Mövzu 1: İqtisadiyyat və onun cəmiyyət həyatında rolu


Müasir dövrdə maliyyə sistemi aşağıdakı kimi qruplaşdırılır



Yüklə 115,27 Kb.
səhifə6/22
tarix25.02.2023
ölçüsü115,27 Kb.
#101521
1   2   3   4   5   6   7   8   9   ...   22
M vzu 1 qtisadiyyat v onun c miyy t h yat nda rolu

Müasir dövrdə maliyyə sistemi aşağıdakı kimi qruplaşdırılır:
Dövlət maliyyəsi,
♦ Müəssisə və təşkilatların maliyyəsi,
♦ Əhali maliyyəsi.
Dövlət maliyyəsi maliyyə sistemi strukturunda aparıcı yer tutur. Dövlət maliyyəsinin əsas həlqəsini gəlir və xərcləri özündə əks etdirən büdcə təşkil edir. Dövlət büdcəsinin gəlir hissəsinin göstəriciləri dövlətin iqtisadi imkanlarını və dayanıqlığını əks etdirir. Dövlət büdcə vasitəsilə iqtisadi inkişafı, sahələrarası propoposiyanı təmin edir,ümumi daxili məhsulun bölgüsü və yenidən bölgüsünü həyata keçirir. Eyni zamanda, maliyyə vasitəsilə dövlət investisiyaları artırır, innovasiyaya, iş qüvvəsinə və istehsal amillərinə tələbi stimullaşdırır. Bütün bunlar iqtisadi inkişafı sürətləndirir, sənaye və aqrar istehsalı stimullaşdırır, əhalinin həyat səviyyəsini yüksəldir və məşğulluq problemi öz həllini tapır. Dövlət maliyyəsi hesabına ölkədə bir sıra sosial problemlər həll edilir və yoxsulluqla mübarizə, ətraf mühitünin qorunması, ekoloji təmiz məhsulların istehsalının təşkili, infrastruktur layihələrin icrası üzrə proqramlar həyata keçirilir.
Dövlət maliyyəsi, eyni zamanda ölkənin müdafiə və hərbi qabiliyyətini təmin edir. Qeyd edək ki, hərbi xərclər həm də digər sənaye sahələrinin, hər şeydən əvvəl maşınqayırmanın, optik və kosmik cihazların istehsalı müəssisələrinin inkişafına şərait yaradır.
Müəssisələrin, təşkilatların maliyyəsimüəssisələrlə dövlət, müəssisələrin öz aralarında və müəssisələrlə fiziki şəxslər (əhali) arasında yaranan maliyyə münasibətlərinin məcmusudur. Bu cür maliyyə münasibətləri mənfəət və zərər, qarşılıqlı hesablaşmalar, barter əməliyyatları zamanı yaranır.
Əhali maliyyəsi – ayrı-ayrı şəxslərin, ailələrin gəlir və xərclərinin məcmusunu əks etdirir. Ailənin gəlirini, əsasən, əməkhaqqı, sosial müavinətlər, təqaüdlər, sahibkarlıq fəaliyyətindən gəlir və s. təşkil edir. Xərc hissəsi isə müxtəlif zəruri xərclərə və əmanətə yönləndirilir. Maliyyə sistemi təkcə pul fondlarının yaranmasını deyil, eyni zamanda, ondan istifadə olunma mexanizmini, üsullarını əhatə edir, qarşılıqlı fəaliyyət göstərən maliyyə münasibətlərinin ayrı-ayrı həlqələrini əks etdirir.


Azərbaycan Respublikasının maliyyə sistemi


͞͞͞↓͞ ͞ ͞ ͞ ͞ ͞ ͞ ͞ ͞͞͞͞ ͞ ͞ ͞͞͞ ͞ ͞ ͞ ͞͞͞͞ ͞ ͞ ͞ ͞ ͞ ͞ ͞ ͞ ͞ ͞ ͞ ͞ ͞ ͞ ͞͞ ͞ ͞ ͞↓ ͞ ͞ ͞ ͞ ͞ ͞ ͞ ͞ ͞ ͞ ͞ ͞ ͞ ͞ ͞ ͞ ͞ ͞ ͞ ͞ ͞ ͞͞ ͞ ͞͞ ͞ ͞͞ ͞ ͞ ͞͞͞ ͞ ͞͞͞͞ ͞ ͞↓
Dövlət Müəssisə və Əhali
maliyyəsi firmaların maliyyəsi maliyyəsi

Yüklə 115,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə