Microsoft Word k I t a b verstka doc



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə29/45
tarix07.11.2018
ölçüsü4,72 Mb.
#78431
1   ...   25   26   27   28   29   30   31   32   ...   45

ƏLİ FƏHMİ DÜNYASI 
 
 
117
ərəbcə nazil olması  və onun o dövrdə Azərbaycan dilinə 
tərcümə olunmaması idi. Tarixdən məlum olduğu kimi 
Qurani-Kərim Türk dilinə ilk olaraq Ağqoyunlu hökmdarı 
Uzun Həsənin tapşırığı ilə tərcümə olunmuş və bu xidmə-
tinə görə ona “Quran” ləqəbi verilmişdi. Məhz bu səbəb-
lərdən idi ki, Azərbaycan şairləri öz əsərlərini ərəbcə yaz-
mağa məcbur olmuş  və  əruz vəznindən bəhrələnmişlər. 
Ədəbiyyatımızın Nəsimi, Xətai, Füzuli kimi klassik şairlər 
əruzu Azərbaycan şerinin xüsusiyyətlərinə tabe etməyə tə-
şəbbüs göstərmişlər və buna nail olaraq şeirimizi  ərəb və 
fars əruzundan ayırmışlar. 
Əruzu ilk dəfə bir vəzn kimi sistemləşdirən, vəzn ha-
lına salan VIII əsrin görkəmli musiqişünas alimi Bəsrəli 
əbu  Əbdürrəhman Xəlil olmuşdur. Böyük musiqi nəzə-
riyyəçisi olan bu alim hətta imam rütbəsi ilə  də tanınır. 
Əruzun 15 bəhrinin tərtib edilməsi, onların adlandırılması 
məhz bu alimin adı ilə bağlıdır. Bu bəhrlərin adları yaxşı 
bəlli olduğundan biz bunlar haqqında məlumat vermirik. 
16-cı Mütədarik bəhri isə IX əsrin əvvələridə yaşayan 
Əbülhəsən Əxfəş adlı bir ərəb alimi tərəfindən yaradılmış-
dır. Sonralar bu bəhri farslar fars şerinin ahənginə uyğun-
laşdırıb ondan daha üç bəhr Qərib, Cədid və  Məşakil 
bəhrlərini yaratdılar. Sonrakı dövrdə  əruzun bu 19 bəhri 
daha da təkmilləşmiş  və bunların 200 növü yaranmışdır. 
Əli Fəhmi “Əruz vəzninin bəhrləri” adlı məqaləsində əru-
zun bu 200 növü haqqında bir-bir məlumat verir. 
Əruz vəzni ilə bağlı yazdığı iki məqaləsində Əli Fəh-
mi Nəsirəddin Tusinin “Meyarül əşar”,  Şəmsəddin Qeys 
ər-Razinin “Kitabül-Mövcəm fi-meayiri-əşərül-əcəm”, Rə-


Yeqzar Cəfərli  
 
 
118 
şid Salman Sarecinin “Risaleyi-əruz”, Əlişir Nəvainin “Mi-
zanül-əruzan”, Vahid Təbrizinin “Əruzi-vahidi”, yaxud 
“Risaleyi-cəmi Müxtəsər”, Əbdünnafenin “ Məxzəni-əsra-
riş-şüəra”, Qiyasəddinin “Meracül-əruz”  əsərlərini müta-
liə  və  təhlil etmişdir. Adlarını  çəkdiyimiz alimlərin  əksə-
riyətinin əsərləri alimin kitabxanasında vardır. 
Əruz vəzninin sovetlər dövründə tədqiqi ilə maraqla-
nan  Əli Fəhmi bu vəznin ilk dəfə 1955-ci ildə filologiya 
elmləri namizədi Fazil Seyidov tərəfindən işləndiyini, Ək-
rəm Cəfər tərəfindən geniş  tədqiqat işi aparıldırıldığını 
göstərir. 
Qeyd etdik ki, əruzun ilk nümunələrinin Azərbaycan 
şerində islamın ölkəmizdə yayıldığı ilk dövrlərə  təsadüf 
olunsa da, o yalnız X əsrdən sonra şerimizdə hakim möv-
qe tutmuşdur. Məlum olduğu kimi Azərbaycan dili əsasən 
heca vəzni üzərində kökləndiyindən  əruz vəzni dilimizə 
yaddır. Zənnimcə bu vəznin gözəl nümunələrini yarat-
maqçün ərəb və fars dillərini mükəmməl bilmək lazımdır. 
Müasir dövrdə qəzəl yazan şairlərin isə heç olmasa klassik 
Azərbaycan  ədəbiyyatında işlənən  ərəb və fars sözlərini 
bilməsi vacibdir. Əruzun Azərbaycan dilindəki çətinliyini 
Əli Fəhmi ilk əvvəl dilimizdə uzun və qısa saitin olmama-
sı ilə izah edir. O yazır: “Misralardakı hecaların sayı 
ölçünü dürüst müəyyən edə bilməz. Çünki, mümkündür 
ki, bir misrada 2-3 sait olsun, O birisində heç olmasın. 
Vəzni pozmamaq üçün əvvəlki misradakı uzun saitlərin 
yerini sonrakı misralarda qısa saitlərlə doldurmaq lazım 
gəlir. Bu halda isə misralardakı hecaların sayı bərabər yox, 
müxtəlif olur. Məsələn:  


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
119
Pendir ağzında bir qara qarğa
Uçaraq qondu bir uca budağa. 
Göründüyü kimi birinci misrada 10, ikinci misrad isə 
11 heca var. Yuxarıdakı misrada naqis olan hecanın yerini 
doldurmaq üçün “qara” sözünü uzatmaq, “qaraa” şəklin-
də  tələffüz etmək lazımdır. Bu halda şerin ahəngi pozul-
mur. Alim bu məqaləsində onu da qeyd edir ki, Azər-
baycan  ədəbiyyatında  əruzun bütün bəhrlərindən deyil, 
cəmi 10 bəhrindən istifadə olunur. Bunlar 1.Həcəz 10 növü 
ilə, 2.Rəməl bəhri 10 növüylə, 3.Rəcəz bəhri 4 növü ilə, 
4.Mütaqarib bəhri 4 növü ilə, 5.Müzare 3  növü ilə, 
6.Münsərif 3 növü ilə, 7.Müctəss bəhri 2 növü ilə, 
8.Mütadariq 2 növü ilə, 9.Kamil 2 növü ilə, 10.Səri 1 növü 
ilə  əruzun  ədəbiyyatımızda işlənən yuxarıdakı  bəhrlərini 
ayrı-ayrılıqda təhlil edən Əli Fəhmi hansı bəhrin qəzəl və 
qəsidə üçün, hansı bəhrin isə rübai üçün uyğun gəldiyini 
göstərir. Həcəz bəhrinin 3 bölümlü növlərindən qəzəl jan-
rında istifadə olunmuşdur.  Bu növlər ən oynaq vəzndə ol-
duğundan  şerin məsnəvi janrı üçün daha əlverişlidir. Ni-
zami, Füzuli, “Leyli və məcnun”ları və onlara nəzirə yazı-
lan “Leyli və  məcnun” poemalarının hamısı  həzəcin  
Məfülü, məfailün, fəilun növündə yazılmışdır. 
Məqalənin təqdirə layiq cəhətlərindən biri də budur 
ki, burada alim şərq aləmində məşhur olan şairlərin hansı 
bəhrdə yazılması haqqında məlumat verir. Bu da əruz 
haqqında tədqiqat aparan gənc alimlər üçün olduqca qiy-
mətli ola bilər. 
Şerin gözəl nümunələrini yaradan görkəmli Azər-
baycan  şairlərindən Q.B.Zakir, Füzuli, S.Ə.Şirvani, 


Yeqzar Cəfərli  
 
 
120 
M.Ə.Sabir, A.Səhhət klassik şeri o qədər yaxşı inkişaf et-
dirmişlər ki, hətta əruz vəzninin heç bir bəhrinə sığışmay-
an müstəqil bəhrlər yaratmışlar. 
Əli Fəhmi təəssüflənirdi ki, 700 ildən bəri Azər-
baycan  şer xəzinəsinin  ən parlaq əsərləri yaradılan  əruz 
vəzni sovet dövründə öz inkişafını dayandırmış, tək-tək 
şairlərin qəzəl janrında istifadə etmişlər. 
 
S.Ə. Şirvani Əli Fəhmi  
yaradıcılığında 
 
Daha  əvvəllər qeyd etdiyimiz kimi Əli Fəhmi Azər-
baycan klassik ədəbiyyatında yaradıcıkığı  ən çox mürək-
kəb olan şairləri tədqiq etmişdir Alimin arxivində 
S.Ə.Şirvani haqqında irili-xırdalı 12 məqalənin müəllifidir. 
Həmin məqalələrin 9-nun mətni əlimizdədir. Bunlar aşağı-
dakılardır: 
1. S.Ə.Şirvani musiqi haqqında. 
2. S.Ə.Şirvani incəsənət haqqında. 
3. S.Ə.Şirvani ədəbiyyat haqqında. 
4. S.Ə.Şirvaninin lirikası. 
5. S.Ə.Şirvaninin sənətə və şer mədəniyyətinə baxışı. 
6. S.Ə.Şirvaninin ədəbi irsinin öyrənilməsi tarixindən. 
7. S.Ə.Şirvaninin estetik görüşləri. 
8. S.Ə.Şirvani əsərlərinin nəşri tarixindən. 
9. S.Ə.Şirvaninin lirikasında sənətkarlıq məsələləri. 
Bu məqalələr böyük ədəbiyyatşünas alimin Seyid 
Əzim haqqında gərgin axtarışlarının nəticəsidir. Adlarını 
çəkdiyimiz bu məqalələrdən başqa  Əli Fəhminin yarımçıq 


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə