Microsoft Word k I t a b verstka doc



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə32/45
tarix07.11.2018
ölçüsü4,72 Mb.
#78431
1   ...   28   29   30   31   32   33   34   35   ...   45

ƏLİ FƏHMİ DÜNYASI 
 
 
129
Həzəran şur ilə məmluğ bu firurihəsar olsun. 
“S.Ə.Şirvani və musiqi” məqaləsi  əksər  ədəbiyyatçı-
lar musiqiçilər üçün hələ də qaranlıq qalan məqamları ay-
dınlaşdırır. Bəlkə bu gün çox az adam bilir ki, dahi Azər-
baycan şairi H.Cavidin atası, şair, xanəndə və mərsiyəxan 
kimi tanınan Hacı Molla Abdulla Şaxtaxtılının Seyid 
Əzimlə gözəl dostluq münasibətləri olmuşdur.  Şair Hacı 
Molla Abdullaya həsr etdiyi ”Səndən” rədifli  şerində 
onun  səsini çox bəyənmiş, avazını Davudun avazına bən-
zətmişdir. 
Əli Fəhmi bu məqaləsində musiqinin hətta heyvanla-
ra belə güclü təsir etdiyindən bəhs edir. Məhz buna görə 
də  məqalənin təkcə  ədəbiyyatşünaslar üçün deyil, habelə 
musiqiçilər üçün də əhəmiyyətli ola bilməsi qənaətindəy-
ik. 
 
S.Ə.Şirvani ədəbi irsinin  
öyrənilməsi tarixindən 
 
Hər hansı bir cəmiyyətin ictimai əsasları özündən əv-
vəlki cəmiyyətin  ictimai əsasları üzərində qurulduğu kimi 
mədniyyətin, yeni incəsənətin də əsasları özündən əvvəlki 
mədəni  əsasların üzərində qurulur. Bir şair, bir yazıçı da 
özündən  əvvəlki  şair və yazışıların  əsərlərinidərindən  
bəhrələnməsə yüksək poeziya və ədəbi nümunələr yarada 
bilməz. Məsələn,  Azərbaycan  ədəbiyyatının böyük sima-
ları olan üç böyük simanı-Nəsimini, Füzulini, Şirvani ya-
radıcılını  dərindən bilməsəydi,  Əli Fəhmi heç də böyük 
bir alim ola bilməzdi. Füzuli kimi dünya şöhrətli nəhəng 


Yeqzar Cəfərli  
 
 
130 
bir  şair öz şeirlərində Nizamini, Əbu Nuvası,  Ə. Nəvaini 
dönə-dönə xatırladır, onlardan bəhrələndiyini göstərir. 
Ol bir neçə həmdəmi müvafiq 
Yəni şuərayi-dövri sabiq. 
Dövran onları məzəmmət etdi 
Hər dövr birini mükərrəm etdi. 
S.Ə.Şirvani də özündən əvvəlki klassik irsi dərindən 
bilmiş, onlara, xüsusilə  də Füzuliyə  dəfələrlə istinad et-
mişdir.  Şairin  ədəbi irsinin öyrənilməsi burada etiraf et-
mək lazımdır ki, yalnız Azərbaycanda bolşevik haki-
miyyəti dövründə mümkün olmuşdur. Bolşevik rejimin-
dən qabaq Seyid Əzimin irsinin tədqiqindən danışan  Əli 
Fəhmi yazırdı ki, ”Sovet hakimiyyətindən qabaq o, oxucu-
ları liberal ruhani kimi təqdim olunur, onun zamanla səs-
ləşən, maarifçi və dövrünü qamçılayan satirik şeirləri əsla 
nəzərə alınmırdı”. 
Seyid  Əzimin yaradıcılığına bələd olanlar bilir ki, o 
çox ziddiyətli bir şairdir. Maraqlı burasıdır ki, onu tənqid 
edənlər də məhz şairin yaradıcılığının birinci dövrünə isti-
nad etmişlər. Yaradıcılığının ilk illərində o mərsiyələr, qə-
sidələr və qəzəllər yazsa da, XIX əsr ədəbiyyatının ən qa-
baqcıl və realist qolu olan realizmə qoşuldu. Haqqında 
söhbət gedən məqalədə Əli Fəhmi, S.Ə.Şirvaninin əsərləri-
nin nəşri tarixini elə dərindən tədqiq etmişdir ki, bu sahə-
də özündən sonrakı tədqiqatçılar üçün demək olar ki, qa-
ranlıq heç bir məqam qoymamışdır. 
S.Ə.Şirvani irsinin öyrənilməsi yolunda ilk böyük ad-
dım Firudin bəy Köçərli tərəfindən atılmışdır. O özünün 
“Azərbaycan  ədəbiyyatı tarixi materialları” və 1903-cü il-


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
131
də Tiflisdə rus dilində nəşr etdirdiyi “Literatura Azerbay-
djanski tatar” adlı kitabçasında S.Ə.Şirvaninin  əsərləri və 
həyatı haqqında məlumat vermişdir.  Əli Fəhmi “Azər-
baycan  ədəbiyyatı tarixi materialları”  əsərində  aşağıdakı 
iqtibası gətirir.  
“Hacı Seyid Əzim Şirvani nəinki yalnız Şirvan vilay-
ətində, bəlkə zamanı Azərbaycan türklərinin (Azərbaycan-
lıların) Əzəm şüərasından biri olub onun nam və şöhrəti
şəmü-rütbəsi hal-hazırda  əbnayi vətənimizin mabeyində 
kəmalincə istihar olmuyubsa da gələcəkdə olunmasına 
şübhə yoxdur”. Şair haqqında məlumat verən F.Köçərli 
onun riyakar ruhaniləri ifşa etməsini, xalqı elm və maarifə 
çağırışını yüksək qiymətləndirir. Bütün bunlara baxmaya-
raq Əli Fəhmi Firudin bəy Köçərlinin Seyid Əzimi tədqiqi-
ni qənaətbəxş saymamış, bu tədqiqata  tənqidi yanaşmış, 
F.Köçərlinin“ şairin yaradıcılndakı qabaqcıl və ya mürtəce 
ideyaları şərh edərkən bunların ictimai köklərini görə bil-
məməsini” xüsusi olaraq qeyd edirdi. 
S.Ə.Şirvani irsinin öyrənilməsi yolunda ikinci addım 
tarixçi-etnoqrafçı alim Rəşid bəy  İsmaylov atmışdır. O, 
1905-ci ildə nəşr etdirdiyi “Müxtəsər Qafqaz tarixi” əsərin-
də şairin tərcümeyi halı və yaradıcılığı haqqında məlumat 
verir və bu yaradıcılığın xalqı qəflət yuxusundan oyatmaq 
yolunda  ən güclü vasitə olduğunu qeyd edir. Məqalədə 
Seyid Əzim haqqında istər öz dövrünün, istərsə də sonra-
kı, Sovet dövründə deyilmiş elə bir fikir yoxdur ki, həmin 
fikir  Əli Fəhmi tərəfindən müqayisəli təhlil edilərək 
oxuculara çatdırılmasın. 


Yeqzar Cəfərli  
 
 
132 
Sovetləşmədən qabaq şairin uşaqlar və gənclər üçün 
nəşr olunan “Dəbestan”, “Arı”, “Məktəb” və sair jurnallar-
da uşaqların və gənclərin ruhuna uyğun şeirləri çap olun-
muşdu. “Dəbistan” jurnalında jurnalın təsisçisi və redak-
toru Əli İskəndər Cəfərzadə S.Ə.haqqında  bir məqaləsin-
də yazırdı: “Hacı Seyid Əzimi əsr və zəmanəsinin həmçi-
nin vətəninin ən məşhur ürəfa və şüəralarındandır. Müəl-
lif şairin 
Mövti cismani ilə sanma mənim ölməyimi 
Seyyida ölmərəm aləmdə səsim var mənim 
Beytini Derjavin və Puşkinin “Pamyatnik” adlı mən-
zumələri ilə müqayisə edir. Əli Fəhmi “Məktəb” məcmuə-
sində  dərc olunan, “İdarədən” və “Hacı S.Ə.Şirvaninin 
tərcümeyi halı” məqalələri haqqında da maraqlı məlumat-
lar verir və  məqalə müəllifindən belə bir iqtibas gətirir: 
“Hacı S.Ə.Şirvani haqq sözünü deməkdən çəkinməzdi
millətin qüsurunu daima söyləyib, dəfi üçün çarələr arar-
dı. Amma bunların əvəzində nələr çəkərdi”. Bu məqalələ-
rin və  şeirlərin nəşrini  Əli Fəhmi adı  çəkilən  əsərində  
böyük hadisə kimi qeyd etsə də, şairin yaradıcılığını ətraf-
lı tədqiq olunmamasını, şairin bədii söz sənətinə gətirdiyi 
yeniliklərin göstərilə bilmədiyini təəssüflə qeyd edir Əli 
Fəhmi. Sovetləşmədən qabaq tərtib olunmuş  dərsliklərdə 
də S.Ə.Şirvaninin ayrı-ayrı  şeirlərinndən nümunələr ver-
mişdir. ”Bəsirətül-Ətfal” adlı  dərslikdə onun “İskəndər 
Zülqərneyedən rəvayət”, “Alim ilə müəlimin söhbəti”, 
“Səlamət və mədamət” seirləri və bir sıra tərcümələri haq-
qında məlumat  verilmişdir. Görkəmli Azərbaycan  ədibi 
A.Şaiq da bu ənənəni davam etdirmiş “Gülzar” adlı mün-


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə