Microsoft Word k I t a b verstka doc



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə26/45
tarix07.11.2018
ölçüsü4,72 Mb.
#78431
1   ...   22   23   24   25   26   27   28   29   ...   45

ƏLİ FƏHMİ DÜNYASI 
 
 
105
“Füzuliyə görə canını yalnız canaını xatiri üçün sevən şəxs 
canını deyil, cananını canının xatirinə sevən şəxs ilə, cana-
nını deyil canını sevən saxta aşiqdir”. 
Əli Fəhmi bədii təsvir vasitələri haqqında bu məqalə-
ləri hazırlarkən klassik şair və alimlərin  əsərləri ilə tanış 
olduğu  əsərlərin adlarını  əsərin bir neçə yerində qeyd 
edir. Bu əsərləri O, birbaşa ərəbdilli mənbələrdən mütaliə 
etmişdi. Alimin bədii təsvir vasitələrini belə sadə, oxucu 
üçün anlaşılan etməsi də məhz bu dərin mütaliənin nəticə-
sidir.  Əli Fəhmi  əksləri bütün incəliklərinə  qədər təhlil 
edir. Klassik ədəbiyyatımızda əksin digər bir forması-mis-
ranın əvvəlində olan sözün ikinci misranın axırına, yaxud 
əksinə olaraq birinci misranın axırında olan sözün ikinci 
misranın  əvvəlinə qaytarılması haqqında da məlumat ve-
rir. Yaxın  şərq poetikasında bunlardan birincisinə “Rəd-
düs-sədri iləl-əcüz”, ikincisinə isə “Rəddül-əcüzi iləs-
sədr” deyilir”. Bu növlərin hər ikisinə aid alim Füzuli qə-
zəllərindən çoxlu beytlər verməklə çoxlarının girişib-oxu-
mağa cəhd etmədiyi, bəzilərinin oxuyub başa düşmədiyi 
böyük şairi həddindən artıq sadələşdirmişdir. O cümlədən 
bu sətirlərin müəllifi alimin əsərlərini təhlil edə-edə Füzu-
lini daha yaxından tanış olmaq imkanı qazanmışdır. 
Bütün bunlara nail olunca da böyük Alimə Allahdan dö-
nə-dönə rəhmət diləyirəm. 
Bədii təkrir və cinaslar 
Əsərin bu bölməsi Füzulinin məşhur  
Vəfa hər kimsədən kim umdum ondan cəfa gördüm, 
Kimi kim bivəfa dünyada gördüm bivəfa gördüm. 


Yeqzar Cəfərli  
 
 
106 
Beytinin təhlili ilə başlayır. Axırıncı misradakı “bivə-
fa” sözü təkrar olunsa da birinci bivəfa dünyaya, ikinci 
klassik şərq poeziyasında təkrirdən istifadədə məqsəd nit-
qi qüvvətləndirməkdir. Ona görə  də bir çox şairlər o 
cümlədən Füzuli şəkil və  mənaca bir-birinə yaxın olan 
sözlərdən istifadəsinə qüvvətli ahəng və  hətta musiqidən 
belə istifadə edir. Füzulinin qəzəllərində eyni şerin məna-
sınını itirmir. 
Edəməm tərk Füzuli, səri kuyin yarın, 
Vətənimdir, vətənimdir, vətənimdir, vətənim. 
Bizim əlbəttə bu kiçik yazıda böyük alimin məqaləsi 
haqqında  ətraflı  məlumat vermək imkanımız yoxdur. Əli 
Fəhminin hər bir monoqrafiyası ayrıca bir tədqiqat möv-
zusudur. Məhz bu səbəbdən alimin bu  və ya digər bir 
əsəri haqqında səthi məlumat verməklə kifayətlənirik. 
Təkrirlərdən fərqli olaraq cinaslar şəkil və mənaca bir-biri-
nə yaxın olmayıb əksini şəkilcə bir, mənaca müxtəlif olan 
sözlərin təkrarından ibarətdir. Əli Fəhmi dahi şairin cina-
sın istifadə etdiyi bütün növləri haqqında ətraflı məlumat 
verir. 
Füzulinin yaradıcılığının  əsasını paklıq, səmimiyyət, 
insanları düzlüyə çağırış, şər işlərdən uzaq olmaq, dünya-
da ədalətin qələbəsinə inam, ülvi-məhəbbət və sair bu ki-
mi müqəddəs hisslər təşkil edir. Əsərlərində bu ülvi hiss-
lərin tərənnümündə  şair aforizmlərədn bacarıqla istifadə 
edir.  
Məsələn, məqalədə  Əli Fəhmi böyük şairdən iqtibas 
gətirdiyi aşağıdakı beytində mal-dövlət dalınca qaçmağın 
faydasız olduğundan bəhs edilir. 


ƏLİ FƏHMİ DÜNYASI 
 
 
107
Göz yaşı ilə danə-danə cəmi əsbab etmə kim, 
Elə verər dəhr onu pamal edib xırman kimi. 
“Füzuli yaradıcılığında məcazlar”  əsərin diqqətəlay-
iq cəhətlərindən biri də odur ki, Əli Fəhmi burada Füzuli-
nin öz yaradıcılğında işlətdiyi cəhətlər haqqında məlumat 
verir. Özündən əvvəl və ya dövrünün bir sıra şairləri kimi 
Füzuli də  əsas yeri qəzəllərə verir.  Bu hər  şeydən  əvvəl 
şairin yaşadığı dövrdə  qəzələ böyük maraqın olması ilə 
əlaqədardır. Bunu  şairin öz misralarından da aydın gör-
mək olur: 
Qəzəl yaz ki, məşhuri cahan ola, 
Oxumaq da, yazmaq da asan ola. 
Klassik  şərq  ədəbiyyatının görkəmli nümayəndələri 
olan  Sədi, Hafiz, Nəvai, Kişvəri əsasən qəzəl janrından is-
tifadə etmiş  və bu yolla yüksəlmişdir.  Əli Fəhmi yazır: 
“Sədi qəzəli “ayaq tutub yeriyə bilən bir uşağa”, Hafiz 
“Ürək nəğmələrini yara çatdıran mahnıya”, Füzuli isə 
“Ürək bağçasısının gülünə” bənzədirdi.  
Təkrardan uzaq olaraq bir daha qeyd etmək istəyirik 
ki,  Əli Fəhmi Füzulini dərindən mənimsəyib öyrənmişdi. 
Bunu böyük alimin tələbələri təsdiq edə bilər. Məhz O, 
Füzuli qəzəllərinin ecazkar təsir qüvvəsinə malik olması-
nın fəlsəfi fikirlər, ictimai motivlər, alovlu lirik hisslər, şair 
qəlbinin döyüntülərini ifadə edən misraların başqaların-
dan daha yaxşı bilməyə, ifadə etməyə nail olmuşdu. Əsər-
də  həmçinin  şairin  əruzun hansı  bəhrlərindən istifadə et-
məsi haqqında da məlumat verilir. 
Bir-birindən maraqlı faktlarla  zəngin olan bu əsər elə 
maraqlı bir sonluqla da başa çatır. Əsərin nəticə bölməsin-


Yeqzar Cəfərli  
 
 
108 
də  Əli Fəhmi  şairin farsca yazdığı divanından Füzulinin 
hər bir sözünün bir neçə mənası olduğunu oxucuların öh-
dəsinə buraxır. Məqalədə həmçinin Füzulinin dünya ədə-
biyyatındakı mövqesindən, həmçinin onun  bir ədəbi 
məktəbin davamçısı olmasından söz açaraq yazırdı:   
“Bəzi  şairlər bu məktəbin zahiri təqlidçisi olub, təq-
lidçi sxolastik ədəbiyyatın ayrı-ayrı şer parçalarını oxucu-
lara təqdim etmişlər. Bəziləri isə onun formal cəhətindən 
əlavə, ancaq Füzulinin müxtəlif fikirlərini təkrar etməklə 
kifayətlənmiş,  ədəbiyyata heç bir orijinal ideya gətirmə-
mişlər. Bir başqa qisim şairlər isə ictimai hisslərin tə-
rənnümü ilə kifayətlənmişlər. Lakin elə  şairlər də olmuş-
dur ki, onlar Füzuli məktəbinin hərfini deyil, əsas ma-
hiyyetini duymuş, dərindən mənimsəmiş və Füzuli əsərlə-
rini xatırladan maraqlı şerlər yazmışlar”.  
Əli Fəhmi S.Ə.Şirvanini, S.Vurğunu, M.Muşfiqi, 
S.Rüstəmi, M.Rahimi, O.Sarıvəllini və xüsusilə  də 
Ə.Vahidi Füzulinin yaratdığı  ədəbi məktəbin davamçısı 
hesab edir.  
 
 
 
 
 
 


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə