Sinir mərkəzlərinin xüsusiyyətləri 4-cü mövzu



Yüklə 17,86 Kb.
tarix04.04.2023
ölçüsü17,86 Kb.
#104180
Movzu 4


Sinir mərkəzlərinin xüsusiyyətləri
4-cü mövzu
Sinir mərkəzi anlayışı klassik neyrofiziologiyanın mühüm anlayışlarından biridir. Hələ X1X əsrdə belə bir fikir formalaşmışdır ki, orqanizmin müəyyən funksiyaları MSS-nin müəyyən struktuları tərəfindən idarə edilir. Onurğa beyni, əsasən reflektor mərkəz, uzunsov beyin tənəffüs, ürək-damar fəaliyyəti mərkəzi, beyincik hərəkətləri əlaqələndirən mərkəz, baş-beyin yarımkürələri qabığı ali sinir və ya psixi fəaliyyət mərkəzi kimi adlandırılmışdır. Sonralar bu iri mərkəzləri daha məhdud və xırda mərkəzlərə ayırmaq istiqamətində fikirlər irəli sürülmüşdür. Mərkəz kimi beyində kiçik bir sahə, sinir nüvəsi və ya neyron populyasiyası (neyron ansamblı) götürmək cəhdləri də geniş yer almışdı. Sözün dar mənasında “sinir mərkəzi” müəyyən reflektor funksiyanı təmin edən eyni tipli neyronların yığını kimi başa düşülür, sözün geniş mənasında isə “sinir mərkəzi” bir və ya bir neçə əlaqədar funksiyanın icra olunması üçün filo və ontogenezdə formalaşmış, ixtisaslaşmış beyinin irir formasiyalarının morfofunksional cəhətdən təşkili nəzərdə tutulur. Mərkəzi sinir sistemində funksional mərkəzlərin yerləşməsi mənzərəsi hələ tam və dəqiq məlum deyil. Bundan başqa beyinin ayrı-ayrı mərkəzlərə ayrılması məsələsi şərti xarakter daşıyır. Vaxtilə alimlər beyində funksiyaların dinamik (dəyişkən) sistemlər şəklində təşkili haqqında öz fikirlərini sübut etməyə çalışıb. Onların fikrincə, mürəkkəb reflektor hadisələr yalnız bir sinir mərkəzinin fəaliyyəti deyil, bir-biri ilə anatomik və funksional əlaqələrdə olan MSS-nin müxtəlif səviyyələrdə duran, bir-birindən asılı və bir-birinə tabe olan sinir mərkəzlərinin kompleksləri vasitəsilə həyata keçə bilər.
Sinir mərkəzlərinin özünəməxsus səciyyəvi xüsusiyyətləri vardır. Hər bir sinir mərkəzi oyanmaları birtərəfli keçirməsi (sensor mexanizmdən motor mexanizminə doğru nəqletmə) xüsusiyyəti ilə seçilirlər. Sinir mərkəzində oyanmanın bir neyrondan digərinə hərəkəti, oyanmann ayrıca bir hərəkətinə nisbətən az sürətə malikdir. Ona görə də, reseptorun qıcıqlanmasından sonra sinir mərkəzinin oyanması və cavab reaksiyasının alınması prosesi ləng gedir. Refleksin həyata keçirilməsi müddətinin uzanması həm də verilmiş reaksiyalarda bir neçə sinir mərkəzinin iştirakına dəlalət edə bilir. Sinir mərkəzi bir sıra hallarda aktiv vəziyyətdə, tonusda olur ki, bu onun qıcıqlanmaya sürətlə reaksiya vermə qabiliyyətini artırır. Bütün bunları nəzərə alaraq sinir mərkəzinin aşağıdakı xassələrini göstərmək olar:
1. Mərkəzlərin oyanması ancaq bir istiqamətdə nəql edildiyi halda sinirlərdə hər iki tərəfə nəql oluna bilər. Hər hansı bir sinir lifinin ortasından qıcıqlandırılmış olsaq, o zaman sinirin qıcıqlandırdığımız yerindən aşağı və yuxarı hissəsində fəaliyyət cərəyanı əmələ gələr.
2. Oyanmanın mərkəzlərdə ağır nəql olunmasıdır. Məlum olduğu üzrə oyanma, insanın sinirində saniyədə 120 metrlik bir sürətlə nəql olunur. Halbuki mərkəzi sinir sistemində oyanmanın nəql olunması son dərəcə ağırdır. Refleks müddəri mərkəzi sinir sisteminin vəziyyətindən asılı olaraq qüvvəli qıcıqdan zəif qıcığa nisbətən qısa olur. Yorğunluq zamanı refleks müddəti uzanır.
3. Sinir mərkəzlərinin oyanma ritminin transformasiya etməsi, yəni dəyişməsidir.Sinir mərkəzləri soyudulduqda impulslar azalır. Bədən temperaturu 38*C olduqda nəfəsalma zamanı diafraqma sinir ilə saniyədə 110-140 impuls gəldiyi halda 28*C-də bu ritm azalaraq saniyədə 50 impulsa çatır.
4. Sinir mərkəzinin xassələrindən biri onların oyanma qüvvəsini dəyişdirə bilməsidir. Təcrübələr göstərir ki, reflektor reaksiyanın qüvvəsi, hər zaman, o refleksə səbəb olan qıcığın qüvvəsindən çox olur.
5. Sinir mərkəzinin beşinci xassəsi onların uzun təsir sonrası dövrə malik olmasıdır. Məsələn, tüpürcək vəzilərinə fistula qoyulmuş itə qida verdikdə bu qidaya qarşı tüpürcək alırıq. Qidanın verilməsini dayandırmış olsaq tüpürcək ifrazı dərhal kəsilməyib bir müddət davam edir. Bu, təsir sonrasıdır.
6. Sinir mərkəzinin altıncı xüsusiyyəti onların oyanmaları yekunlaşdıra bilməsidir.
7. Sinir mərkəzinin yeddinci, yüngülləşməyə və ya yolun açılmasıdır. Alimlərin tədqiqatı göstərmişdir, hər hansı bir sinir mərkəzinin qıcıqlanması, yalnız o mərkəzin deyil, qonşu mərkəzlərin də oyandığını yüksəldir.
8. Sinir mərkəzinin xassələrindən səkkizincisi, onların fizioloji plastik olmasıdır. Fizioloji plastik olmaq sinir mərkəzlərinin geniş miqyasda bir-birini əvəz etməyə qabil olmasıdır. Sinir kəsiləndən sonra və əvvəlcə sinirə daxil olan liflər degenerasiya edir. Bir müddətdən sonra onların tamlığı bərpa olunur.
9. Sinir mərkəzinin xassələrində doqquzuncusu, onların reflektor dövrünün sinirlərə nisbətən daha uzun olmasıdır.
10. Sinir mərkəzlərinin fizioloji xüsusiyyətlətindən onuncusu, onların sinir liflərindən fərqli olaraq çox tez yorulmasıdır.
Yüklə 17,86 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə