Mövzu 1: İqtisadiyyat və onun cəmiyyət həyatında rolu



Yüklə 115,27 Kb.
səhifə4/22
tarix25.02.2023
ölçüsü115,27 Kb.
#101521
1   2   3   4   5   6   7   8   9   ...   22
M vzu 1 qtisadiyyat v onun c miyy t h yat nda rolu

Torpağa təbii amil kimi baxılır. O, insan fəaliyyətinin nəticəsi deyildir. Bu istehsal amilinə, istehsal prosesinə cəlb edilmiş təbii sərvətlər, mə´dən yataqları da aiddir. Bu kateqoriyaya əkin yerləri, meşələr, sular və.s daxil edilir.
Torpaq istehsal amili kimi üçlü məna kəsb edir: geniş mənada o, istehsal prosesində istifadə olunan bütün təbii resursları təmin edir. Belə ki, bir sıra sahələrdə, məsələn, aqrar, mə´dən sənayesində, balıq istehsalında «torpaq» təsərrüfatçılıq obyektidir. O, eyni zamanda «əmək cismi», həm də «əmək vasitəsi» kimi özünü göstərir.
İqtisadiyyatın bütün sahələrində «torpaq» mülkiyyət obyekti kimi çıxış edir; bütün həyat, o cümlədən maddi ne´mətlər istehsalı onun üzərində qurulur.
İstehsal amillərinin qarşılıqlı əvəz olunması imkanları və onun səmərəlliliyi
Qeyd etmək lazımdır ki, amillər qarşılıqlı əvəz olunma mahiyyətinə malikdir. Bu isə məhsulun müxtəlif istehlak xüsusiyyətlərinə səbəb olur. Nəticədə müxtəlif əlaqələndirilən müxtəlif amillərin və onların müxtəlif nisbətdə istifadəsi şəraitində istənilən məhsul və ya xidmətin istehsalı mümkündür. Belə qarşılıqlı əvəz olunma və proporsional kəmiyyət dəyişikliyi müasir istehsal üçün xüsusilə tipikdir. Bu hal kimyəvi məhsulların hazırlanmasından başlamış yaşayış binalarına sənaye tikintisinədək xarakterik haldır.
Amillərin qarşılıqlı əvəzlənməsi yalnız təlabatın spesifikliyi və mə´mulatın konstruksiyası xüsusiyyətləri ilə deyil, həm də başlıca olaraq bir tərəfdən resursların məhdudluğu və digər tərəfdən onlardan səmərəli istifadə edilməsi zəruriyyətindən irəli gəlir. Bu məqsədlə sahibkar elə istehsal texnologiyası seçir ki, onunla qıt və ya nisbətən baha istehsal amillərindən az miqdarda istifadə olunur. Məhz bu şəraitdə cəmiyyət boş torpaqların məhdudluğu üzündən yüksək binalar tikməyə, yarımkeçiricilər, əvəzləyicilər, yanacağa qənaət edən müxtəlif maşın modelləri və s. hazırlamağa məcburdur.

Mövzu 4: Maliyyənin mahiyyəti və zəruriliyi .

Yüklə 115,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə