərəliliyi istehsalın texnologiyası və təşkili ilə müəyyən olunur. Bununla texnologiya istehsalın başlıca amilləri arasında qarşılıqlı fəaliyyəti ifadə edir. O müxtəlif emal üsullarından istifadı edilməsini, əmək cisimlərinin vəziyyətinin, forma və xüsusiyyətlərinin dəyişməsini nəzərdə tutur.
İstehsalın təşkili isə bütün istehsal amillərinin uyğunlaşdırılmış fəaliyyətini, onların proporsional kəmiyyət nisbətini, qarşılıqlı əvəzlənməsini və s. təmin edir.
Marjinalist nəzəriyyə istehsal amillərini dörd qrupa ayırır: torpaq, əmək, kapital, sahibkarlıq fəaliyyəti.

Yüklə 115,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə