Microsoft Word Jurnal 1 13 ed doc


Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/51
tarix26.11.2017
ölçüsü5,01 Kb.
#12659
1   ...   23   24   25   26   27   28   29   30   ...   51

Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1
 
 
 
 
82
bu və ya digər dərəcədə qarışıqlardır və onların öz simasının olduğunu qəbul 
etmək çox çətindir. Onların siması artıq tarixi keçmişdə qalmışdır. A.Toynbi 
də haqlı olaraq sivilizasiyanı tarixi planda araşdırır və keçmişdə müxtəlif si-
vilizasiyaların olduğunu göstərir. Lakin keçmişdə müxtəlif qalmaq ona görə 
mümkün idi ki, onların nisbi müstəqillik imkanları çox idi. Planetimiz hələ 
bu dərəcədə kiçilməmiş, müxtəlif bölgələr arasında əlaqələr bu dərəcədə art-
mamış və sivilizasiyalar bu dərəcədə sərhədsizləşməmişdi. Yüksək siviliza-
siyanın aşağı sivilizasiyalarla münasibəti bir şeydir, bir milli mədəniyyətin 
başqa milli mədəniyyətlə münasibəti – başqa şeydir. Yəni etnik-milli müstə-
vilərdə ancaq mədəniyyətlər arasında fərqdən danışmaq olar.  
Sivilizasiya və  mədəniyyətlərin münasibətini, nisbətini çoxmərtəbəli 
binanın strukturu ilə müqayisədə daha əyani təsəvvür etmək olar. Sivilizasi-
ya binanın karkasıdır. Kimsə o çoxmərtəbəli binanın tikilməsi işində  hələ 
başlanğıc səviyyəsində, kimsə orta mərtəbələrində  və kimsə artıq yüzüncü 
mərtəbədə ola bilər. Beşmərtəbəli binanı da, iyirmimərtəbəli binanı da, yüz-
mərtəbəli binanı da eyni karkas əsasında tikirlər. Yəni fərq əslində kəmiyyət 
fərqidir. Metod eynidir, yol eynidir. Lakin bu eyni metodla tikilmiş binalar 
görünüş etibarı ilə və mərtəbələrin daxili strukturuna görə çox fərqli ola bi-
lirlər. Bu, mərtəbədaxili layihələr və arakəsmələrin nədən və necə tikilməsi 
ilə əlaqədardır. Biz sivilizasiya və mədəniyyətin nisbətini şərti olaraq karkas 
və arakəsmələrin nisbəti kimi nəzərdən keçirəcəyik. Binanın hər hansı bir 
mərtəbəsində arakəsmələri söküb onu təzədən başqa cür strukturlaşdırmaq 
mümkündür. Hərə öz mənzilini istədiyi kimi təmir edə bilər və dizayn verə 
bilər. Bütün bunlar mədəniyyətlərin müxtəlifliyi kimidir. Lakin heç kim bü-
növrəsi və ya məsələn, beşinci mərtəbəsi olmayan bir binada onuncu və ya 
yüzüncü mərtəbə qura bilməz. Sivilizasiya yolunda yüksələ bilmək üçün bü-
tün əvvəlki mərhələlərin olması şərtdir. Məhz buna görə biz sivilizasiyanın 
kumulyativlik prinsipi əsasında qurulduğunu, mədəniyyətlərin isə bir-birin-
dən asılı olmadan yan-yana yerləşdiyini iddia edirik. Məhz buna görə  də 
mədəniyyətlərarası dialoq iki eynihüquqlu tərəfin dialoqu olduğu halda, si-
vilizasiyalararası dialoq yuxarı ilə  aşağının, müxtəlif mərtəbələrin dialo-
qudur.  
Bu fərq elm və incəsənət arasındakı  fərqi xatırladır. Mən başqa bir 


Sosial fəlsəfə 
 
 
83
əsərimdə elm və incəsənətin spesifikasını izah etmək üçün də bu modeldən 
istifadə etmişəm. Və bu, təsadüfi deyil, çünki elm kumulyativlik prinsipi 
əsasında inkişaf edir, incəsənət isə – yox. Elm daha çox ictimai, incəsənət 
isə daha çox fərdi yaradıcılıqdır və burada toplanma mümkün deyil. Hər sə-
nət əsərinin öz siması var. Vahid sənət yoxdur, amma elm vahiddir. 
Əslində bu bənzəyiş heç də  təsadüfi deyil. Çünki sivilizasiyanın da 
aparıcı komponentlərindən biri məhz elmdir. Və burada biz analogiyanı da-
vam etdirərək deyəcəyik: elmdir, amma sənət deyil. Sənət də, din də mədə-
niyyətin əsas ünsürləri olduğu halda, sivilizasiyaya daxil olmayıb onunla tə-
rəfmüqabil olan hadisələrdir. Ona görə də biz daha çox içərisində din olan, 
içərisində sənət olan sivilizasiyadan deyil, din və sivilizasiyadan, incəsənət 
və sivilizasiyadan danışmağın tərəfdarıyıq.  
Din, əxlaq, bütövlükdə mənəviyyat, hətta bədii-estetik təfəkkür sivili-
zasiyaya daxil olmasalar da, onunla sıx surətdə əlaqəli hadisələrdir. “Daxil 
olmamaq” ifadəsini biz o mənada işlədirik ki, bunlar sivilizasiyanın hərəkət-
verici qüvvələri sırasında deyillər. Tam tərsinə, bunlar dəyişən mühitin, in-
sanın müdaxiləsi sayəsində özgələşən təbiətin insanla həmahəngliyini qoru-
yub saxlamaq üçün fərdin ruhani-mənəvi strukturunda intellektual yükün, 
rasional komponentlərin xüsusi çəkisinin artması və ətraf mühitdə də məhz 
rasionallaşma istiqamətində dəyişikliklərin baş verməsi insanın müvazinəti-
ni qorumaq üçün sanki əks istiqamətdə proseslərin də intensivliyinin artması 
tələb olunur.  
 
“Qərb” mədəniyyəti 
“Qərbin dini elm, əxlaqı hüquqdur”.  
Əbu Turxan 
 
Hantinqton “Sivilizasiyaların toqquşması” kitabında  əvvəlcə “Qərb” 
anlayışının ənənəvi mənasını qəbul edərək sivilizasiyaların toqquşmasından 
bəhs edir, xristianlıq və islam sivilizasiyalarını  məlum bir şey kimi qəbul 
edib danışır və ancaq bundan sonra “Qərb” anlayışının sərhədlərini müəy-
yənləşdirməyə çalışır. Burada da o, hansı isə bir ciddi elmi meyardan çıxış 
etməyərək, yenə  də ictimai-siyasi şüurda və kütləvi  ədəbiyyatda yayılmış 


Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1
 
 
 
 
84
mənaları araşdırır. Hantinqton “Qərbin sərhədlərinin müəyyənləşdirilməsi” 
adlı paraqrafda Sovet İttifaqının mövcudluğu dövründə “Qərb” anlayışının 
sovet ekspansiyasına qarşı duran ölkələrin, qüvvələrin birliyi kimi formalaş-
dığını deyir. Buraya Qərbi Avropadan başqa, ilk növbədə ABŞ, daha sonra 
Türkiyə, Yunanıstan, Yaponiya, Koreya, İsrail kimi coğrafi baxımdan qeyri-
Qərb ölkələri də daxil edilir. Əlbəttə, əslində daha məntiqi olardı ki, bu Şərq 
– Qərb bölgüsü kapitalizm və sosializm sistemləri arasında aparılan bir böl-
gü olaydı. Amma sosializm bizim indi işlətdiyimiz mənada Şərq məfhumu-
na uyğun deyil. Əslində sosializm Qərbdən ancaq onunla fərqlənirdi ki, o, 
ifrat Qərb hadisəsi idi. Qərb və İfrat Qərb. K.Marks özü Qərb təfəkkürünün 
bariz daşıyıcısı idi. Biz bunu ona görə xüsusi olaraq qeyd edirik ki, müasir 
mənada Şərq-Qərb bölgüsünün daha bir anlamı, mənası, meyarı məhz mate-
rialist və idealist baxışlar sistemidir. Qərb düşüncəsi materializmə  və 
praqmatizmə əsaslanan bir düşüncədir. Şərq isə daha çox idealizmə, ideali-
zasiyaya və hətta xəyalpərvərliyə və utopiyaya uyğun gəlir.  
 Qərbi Qərb edən, onun bütün müasir uğurlarının əsasında duran hadi-
sələr aşağıdakılardan ibarətdir: Dini dünyagörüşündən, idealist baxışlardan, 
utopiyadan və s. ayrılaraq daha çox dərəcədə empirik biliklərə, eksperimen-
tal elmə, maddi təcrübəyə, praktikaya istinad etmək, empirik idrakla rasio-
nal idrak arasında körpü atmaq və bu ikisinin sintezindən ibarət yeni elmi 
idrak mexanizminin və dünyagörüşünün aparıcı rolunu təmin etmək. Dünya-
ya bir texnokrat münasibəti bəsləmək, dinə isə ən yaxşı halda deizm çərçi-
vəsində yer vermək, yəni hər hansı fövqəlqüvvələrdən azad olan, insan əqli-
nin gücünə inam üzərində qurulan bir düşüncə və həyat tərzi.  
F.Bekonun məşhur “bilik qüvvədir” tezisini şüara çevirmək, nəinki tə-
biətin, həm də  cəmiyyətin dərk olunmasında sağlam düşüncəni rəhbər tut-
maq və real ictimai ehtiyacları nəzərə almaqla daha optimal ictimai təşkilat-
lanma sistemləri yaratmaq cəhdi də  Qərb sivilizasiyasının ilk şərtlərindən 
biri sayıla bilər. Yəni insan öz məqsədlərinə bir fərd olaraq deyil, cəmiyyə-
tin bir üzvü kimi və cəmiyyət vasitəsilə nail olmağa çalışır. İnsan ancaq fər-
di-mənəvi prinsiplərdən və dini təcrübədən çıxış etməklə kifayətlənməyə-
rək, öz təbii və ictimai mühitini də təkmilləşdirməyə çalışır və bunun üçün 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə