Microsoft Word Jurnal 1 13 ed doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/51
tarix26.11.2017
ölçüsü5,01 Kb.
#12659
1   ...   22   23   24   25   26   27   28   29   ...   51

Sosial fəlsəfə 
 
 
79
“Qərb” və “xristianlıq” anlayışları 
 Ən qüsurlu mövqelərdən biri Qərb sivilizasiyasının xristianlıqla  əla-
qələndirilməsi, uyğunlaşdırılması cəhdləridir. Halbuki, bu zaman  “Şərq” və 
“Qərb” anlayışlarının mahiyyəti təhrif edilmiş olur. Zira, biz bütün dinlərin 
Şərq hadisəsi olduğunu, Qərb dedikdə isə, məhz elmə, rasionalist dünyagö-
rüşünə  əsaslanan bir sivilizasiyanın nəzərdə tutulduğunu qəbul etməsək, 
Şərq-Qərb bölgüsü qeyri-elmi, populist yanaşma səviyyəsindən o tərəfə get-
məyəcək.  
 Əcəba xristianlıq bütün başqa dinlərdən hansı xüsusi bir mahiyyət 
fərqinə malikdir? Bütün başqa dinlərin Şərq hadisəsi olduğu qəbul edildiyi 
halda, xristianlıq hansı cəhətlərinə görə “Qərb” anlayışına aid edilə bilər? 
 Araşdırma tam əksini göstərir. Xristianlıq bütün dinlər içərisində  ən 
ifrat Şərq təfəkkürünü ehtiva edir. Qərb təfəkkürünə ən çox rəvac verən din 
isə İslam dinidir. Məhz bu ilk baxışda təzadlı görünən fikrə əsaslanaraq biz 
Qərb və Şərq sivilizasiyalarının dini mənsubiyyət baxımından yerlərinin tərs 
düşdüyünü və buna görə  də  gələcək uyğunsuzluqların təməli qoyulduğunu 
açıb göstərməyə çalışmışıq. Bu ideya “Tarixin səhvi” məqaləsində daha ge-
niş şərh olunmuşdur (1, s. 32-33).  
 Ona görə də Qərb düşüncəsini xristianlıqla birləşdirmək cəhdləri an-
caq ideoloji falsifikasiya olub, heç bir elmi-fəlsəfi  əsasa malik deyil. Sivi-
lizasiyanın ancaq intellektual bir proses kimi, elmi-texniki inkişaf prosesi 
kimi mövcudluğu və ruhani təməldən məhrum olması onu sanki qaranlığa 
sürükləyir. Müəyyən bir sahədəki tərəqqi ruhani inkişafla tamamlana bilmə-
yəndə, cəmiyyətin tərəqqisindən daha çox tənəzzülünə və süqutuna yol açır. 
“Avropanın süqutu” ideyası və son əsrdə baş verən proseslər sübut edir ki, 
Qərb indi tutduğu yolla çox qabağa gedə bilməz. Böyük uğurlar dövrü artıq 
keçmişdə qalmışdır. Rasionalizmi, intellektualizmi kompensasiya edə bilə-
cək, tarazlaşdıracaq mənəvi tərəqqi prosesi baş tutmadığından, ssientizm, 
texnisizm və rasionalizmin bütövlükdə inkarına gətirən ideologiyalar və tə-
limlər getdikcə daha çox yayılır. Ruhsuzlaşmış Qərb öz yeganə nicatı olan 
mənəvi prinsipləri mənimsəmək və qəbul etmək əvəzinə, onlara qarşı cihad 
elan edir.  
 Biz demirik ki, Qərbin çıxış yolu islamdır, baxmayaraq ki, bunu sağ-


Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1
 
 
 
 
80
lam məntiq diktə edir. Biz ümumiyyətlə bütün dinləri, o cümlədən islamı da 
Şərq hadisəsi hesab etdiyimizə görə, diqqəti ancaq dinlərin öz təkamülünə 
yönəltmək istəyirik. Yəni yəhudilikdən xristianlığa, oradan da islama. Və 
nəhayət, bütün dinlərin ümumi cəhətlərini, cövhərini ehtiva edən sadələşmiş 
vahid din ideyası!  
Ən mühüm məsələlərdən biri sivilizasiyaların fərqini məkan deyil, za-
man oxunda görə bilməkdir. Yəni, əgər hər hansı bir zaman kəsiyində müx-
təlif coğrafi məkanlarda fərqli sivilizasiyalar müşahidə olunursa, bu yalnız 
görüntüdür. Bu görüntüdən çıxış etmək ancaq tarixi və coğrafi-siyasi düşün-
cə tərzi üçün məqbul sayıla bilər. Fəlsəfi düşüncə isə vəziyyəti daha böyük 
zaman intervalında nəzərdən keçirməyə imkan yaradır. Böyük miqyasda 
baxdıqda, klassik Şərq sivilizasiyasının artıq çoxdan keçmişdə qaldığını, 
Qərb sivilizasiyasının isə zamanca onun varisi olduğunu və ən müasir dövr-
də artıq onun da tarixə təhvil verildiyini görmək mümkündür. Bəli, klassik 
Şərq də, klassik Qərb də artıq keçmişdə qalmışdır. Maləsəf, estafeti qəbul 
edə biləcək yeni bir tərəfin, güc mərkəzinin hələ  də formalaşmaması çox 
qorxulu bir eklektizmə aparır ki, dünya özünü vaxtında dərk edə bilməsə, 
yeni tərəqqi impulsu müəyyənləşməsə, xaosa sürüklənmək təhlükəsi yaranır.  
Tərəqqi prinsipinin qəbul olunması ilə müxtəlif ölkələrin və bölgələrin 
vahid tərəqqi  şkalasında müxtəlif nöqtələrdə olması çox normal görünür. 
Belə ki, eyni mahiyyətli bir prosesin fərqli mərtəbələri bir-birinə bənzəmir 
və bu, çox təbiidir. Lakin görüntü mahiyyətli bu fərqin arxasında eyni pro-
seslərin dayandığını nəzərə almasaq, bizim sivilizasiya haqqında düşüncələ-
rimiz empirik idrak səviyyəsindən o tərəfə keçə bilməz. Məsələn, bir ada-
mın uşaqlıq, gənclik və qocalıq dövrlərində xeyli dərəcədə fərqli olduğu ha-
mıya məlumdur. Digər tərəfdən, məsələyə zaman oxunda baxanda, hansı isə 
bir adamın uşaqlığı, gəncliyi və qocalığının məhz eyni bir adamın həyatına 
aid olduğu, onların eyni həyatın müxtəlif mərhələləri olduğu aşkara çıxır. 
Bax, sivilizasiyaya münasibətdə  də biz məsələyə zaman oxunda baxmağı 
bacarmalıyıq. Bu cür yanaşdıqda, XIX əsrdə hansısa bir coğrafi bölgədə ta-
pılmış, yaxud indi mövcud olan bir həyat tərzinin, lokal sivilizasiyanın 
eramızdan  əvvəlki sivilizasiyalara bənzədiyini və sanki keçmişdən miras 
qaldığını müşahidə etmək mümkün olur.  


Sosial fəlsəfə 
 
 
81
Bəzən isə bir-birindən asılı olmayan, müstəqil inkişaf proseslərinin 
nəticəsi olan iki lokal sivilizasiya bir-birinə o dərəcədə  bənzəyir ki, sanki 
“bir almanın iki yarısıdır”. XVII əsrdə  Qərb sivilizasiyasının hələ yeni 
formalaşdığı bir dövrdə onun Uzaq Şərqdə yerləşən və Qədim tarixə malik 
Çindəki sivilizasiya ilə bənzəyişi faktı çoxlarına hətta təəccüblü görünür. Bu 
bənzəyiş sinoloqların tədqiqatı sayəsində üzə çıxarılmışdır (Bax: 3).  
Əslində bütün dövrlərdəki və bölgələrdəki sivilizasiyaların eyni təbiət-
li proses olduğunu təsdiqləyən faktlar çoxdur.  
Nəqliyyatın, kommunikasiyaların, informasiya texnologiyalarının aç-
dığı yeni imkanlar planetin hansı isə guşələrində tam müstəqil, əlçatmaz bir 
sivilizasiyanın mümkünlüyü ehtimalını heçə endirir. İndi böyük iqtisadi və 
texnoloji imkanlara malik olan, hətta siyasi və hərbi təsir dairəsi bütün pla-
neti ehtiva edən nəhəng dövlətlərin nəzərindən yayınmış,  hansı isə toxunul-
mamış, bakirə sivilizasiya tapmaq ümidi sadəlövhlükdür. Söhbət ancaq lo-
kal mədəniyyətlərin, həyat tərzinin, hansısa adət və  ənənələrinin qismən 
saxlanmasından gedə bilər. O da şübhəsiz ki, planetdə söz sahibi olanların 
xoşuna gəlmir. 
 Bəlkə  də müəyyən bir lokal sivilizasiya hansı isə möcüzə sayəsində 
başqa bölgələrdən tam təcrid olunmuş şəkildə öz kökləri üzərində öz tempi 
ilə inkişaf edir. Onun bu yolu keçməsi üçün başqa xalqlarda olduğu kimi, 
yenidən min illər lazım gələrdi. Lakin zaman oxunda irəlidə olan sivilizasi-
ya hansı isə yolla həmin geri qalmış müstəqil sivilizasiyaya təsir göstərirsə, 
istər-istəməz burada bir qatışıqlıq yaranır. Yəni, bir tərəfdən proses sürətlə-
nirmiş kimi görünür, digər tərəfdən də həmin sivilizasiya öz daxili hərəkət-
verici qüvvələrini itirərək kənar təsirlərdən asılı vəziyyətə düşür. Bax, müa-
sir dünyanın mənzərəsi belə formalaşmışdır.  İndi sivilizasiyanın ön cəbhə-
sində qərarlaşmış ölkələr geri qalmış ölkələr üçün  yüksək sivilizasiya parıl-
tısı, “şirnikləndirmə” yaradır və ona görə də onları öz təbii inkişaf yolların-
dan çıxarırlar. Məhz bu səbəbdən də müasir dövrdə başqa müstəqil siviliza-
siyalardan danışmaq mümkün deyil. Öndə gedən artıq çoxdan onlara təsir 
göstərmiş, onları öz yolundan çıxarmış və nə isə qatışıq bir şey yaranmışdır. 
Təsadüfi deyil ki, Hantinqton onlara başqa bir ad tapa bilməyərək “qeyri-
Qərb” anlayışından istifadə edir. Yəni, zaman oxunda geri qalanların hamısı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə