Mövzu 1: İqtisadiyyat və onun cəmiyyət həyatında rolu


Sxem № 1. Azərbaycan Respublikasının maliyyə sistemi



Yüklə 115,27 Kb.
səhifə7/22
tarix25.02.2023
ölçüsü115,27 Kb.
#101521
1   2   3   4   5   6   7   8   9   10   ...   22
M vzu 1 qtisadiyyat v onun c miyy t h yat nda rolu

Sxem № 1. Azərbaycan Respublikasının maliyyə sistemi
Maliyyənin funksiyasl dedikdə ona məxsus vəzifələrin təzahürü, yəni onun iqtisadi münasibətlər sistemində yerinə yetirdiyi rol başa düşülür.
Maliyyə, əsasən, iki funksiyanı yerinə yetirir: bölüşdürücü və nəzarət funksiyası.
Maliyyənin bölüşdürücü funksiyası ÜDM – un, milli gəlirin bölüşdürülməsini və yenidən bölüşdürülməsini yerinə yetirir. Dövlətin milli gəlirinin yaradılmasının maddi əsasını ÜDM – un təkrar istehsalı təşkil edir.
Maliyyənin nəzarət funksiyası dövlət və xüsusi müəssisələrin maliyyə vasitələrindən düzgün və səmərəli istifadəsinin təmin edilməsini yerinə yetirir. Maliyyə nəzarəti manatla nəzarətə və maliyyə orqanlarının həyata keçirdikləri nəzarətə bölünürlər.
Müəssisələrdə maliyyənin vasitəsilə pul gəlirlərinin yaranmasına, maddi və əmək ehtiyatlarından səmərəli istifadə edilməsinə, həvəsləndirmə fondlarının yaradılmasına nəzarət manatla yerinə yetirilir. Vergilərin dövlət büdcəsinə vaxtında və tam ödənilməsinə nəzarət maliyyə, vergi, gömrük orqanları, eyni zamanda, Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən həyata keçirilir.
Müasir dövrdə inkişaf etmiş ölkələrin dövlət maliyyəsi iqtisadiyyatın dinamik inkişafına, o cümlədən milli iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsinə, innovasiya prosesinin sürətləndirilməsinə maddi və əmək ehtiyyatlarının istifadəsi və bölgüsündə regional bərabərsizliyin qarşısının alınmasına yönəldilir.


Mövzu 5: Menecmentin mahiyyəti


“Mеnеcmеnt“ аnlаyışı sеmаntik bаxımdаn ingilis sözü оlub “idаrəеtmə“ ifаdəsinə uyğundur. Lаkin, bu аnlаyış idаrəеtmənin tərkib hissəsi kimi də qəbul еdilə bilər. Çünki, qlоbаl idаrəеtmədən fərqli оlаrаq “mеnеcmеnt“ ifаdəsi dаhа çоx müəssisələrin və firmаlаrın idаrə еdilməsinə аid еdilir. Misаl üçün qеyd еdək ki, dövlətin, şəhərin və yаxud dа оrdunun idаrə оlunmаsı prоsеsləri mеnеcmеntlə əlаqələndirilmir və bu hаllаrdа “mеnеcmеnt“ və “mеnеcеr“ ifаdələri işlədilmir.



Yüklə 115,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə