Fəlsəfə tarixi
37
dərk edən biri kimi bu qanuna doğru itələyəndə”. (8, s. 262)
Nitsşe fövqəlinsanının XX əsr düşüncəsinə təsiri
Beləliklə, Nitşse fəlsəfəsinin timsalında Qərb təfəkkürünün yaratdığı
insan obrazı boya-boy görünür. Məhəmməd İqbal onu belə xarakterizə edir:
“ Onun axtardığı “Mən”
Fəlsəfə və elmin xaricindədir,
Ancaq insan qəlbinin görünməz torpağında yetişən bitkidir ki,
Yalnız bir gil yığınından boy ata bilməz.
1
Görüşü yalnız öz daxili qüvvələri ilə müəyyən edilən bir dahi beləcə
iflasa uğradı və öz mənəvi həyatında bilicinin zahiri rəhbərliyindən məhrum
olduğu üçün səmərəsiz qaldı” (3, s. 186-186). Lakin bu fəlsəfədə həm də
XX əsrin insanının rüşeymi var. Bəli, Nitsşe həmin zaman üçün və xristian-
lar – mənən çaş-baş qalmış insanlar üçün yeganə yolu seçdi. Düzdür, başqa
bir yol, məhz Nitsşenin arzuladığı, xəyalında olduğu, insanı ucaldan bir yol
– islam da var idi. Təsadüfi deyil ki, S.Xəlilov da bildirir ki, “Foma Akvin-
skinin, Nikolay Kuzanskinin, Götenin, və nəhayət, Hegelin fikirlərinin təhli-
li göstərir ki, istənilən ciddi fəlsəfi təhlil vahid Allah ideyasına və Qurani-
Kərimin həqiqətlərinə gətirir.” (2, s. 211). Bu sırada elə Götenin heyranı
olan Nitsşenin də yeri var. Nitsşenin seçdiyi yol isə səbəbə baxanda doğru,
nəticəyə baxanda qüsurlu idi. Belə ki, qeyd etdiyimiz kimi, dövrün yaranmış
vəziyyətində belə radikal addım zəruri idi. Bu baxımdan, Nitsşe insanların
həqiqətə dönəcəklərindən əlini üzüb onları məhv edərək yerinə yeni bir
insanın gəlişini arzulayır – fövqəlinsanın.
Kimdir fövqəlinsan? Nitsşe onu “Zərdüşt belə demişdir” əsərində ad-
dım-addım, ilbəil tanıdır: “Fövqəlinsan – yerin mənasıdır. Qoy sizin iradə-
niz desin ki, yerin mənası fövqəlinsan var olsun!” (8, s. 8) O, güclüdür, ira-
dəlidir, zəiflərə, mütilərə aman vermir, eyni zamanda, yüksək ideyalar ona
yad deyil. Haydegger Nitsşenin ideyasını belə təsvir edir: “Kütlənin yeni bə-
şəriyyətə, insanlığa çevrilməsi fövqəl tipli insan ətrafında baş verir. O, föv-
qəlhissi bir ideal deyil. O, haradasa çıxış edən və nə zamansa özünü büruzə
1
Qeyd: Bax: Kulliyat-i Iqbal (Farisi). Javid Namah, səh. 741/4 3 (3, s. 185-186)
Fəlsəfə və sosial-siyasi elmlər – 2013, № 1
38
verən şəxsiyyət də deyil. Bitkin subyektivliyin ali subyekti kimi o, hakimiy-
yət əzminin xalis hökmranlığıdır. Bu əzmin, iradənin təcəssümü insan yox,
tipdir; insan tipik insana çevrilir. Tipin mexanizmini ilk dəfə dərk və təsvir
edən Nitsşe olmuşdur: «Söhbət tipdən gedir; bəşəriyyət sadəcə təcrübə üçün
bir materialdır, baş tutmayan şeylərin bolluğu, yəni xarabalıqlardır»” (11, s.
311). Qısa desək, Nitsşenin nifrətlə qələmə aldığı bütün keyfiyyətlərin
əksinə sahib olan kəs. Bütün bu məlum faktların yanında daha bir maraqlı
cəhətə də diqqət yönəltmək istərdim.
Haydegger yazır: “Fövqəlinsan o bəşəriyyətin tipidir ki, o, özünü ilk
dəfə bu tip keyfiyyətində təsəvvür edir və özü özünü bu tip üzrə pərçimləyir.
İradə gücünün ölçüsü son dərəcədə sadədir: o, heç nəyi təsəvvür etməkdən
və bununla da öz mahiyyətindən, yəni iradədən imtina etməkdən çox, nihi-
listcəsinə qavranılan şeyi, yəni tam boş bir şeyi, heçi təsəvvür etmək qətiy-
yətindədir (11, s. 312). Sənail Özkanın da bildirir kimi, Nitsşe “heykəllərin
heykəlini” özünün yaratdığı “Heçdən yonmağa çalışır” (5, s. 136).
Məhz bu aspektdən, yuxarıda da dediyimiz kimi, Nitsşe fəlsəfəsinin
qüsurlu nəticəsi ortaya çıxır: onun təklif etdiyi bu heçlik, boşluq uçurum
gizli bir depressiya halına düşmüş avropalını özünə cəlb elədi. Nitsşeçilik
təhlükəli virus kimi bütün dünyaya yayıldı. Fulye yazır: “Nitsşe bizi xeyir
və şərin o tayına qaldırmaq istəyirdi, ancaq biz bu tayına düşdük. Zərdüştün
qanadları İkarın qanadlarına bənzəyir” (10, s. 171).
Əsərlərinin birində Nitsşe yazır: “Avropanın bütün ölkələrində, o
cümlədən Amerikada indi “azad ağıl” adından sui-istifadə edən nə isə var,
nə isə çox dar, məhdud, zəncirə vurulmuş ağıllar ki, bizim niyyət və ins-
tinktlərimizdə olanların demək olar ki, düppədüz ziddini istəyirlər” (8, s.
274). Bəlkə də Nitsşenin dahiliyinin bir əlaməti də bunda idi ki, o əvvəlcə-
dən gələcək nəslin “azad ağıl” ideyasının necə təhrif edəcəyini hiss etmişdi.
O yazır: “Yeni bir filosof cinsi yetişir: mən cürət edib onlara təhlükəsiz ol-
mayan bir ad verirəm – azdıranlar” (8, s. 273). Elə Nitsşenin öz proqnozla-
rından çıxış edərək və XX əsrdə Qərb təfəkkürünün hansı uçuruma düşdü-
yünü nəzərə alaraq belə bir nəticəyə gəlmək olar ki, onun fəlsəfəsi düzgün
ünvanına çatmadı. Onu da vurğulamaq lazımdır ki, bu təhlükəni Fulye də
görürdü: “Darvindən təsirlənən Nitsşe deyir: “Kimin gücü varsa, ağıldan xi-
Fəlsəfə tarixi
39
las olur”. Tamamilə düzdür, lakin nə üçün Nitsşe buradan nəticə çıxartmır
ki, onun yırtıcı və güclü insanı risk edir ki, sadəcə heyvan deyilən bir şeyə
çevrilər.” (10, s. 170)
Bir millət, bir din üçün nəzərdə tutulmuş arzular bütün dünyaya yayıl-
dı: dönə-dönə yalnız kilsəyə aid olduğunu desə də, ittiham və nifrət bütün
dinlərə, xüsusilə islama istiqamətləndirildi, ikrahla söz açılan, düşündükləri
kəskin tənqid edilən insan özünü fövqəlinsan zənn etdi və özündə digər in-
sanları məhv etmək səlahiyyəti hiss etdi. Dediklərimizə nümunə olaraq, bu
gün Qərb təfəkküründə kök salmış islamofobiya, XX əsrin bəlası olan fa-
şizm, dünyada lider dövlət və lider millətlərin hegemonluq etməsini və bü-
tün deyilənlərin nəticəsi kimi artıq bir millətin deyil, bütövlükdə Amerika-
nın, Qərbin tənəzzülü, düşüncə böhranı mütəfəkkirlərin mübahisə yeri və
narahatlıq yeridir. Bununla belə, bu insanın yaranması XVI əsrdən başlan-
mış, XVIII-XIX əsrlərdə daha da sürətlənən prosesin zəruri nəticəsi idi.
Haydeggerin də bildirdiyi kimi, “Dünyanı hakimiyyət əzmi ilə yoluxduran
Nitsşenin metafizikası olmadı. Əksinə, Nitsşenin fikirlərinin metafizikaya
soxulması qaçılmaz idi, çünki varlıq özünün hakimiyyət əzmi keyfiyyətində
mahiyyətini büruzə verdi” (11, s. 309).
Bəli, XIX əsrdən XX əsrə hələ rüşeym halında iki istiqamət uzandı:
ekzistensializm və fərqli terminlərlə adlandırılsa da ruhuna görə dağıdıcı ni-
hilizm, insana münasibətdə isə bunu insanın mənəvi dünyasını maddi tərəf-
ləri ilə paralel götürən görüşlər və insanı maddi dünyanın və təbiətin bir his-
səsi kimi götürən və mənəvi keyfiyyətləri də bunların nəticəsi və xüsusi halı
kimi qəbul edən görüşlər. Fəlsəfə tarixindən belə bir nəticə çıxarmaq olar ki,
birinci qədimdən bəri uzanıb gələn və insanın əsl mahiyyətini açmağa yar-
dım edən ideyanın təzahürü olduğu halda, ikinci – yeni, bütün köklərindən
imtina edən, ağlına güvənərək özünü Yaradan hesab edən və bu səbəbdən
ətraf mühitə, bəşəri prinsiplərə yad olan, yad olduğu üçün də onları özünə
uyğunlaşdırmaq üçün dağıdıb yeni təbiət, yeni dünya qurmaq iddiasında
olan yeni bir insan cinsi yaratmaq ideyası.
Ənənədən uzaqlaşma, uzaqlaşdıqca, ayağının altından pyedestalın gö-
türülməsi, mənəviyyat işığını ağlın işığı ilə əvəz etmək istəyi əvvəl skepti-
sizmə, sonra romantizmə, sonra pessimizmə, nəhayət, qaranlıqdan, qaradan
Dostları ilə paylaş: |