Microsoft Word Jurnal 1 13 ed doc


Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/51
tarix26.11.2017
ölçüsü5,01 Kb.
#12659
1   ...   21   22   23   24   25   26   27   28   ...   51

Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1
 
 
 
 
76
bədii məzmunundan xəbər verir, çünki hər cür nizam, harmoniya interpre-
tasiyadır və poetik məzmun daşıyır. 
Fəlsəfə ilə  ədəbiyyatın müqayisəli təhlilini S.Xəlilov belə ümumiləş-
dirir: “Bütün böyük sənətkarlar ona görə  həm də filosofdurlar ki, onların 
əsərləri hadisələrin təhkiyəsi arxasında mahiyyətlərin təhkiyəsini də  əhatə 
edir. Bədii  əsərdə hadisələr necə  gəldi, elə  də  cərəyan edilə bilməz. Onlar 
ideyaların inkişaf qanunauyğunluğuna, mahiyyətlər arasındakı münasibət-
lərdəki invariantlara söykənir” (2, s.110). Və fəlsəfə ədəbiyyat üçün nəinki 
sadəcə bir əsas deyil, hətta fundamental bir əsasdır. Yalnız bu fundamental 
əsas üzərində yaranan əsərlər tarixə əsil sənət nümunəsi kimi daxil olur.  
 
 
Ədəbiyyat 
 
1. Cabbarlı C. Əsərləri. Dörd cilddə. II cild, Bakı., “Şərq-Qərb”, 2005, 360 s.  
2. Xəlilov S. S. Cavid və Cabbarlı. Müxtəlifliyin vəhdəti (fəlsəfi etüdlər) 
Bakı, Azərbaycan Universiteti nəşriyyatı, 2001. - 180 səh. 
3. Xəlilov S. S. Cavid fəlsəfəsi (2-ci kitab: klassik Şərq və müasirlik). Bakı, 
“Nurlar” nəşriyyatı, 2009. – 128 s. 
4. Qocayev M.Q. Nizaminin insan fəlsəfəsi. Bakı: Mütərcim, 1997, 152 səh. 
5. Rəsulzadə M.Ə. Əsrimizin Siyavuşu. Çağdaş Azərbaycan ədəbiyyatı, 
Çağdaş Azərbaycan tarixi, B.; Gənclik, 1990, 112 səh.  
6. Səməd Vurğun. Əsərləri, altı cilddə, Beşinci cild. Məqalə, məruzə, nitq, 
təbrik və oçerklər (1925 – 1946 –cı illər) Bakı Elm 1972, 426 səh. 
7. Zeynallı H. B. Seçilmiş əsərləri, Bakı: Yazıçı, 1983, 319 s.  
 
Rus dilində 
8. Грицанов А.А., Гурко Е.Н. Мыслители XX столетия. Жак Деррида. 
M., «Книжный Дом», 2008. - 256 с 
9. Роберт Антон Уилсон. Квантовая психология. Перевод с англ. под 
ред. Я. Невструева. — К.: «ЯНУС», 1998.—224с. 
10. Умберто Эко. Пять эссе на темы этики. Санкт- Петербург. Изд. 
«Симпозиум» 2005, 158 с.  
11. Шестов Л. «Апофеоз беспочвенности» (опыт адогматического 
мышления) М.: ООО «Издательство АСТ», 2000.- 832с. 
 
 
 
 


Fəlsəfə və ədəbiyyat
 
 
 
77
Dr. S.Aliyeva 
The phenomenon of artistry 
in the literature and philosophy 
(abstract) 
     
In this article is compared philosophy and literature on the basis of S. 
Khalilov’s works: “Javid and Jabbarli”. In order to trace the process of the 
development of artistic thought the author considers and compares the works of 
Javid and Jabbarli, on the one hand, and comments upon the philosophical views of 
S. Khalilov on a literature, on the other. 
Special attention is paid to the problem of possibility of intertransformation 
of artistic and philosophical thinking during a philosophical analysis of literary 
ideas. 
 
Key words
: Javid and Jabbarli, artistic thought, Khalilov, philosophy and 
literature, intertransformation of artistic and philosophical thinking.
 
 
Кан.ист. наук. С.Алиева 
 
Феномен художественности 
в литературе и философии 
(резюме) 
 
В статье проводится сравнительный анализ философии и литературы на 
основе произведения С.Халилова «Джавид и Джаббарлы». В целях прослежи-
вания процесса развития художественного мышления автор рассматривает и 
сравнивает произведения Джавида и Джаббарлы, с одной стороны,  коммен-
тирует философские воззрения Салахаддина Халилова о литературе. 
Особое внимание в статье уделено проблеме возможности трансформа-
ции  художественного  и  философского  образов  мышлений  во  время  фило-
софского анализа литературных идей. 
           
 
Ключевые  слова
:  Джавид  и  Джаббарлы,  художественное  мышление, 
Халилов,  философия  и  литература,  взаимный  переход  художественного  и 
философского мышлений.
 


 
 
78
 
 
 
Sosial fəlsəfə 
 
  
 
Mədəniyyət və sivilizasiya 
 
 
Səlahəddin Xəlilov
 
 
 
Giriş 
Müxtəlif sivilizasiyalar və onların arasında münasibət məsələləri müa-
sir dövrdə elmi araşdırmalardan daha çox, ideoloji və publisistik yazıların 
mövzusuna çevrilmişdir. Məhz ideologiyanın güclü təsiri nəticəsində bu sa-
hədə tərəfsiz, obyektiv elmi araşdırmalar aparmaq mümkün olmur və ya bu 
sahədəki işlər kölgədə qalır. Sivilizasiyaların dialoqu məsələsi o dərəcədə 
populyarlaşmışdır ki, sanki “sivilizasiya” anlayışı da, hansı müxtəlif sivili-
zasiyaların mövcud olması da artıq bəlli imiş və problem ancaq bunlar ara-
sındakı münasibət formalarının daha optimal variantlarını müəyyənləş-
dirməkdən ibarət imiş.  
Problemin kütləvi şüur səviyyəsində qoyuluşunun mütləqləşməsi, öz-
lüyündə məlum bir şey kimi qəbul edilməsi ciddi elmi tədqiqatların aparıl-
masına mane olur. Halbuki burada qərarlaşmış və düşünülmədən qəbul edil-
miş elə müddəalar var ki, onlar elmi-fəlsəfi yanaşma baxımından yolveril-
məzdir. Ona görə də hər şeydən əvvəl anlayışların mahiyyəti və məzmunu 
dəqiqləşdirilməli, bir tərəfdən, “mədəniyyət” və  “sivilizasiya”, digər tərəf-
dən, “Şərq” və “Qərb”  anlayışlarına aydınlıq gətirilməlidir. 
Önəmli məsələlərdən biri də ilk baxışda sivilizasiyalararası fərq kimi 
görünən bir müxtəliflik faktının əslində eyni bir hadisənin zaman modifika-
siyaları olduğunu göstərməkdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə