Microsoft Word k I t a b verstka doc



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə30/45
tarix07.11.2018
ölçüsü4,72 Mb.
#78431
1   ...   26   27   28   29   30   31   32   33   ...   45

ƏLİ FƏHMİ DÜNYASI 
 
 
121
qalmış daha iki əsərini  əlavə edə bilərik ki, bunlardan bi-
rincisi “S.Ə.Şirvaninin həyat və yaradıcılığı” mövzusu ona 
aspiranturada oxuyarkan namizədlik disertasiyası kimi 
verilmişdi. Lakin Əli Fəhmi bu disertasiyadan 3 fəsil yəni, 
4 çap vərəqi işləsə də sonralar məlum səbəblərdən onu ya-
rımçıq saxlamağa məcbur olmuşdur. İkinci namizədlik işi 
olan “S.Ə.Şirvaninin sənətkarlığı“ mövzusunu O, Akade-
mik Feyzulla Qasımzadənin elmi rəhbərliyi ilə demək olar 
ki, başa çatdırmışdı. Lakin Seyid Əzimin fars divanı üzə-
rində  işini tamamlamaq üçün ADU-nun rəhbərliyindən 
əlavə olaraq 6 ay vaxt istəmiş bu vaxt ona verilmədiyin-
dən onun bu işi də yarımçıq qalmışdır. Biz bu yazını ha-
zırlarkan bu məqalələri ayrı-ayrılıqda bir neçə dəfə oxusaq 
da onların  ətraflı  təhlilinə nail ola bilmədik. Ona görə  də 
bu əsərlər haqqında oxuculara kiçik bir məlumat verməklə 
kifayətləndik. 
 
S.Ə.Şirvaninin estetik  
görüşləri 
 
Əli Fəhminin bu məqaləsi ADU-nun Elmi əsərlər se-
riyasında çap olunmuşdur. Məqalə elmi aktuallığı ilə seçi-
lir, çünki S.Əzimin yaradıcılığının  ən az işlənmiş sahələ-
rindəndir. Məqalədə diqqəti cəlb edən ən vacib amil odur 
ki,  şairin  ən çox Fars divanından olan qəzəllər tədqiq 
olunmuşdur. Daha əvvəllər qeyd etdiyimiz kimi Seyid 
Əzim mütəfəkkir şair olmaqla klassik, eləcə də dövrünün 
bütün poeziya nümunələrini məmimsəmiş, səyahətdə ol-
muş, XIV əsr  Şərq poetikası ustası alimi Türküstanlı  Sə-


Yeqzar Cəfərli  
 
 
122 
dəddin Təftazinin (1322-1388), Ərəb ədəbiyyatı nəzəriyyə-
çisi Dəməşqinin (1267-1338) əsərlərini dərindən öyrənmiş 
bir alim, şair idi. Əli Fəhminin zəngin kitabxanasında ad-
larını çəkdiyim alimlərin fars və ya ərəb dillərində təzkirə-
ləri vardır. Deməli Əli Fəhmi bu mütəfəkkir alimlərlə Sey-
id  Əzimin  əsərlərindən deyil, bu alimlərin öz əsərlərini 
mütaliə etmiş, öyrənmişdir. Bu ərəb və fars dilli əsərlər 
haqqında  Əli Fəhminin özünün maraqlı yazıları vardır. 
Lakin həmin yazılar ərəb əlifbası ilə yazıldığından bu ya-
zıların üzərində işləmək vacibdir. 
 
S.Ə.Şirvani musiqi haqqında 
 
Həmişə dahi bir insanı itirdikdə onun haqqında deyi-
rik. ”Ondan bir də olmayacaq”. Bu fikrə əks olan digər bir 
fikir də mövcuddur. Bəzən də deyirik ki, itirdiyimiz ada-
mın yerini kimsə dolduracaq. Bu fikirlərin hər ikisi özü-
özlüyündə doğrudur. Əlbəttə biz itirdiyimiz görkəmli şəx-
siyyətlər üçün “onlardan bir də olmaz”-deməklə onlara öz 
məhəbbətimizi izhar edirik. Zənnimcə ikinci fikir daha 
doğrudur.  
Böyük Füzulidən sonra ədəbiyyatımızda qəzəl jan-
rında uzun müddətli bir boşluq yarandı. XIX əsrdə Azər-
baycan  şer məkanına S.Ə.Şirvaninin gəlişi ilə  qəzəl janrı 
öz inkişafının yeni mərhələsinə daxil oldu. 
Bildiyimiz kimi S.Ə.Şirvani incəsənətin bütün növlə-
rini dərindən mənimsəmiş, xüsusən də “Hər pərdəsində 
yüz  əsrar olan” növünə, musiqiyə daha çox rəğbət bəslə-
mişdir. O, tez-tez şer və dini məclislərdə olar, burada 


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
123
mühazirələr oxuyardı. Hazırda Bakı kəndlərində qəzəlləri 
ifa olunan üç böyük şairin-Füzulinin, Ə.Vahidin və onlarla 
yanaşı S.Əzim musiqi duyumlu, musiqiyə daha yaxşı uyu-
şan yüzlərlə  qəzəlin müəllifidir. Bu qəzəllərin televiziya 
kanallarında, el şənliklərində oxunması, ifa olunması ki-
fayət etmir, bunların daha geniş təbliğ olunması lazımdır. 
2009-cu ildə Bakıda keçirilən muğam festivalı göstərdi ki, 
muğamımız, eləcə  də xalq musiqimiz dünya musiqisinin 
zirvəsi hesab oluna bilər. Musiqiyə, muğama aid əsərlər 
yazılmalı, kütləvi tirajla nəşr olunmalıdır. Bu baxımdan 
Əli Fəhminin hələ çap olunmamış “S.Ə.Şirvani musiqi 
haqqında” məqaləsi olduqca təqdirə layiqdir. S. Ə.  Şirva-
ninin görkəmli sənətkar, müqtədir  şair kimi yetişməsi  əl-
bəttə ilk növbədə Allahın ona bəxş etdiyi fitri istedadla 
bağlı olsa da, əlbəttə burada şairin yaşayıb-yaratdığı  Şir-
van  ədəbi mühiti də  həlledici rol oynayır.  O,  bu  zəngin 
ədəbi mühitdən layiqincə bəhrələnmişdi. Şirvanda hələ in-
tibah mədəniyyətindən başlamış  mədəni dirçəliş demək 
olar ki, S.Əzimin yaşayıb-yaratdığı dövrə  qədər və  hətta 
ondan sonra da davam etmişdir. Burada XII əsrdə Əbdül-
kərim kimi münəccim, Fələki  Şirvani  İzzəddin kimi iste-
dadlı  şairlər, “Töhvətül-İraqeyn” kimi dünya şöhrətli bir 
əsərin müəllifi, ümumxalq məhəbbəti qazanmış  Əfzələd-
din Xaqani kimi şairlər yetişdirmişdi. Əbülüla Gəncəvi də 
ömrünün böyük hissəsini Şirvanda yaşayıb-yaratmışdı.  
Şirvan şairlər yurdu olmaqla yanaşı, həm də musiqi-
nin beşiyi sayılır. Burada Məhəmməd ibn Əbubəkr tərəfin-
dən yazılmış, musiqiyə həsr olunmuş “Risaleyi-ixvanus-s-
əfa” əsəri təkcə Şirvanda deyil, bütün Şərqdə böyük şöhrət 


Yeqzar Cəfərli  
 
 
124 
qazanmışdı. Bu dövrdə yetişən  şairlər arasında Seyid 
Zülfüqar Şirvani, İmadəddin Nəsimi kimi şairlər, Şəmsəd-
din Şirvani kimi görkəmli alimlər yetişmişdi.  Böyük Niza-
mişünas alim professor Rüstəm Əliyev haqqında deyirlər 
ki, O, Nizaminin yaradıcılığına o qədər dərindən bələd idi 
ki, hətta  Bakıdan Nizaminin məqbərəsinə qədər neçə ad-
dım olduğunu da bilirdi. S.Ə.Şirvanini ətraflı tədqiq edən 
Əli Fəhmi dəfələrlə  Şirvanda olmuş, Seyid Əzimi yetişdi-
rən Şirvanın təbiəti ilə belə tanış olmuşdu. Alimin qənaəti-
nə görə, S.Ə.Şirvaninin böyük şair kimi yetişməsində Şir-
van  ədəbi mühiti ilə yanaşı,  əsrarəngiz  Şirvan təbiətinin 
də rolu böyük olmuşdu. Seyid Əzimi Füzuli ədəbi məktə-
binin davamçısı hesab edirlər. O isə Füzulini təkcə onun 
öz  əsərlərindən deyil, XVII-XVIII əsrlərdə  Şirvanda ya-
şayıb-yaratmış  və Füzuli ədəbi məktəbini və  ənənələrini 
davamşısı olan Nişat  Şirvani, Ağa Məsih  Şirvaninin  əsər-
lərindən də  bəhrələnmişdi.  Əli Fəhmi  S.Ə.Şirvaninin sə-
nətkar  şair olmasını ilk növbədə onun zəngin irsə malik 
bir mühitdə yetişməsi ilə bağlayırdı. 
Ədəbi hadisələrlə zəngin olan XIX əsr həm də bir ne-
çə  ədəbi bədii  şairlər məclisi ilə  də yadda qalmışdır. Bu 
ədəbi məclislər özündə çoxlu şairləri, musiqiçiləri birləş-
dirmək baxımından ən böyüyü və zəngini Şamaxıda yerlə-
şən “Beytüs-səfa” ədəbi məclisi idi. S.Ə.Şirvani də bu ədə-
bi məclisin ən fəal üzvlərindən biri idi. Bu ədəbi məclisin 
diqqətəlayiq cəhətlərindən biri də bunda idi ki, burada 
təkcə  şairlər deyil, həm də    Seyid  Əzim dövrünün gör-
kəmli musiqi nəzəriyyəçiləri toplaşmışdı. Bu məclislərdə  
tək-tək musiqi alətlərinə tar, kamança, dəf, ney, rübab, cə-


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə