Microsoft Word k I t a b verstka doc



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə36/45
tarix07.11.2018
ölçüsü4,72 Mb.
#78431
1   ...   32   33   34   35   36   37   38   39   ...   45

ƏLİ FƏHMİ DÜNYASI 
 
 
145
Batin üzümün şahididir vəchi-kəlamın, 
Əlminnətü-lillahi ki, vəchi-həsənim var. 
Sənət aləmini meydan adlandıran  şair özünün bu sə-
nət meydanının Fərhadı  adlandırır.  
S.Əzim də özündən  əvvəlki lirik şairlər kimi öz liri-
kası üçün qəzəl janrını əsas götürmüşdü. Bu əsərində Əli 
Fəhmi əsas diqqətini şairin qəzəllərində məhəbbət mövzu-
sunun aydınlaşdırılmasına həsr etsə  də S.Əzimin qəzəllə-
rində insan, insan gözəlliyi kimi xüsusiyyətləri də göstər-
mişdir. Allah sevərək yaratdığı insanları yer üzünün əşrəfi 
yaratmış, bütün canlı və cansız, yeraltı və yerüstü aləmi is-
tifadə etmək üçün insanların ixtiyarına vermişdir. Yaran-
mışların  ən gözəli sayılan insanların gözəl görünmələri 
üçün onların tək gözəlliyi kifayət etmir. İnsan gözəl görü-
nmək üçün gözəl sözlər eşitməli, gözəl mənzərələrə tama-
şa etməli (bir sözlə onu əhatə edən təbiətin gözəl olması 
vacibdir). Gözəl libaslar geyməli, libas ona yaraşıq verdik-
də o da libasa yaraşıq verməlidir. Əli Fəhmi də S.Əzim li-
rikasında məhz bu keyfiyyətləri açıb göstərməyə çalışır. 
S.Əzim lirikasında insan gözəlliyini ustalıqla təsvir edir, 
təsvir etdikdə  də  vəcdə  gəlir. “Yarı onu incitsədə o inci-
mir, yarın cəfasını təbibin dərmanından üstün tutur”. 
 S.Əzimin lirik qəzəllərində riyakar ruhanilərin ifşası 
xüsusi yer tutur. Burada Əli Fəhmi bir sıra tədqiqatçılar-
dan fərqli olaraq onu ruhani ailəsi ilə sıx bağlılığını göstər-
mişdi. Seyid Əzim bir də ona görə  tənqid olunurdu ki, o 
ruhani ailəsində doğulmuş, təhsil almış, ömrünün çox his-
səsini ruhani dairələrində keçirmişdi. Sual oluna bilər. Ru-
hanilərin içərisində olmadan, o mühitdə yaşamadan onla-


Yeqzar Cəfərli  
 
 
146 
rın eybəcərliklərini görmək, ifşa etmək mümkündürmü?. 
Zənnimcə yox. O, ikiüzlü din xadimlərinə qarşı amansız 
mübarizə aparsa da, özü əsla dindar olmamışdır.” Bu iste-
dadlı şair zəmanəsinin gözüaçıq adamlarından biri olmaq 
etibarı ilə ruhaniliyin törətdiyi fitnə  fəsadları  dərindən 
duymuş, runani cildinə girən adamların hiylə və fırıldaq-
larını müşahidə etmiş, yeri gəldikdə onları satira atəşinə 
tutmuşdur”. Əli Fəhmi “dini əllərində xalqı soymaq üçün 
vasitə edən şair belə din adamlarını təkcə lirik şeirlərində 
deyil, satirik şerlərində, təmsillərində, mənzum hekayələ-
rində  də  tənqid atəşinə tutmasını” ustalıqla göstərməyə 
müvəffəq olmuşdur. 
Artıq biz burada Əli Fəhminin  əsas diqqətini  şairin 
qəzəllərində din xadimlərinin ifşasına yönəltməsini qeyd 
etdik. Din xadimlərinin ifşası ilə bağlı  qəzəllərdə  şair iki 
obraz-aşiq və zahid obrazlarını yaradır. Bunları bir-birinə 
qarşı qoyur. Bu iki surət bir-biri ilə  kəskin ziddiyət təşkil 
edir. Çünki, bunların biri aşiq insanları yaşamağa, nikbin-
liyə, zahid isə  bədbinliyə, tərkidünyalığa səsləyir. Lakin 
zahid özü dediklərinin heç birinə əməl etmir. 
Burada Əli Fəhmi şairin “Var” rədifli qəzəlini nümu-
nə göstərir.  
Özü ləyaqilü sərməsti meyi-qəflətdir, 
Söyləyir badəni kim, zərərdir vaiz. 
Yox yəqin olmayan işdən sözünü nəqlə eylər
Seyyida, var xəbərim, əhli xəbərdar vaiz. 
Seyid Əzimin din xadimlərinə qarşı mübarizəsi şair-
dən qabaq da ədəbiyyatımızda Q.B.Zakir və digər  şairlər 


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
147
tərəfindən kifayət qədər işlənmişdir. Məsələn, onun riya-
kar ruhanilər haqqında yazdığı: 
Özü lum-lum udur batində, əmma, 
Zahirdə dediyi mənaya bir bax. 
Sözlərini zamanla ayaqlaşmaq baxımından din xa-
dimlərinə tutarlı cavab kimi qəbul etmək olar. Amma XIX 
əsr Azərbaycan ədəbiyyatında din xadimlərini S.Ə.Şirvani 
qədər ifşa edən, eyni zamanda buna görə ruhanilər tərə-
findən təqib olunan iknci bir şair məlum deyildir. 
Seyid  Əzimin yaradıclığını  dərindən tədqiq etməyi 
öz qarşısına məqsəd qoyan Əli Fəhmi din və mövhumat 
mövzusuna həsr etdiyi qəzəlləri tədqiq etməklə kifayət-
lənməmiş, bu mövzuda qələmə alınmış rübai, qitə, təxmis, 
müxəmməs, müstəzad və s.bu kimi klassik şer  şəkillərin-
dən Seyid Əzim  ən çox qəzəl janrına üstünlük vermişdi. 
Ümumiyyətlə şairin 600-ə qədər qəzəli vardır. Bu qəzəllər 
məzmun cəhətcə bir-birindən fərqlənir. Belə ki, bu qəzəllə-
rin  əksəriyyəti aşiqanə lirik qəzəllər olsa da, zəmanədən 
şikayət, din xadimlərinin, dövlət məmurlarının ifşasından 
bəhs edən qəzəllər də çoxdur. Məsələn: onun Füzuliyə nə-
zirə olaraq yazdığı:  
Könül ta var əlində cami-mey səbhəşümar olma, 
Riyayi xəlqdir, billah, namaz əhlinə yar olma. 
Və yaxud: 
Zahidin gər güzəri duşə meyxanə sarı, 
Kafərəm gər dönə ol məscidi viranə sarı. 
-kimi lirik qəzəlləri riyakar din xadimlərinə və möv-
humatı ifşa etmişdir. Lakin şair heç zaman dinin əsasları-
na əsla toxunmamışdır. Aşiqanə lirik qəzəllərində isə pak, 


Yeqzar Cəfərli  
 
 
148 
təmiz və ülvi məhəbbətdən bəhs olunur, məhəbbətləri xa-
tirinə özlərini oda atmağa belə hazır olan, aşiq və  məşu-
qdan bəhs olunur. Lakin başqa mövzulara həsr etdiyi qə-
zəllərdə olduğu kimi, aşiqanə  qəzəllərində  də  şairin bəd-
binliyə qapılan vaxtları olur. Əli Fəhmi göstərir ki, şair 
necə  bədbin olursa-olsun musiqiyə qulaq asdığı zaman 
nikbinləşir. Onun musiqiyə həsr etdiyi şerlərində zəmanə-
sindən şikayət, haqsızlıqların ifşası da öz əksini tapır. Sey-
id  Əzim mürtəce din xadimlərinin musiqiyə münasibəti 
ilə əsla razılaşmırdı. Bildiyimiz kimi islam, hüquq və şəri-
ət məktəblərinin hər birinin musiqiyə, çalğıya xüsusi 
münasibətləri vardır.  İndinin özündə belə çalğının qa-
dağan olunub-olmaması haqqında dərin mübahisələr 
mövcud idi. Lakin S.Əzim peyğəmbərimizin “ Bir saat All-
lahın yaratdığı şeylərin bədiiliyi haqqında fikirləşmək yet-
mişillik ibadətdən artıqdır” hədisini  əsas götürüb çalğını 
qadağan edən din xadimlərinə müraciətlə deyirdi: 
Tanrı əsbabi mənahi demə böhtandır bu. 
Seyid  Əzimin musiqiyə bağlılığını  Əli Fəhmi  şairin 
Xəyyamın musiqi fəlsəfəsinə  bələd olması ilə izah edirdi. 
Qeyd etməyi lazım bilirik ki, haqqında sözü gedən məqalə 
alimin yaradıcılığında xüsusi yer tutur. Əli Fəhmi sonralar 
bu məqalə üzərində işləyib onu bir monoqrafiya həcminə 
gətirmək istəyirdi. Lakin təəssüf ki, naməlum səbəblərdən 
bu əsər yarımçıq qalmışdır. Professor Əkrəm Cəfər yazırdı 
ki, “Əli Fəhmi neçə illərdir ki, S.Ə.Şivaninin lirukası üzə-
rində işləyir. Təəssüf ki, Azərbaycan ədəbiyyatşünaslığın-
da çox dəyərli olan bu əsər yarımçıq qaldı”. 


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə