ƏLİ FƏHMİ DÜNYASI
109
Füzuli qəzəllərində bəzi
Metod məsələləri
Əli Fəhminin əsərləri içərisində “Füzuli lirikasında
bədii metod məsələləri” adlı monoqrafiyası xüsusi yer tu-
tur. Alimin yaşayıb-yaratdığı sovet dövründə ədəbiyyatda
bədii metod məsələsi çox ciddi şəkildə qarşıya qoyulmuş-
dur. Sosializm realizminin ədəbiyyat və incəsənətdə ha-
kim metod olduğu bir şəraitdə yazıçı və şairlərin əsərləri-
nə qiymət əlbəttə ilk növbədə onun öz əsərlərini hansı
ədəbi cərəyanda yazmasından çox asılı idi. Məhz bu döv-
rdə klassik Azərbaycan şairlərinin romantizmə meyl edən-
lər kimi qələmə verirlər. Digər şairlərdə olduğu kimi
Füzulinin də yaşadığı dövrdə baş verən bütün hadisələrə
öz şəxsi münasibətini bildirməsi, müharibələr, müharibə-
ləri törədən insanlara, riyakar ruhanilərə, sələmçi tacirlərə,
ümumiyyətlə orta əsrlərin bütün hakim təbəqələrinə nifrət
hissi bəsləmiş, zəhmətkeş xalqın dərd-sərini, şikayətini,
arzu və istəklərini ifadə etmiş, bir sözlə dövrünün bütün
hadisələrinin real təsvirini verməklə realizmin gözəl
nümunələrini yaratmışdır. Bunu şairirn aşağıdakı misra-
larla bitən son beytinə nəzər salmaqla aydın görmək olur:
Fərq imiş, fərq Füzuli, şərəfi əhli vücud,
Özünə eyləmə həmdəm füqəradan qeyri
Yoxsul insanlara məhəbbət onun bütün əsərlərində
görünməkdədir. Şairin yaradıcılığı forma və metod məsə-
lələri bu monoqrafya qədər geniş işlənməməsi baxımın-
dan monoqrafyanın elmi əhəmiyyətini dərk etmək olar.
Əsərdə ilk olaraq Əli Fəhmi realizmin meydana gəldiyi ta-
Yeqzar Cəfərli
110
rixi şərait, Avropada və Rusiyada realizmin yaranması
haqqında məlumat verəndən sonra sözü gedən mövzunun
izahına başlayır. Böyük alimin şairin romantizmə meyli-
nin yaşadığı ictimai mühitlə əlaqələndirir. Lakin Füzuli
təkcə romantizmə qapılıb qalmamış, qeyd etdik onun
əsərləri realizm ənənələri ilə zəngindir. Əli Fəhmi yazırdı:
“Şairin yaşadığı cəmiyyətdə həyat nemetləti yaradan in-
sanlar həmçinin Füzuli kimi həqiqət, ədalət sevən” hünər
əhli-şairlər və alimlər azadlıq və səadətdən məhrum,
müsibət və fəlakət içərisində yaşayırdılar. Şair ilə hakim
ictimai qüvvələr arasında əmələ gəlmiş fikir-ideya ixtilafı-
nın, ziddiyətin əsas səbəbi budur. Füzulidə çox az şairdə
təsadüf olunan daha bir müsbət keyfiyyət vardı. O sözü
vaxtında deməyi bacarırdı. Onun yaşadığı cəmiyyətdə in-
san ləyaqətini alçaldan insanlar hökmrahlıq edirdi. Onun
əsərlərində ilk növbədə tənqidə məruz qalanlar feodallar
və ruhanilər idi. Füzuli bunlara, eyni zamanda sufilərə, öz
şəxsi mənfəətləri naminə islamı parçalayan təriqətçilərə
qarşı etirazını bəzən beytlərarası, çox vaxt isə açıq şəkildə
ifadə edirdi. Dövrünün şairlərindən onun qədər öz zəma-
nəsini qamçılayan ikinci bir şair yoxdur. O, elə bir zəma-
nədə yaşayırdı ki, bu zəmanədə:
Dust bipərva, fələk birəhm dövran bisükun,
Dərd çox həmdərd yox, düşmən qəvi tale zəbun.
Füzuli yaradıcılığının müsbət cəhətlərindən biri kimi
Əli Fəhmi onun daima insanı uca tutmasaını, onları var-
dövlət hərisliyindən, şöhrətpərəstlikdən çəkindirməyə ça-
lışmasını göstərir: “Dünyanın bütün ehtiyaclarını ödəyə
bilmək mümkün deyildir, hərislik elə bir yoldur ki, onun
ƏLİ FƏHMİ DÜNYASI
111
sonu yoxdur. Onun əsərlərində zamanla səsləşən, bu gün
artıq zərb məsəlləşən “Rəhmsiz insanlar ürəyi yanmışlara
ürək yandıra bilməz”, “qurddan çoban olmaz” kimi sözlə-
ri işlətməsi öz zəmanəsinə açıq-aydın meydan oxumaq
deyildimi?. Şairin məhz bu keyfiyyətlərinə əsaslanan
Füzulişünas alim Əli Fəhmi qeyd edirdi ki, “Böyük şairin
xalq kütlələri içərisində dərin rəğbət qazanan qəzəlləri, şə-
riət ehkamlarına, məscid, namaz, ramazan xurafatına
qüvvətli zərbə vurduğu üçün “hərzə”, “Küfr” sayılır və tə-
qib olunurdu”.
Füzulinin zəmanəsindən şikayətlə bağlı qəzəllərdə
müəyyən qədər ziddiyyət hiss olunur. Məsələn: O bir yan-
dan fəlakətli və müsibətli dövrlərdə də öz dəyanətini qo-
ruyub saxlayan bir yandan da onu izləyən fəlakət və bəla-
ların qəzavü-qədər olduğuna inam təşkil edir.
Əsərdə Füzulinin sufizmə, C.Ruminin-Mövləviyyə
və. s. ideyalarına rəğbət bəsləməsi haqqında da geniş mə-
lumat verilir. Lakin Əli Fəhmi qeyd edirdi ki, Füzuli sırf
sufi deyildi, amma bəzi əsərlərində sadəcə sufizmə meyl
vardır. Zənnimcə, bu cəhətdən şarin yaradıcılığında
müəyyən qədər ziddiyyət də yox deyildir. Çünki, onun
bəzən tamamilə təriqət əhlinə qoşulması faktları da mövc-
uddur. Əsərin tərifəlayiq cəhətlərindən biri də odur ki, bu-
rada Əli Fəhmi sufilik haqqında hələ heç yerdə rast gələ
bilmədiyimiz məlumatı verir. Sufiliyin tarixi kökləri onu
doğuran səbəblər, eləcə də şərqin alim və şairlərinin ən
çox da Cəlaləddin Ruminin sufilik haqqında qiymətli fikir-
ləri ilə oxucuları tanış edir. Əsərdə Füzulinin şərab haq-
qında fikirləti, sufizmin fəlsəfi əsasları Şeyx Mahmud Şə-
Yeqzar Cəfərli
112
bustərinin “Gülşəni-raz” əsərinin Lahicaninin şərhi ilə fars
dilində müqayisəli təhlil edərək yazır: “ Göründüyü kimi
burada şərab Allahın təcəllisidir. Şəbüstəri özünü unudub
tərk etməyə, cisminin varlığından xilas olmağa aparan şə-
rabə, qətrəni dəryaya, yəni cüzvü küllə qovuşduran sağər-
siz və qədəhsiz, şərəbü əbədü vəchin, yəni Allahın qədə-
hindən şərab içməyi təklif edir, Füzulinin təsvir etdiyi şə-
rab isə şadlıq və xoşluq oyadan, insanı nəğmə dinləməyə
ruhlandıran ”Əqli və ədəbi” ortadan qaldıran şərabdır”.
Əli Fəhminin istifadə etdiyi və mənim yuxarıda adlarını
qeyd etdiyim mənbələrin əksəriyyəti onun kitabxanasında
qorunub saxlanılır. Dövlət arxivində belə tapılmayacaq
həmin qiymətli mənbələr öz tədqiqatçılarını gözləyir. Də-
fələrlə qeyd etdiyim kimi həmin mənbələri ətraflı tədqiq
etmək üçün bu sətirlərin müəllifi böyük səylə ərəb dilinə
aid biliyini təkmilləşdirir.
Əli Fəhminin bu əsərinin Füzuli haqqında yazılmış
bütün digər əsərlərdən bir böyük fərqli cəhəti də vardır ki,
bu da ondan ibarətdir ki, Əli Fəhmi şairi elə bir sadə dildə
izah edir ki, dilimizə ərəb və fars dillərindən keçən sözləri
bilməyən ən sadə oxucular belə başa düşür. Füzuli sevən-
lər bütün nəsillər üçün asan anlaşır.
Füzuli filosof şair idi. O, dünya fəlsəfə akimləri-He-
raklitin, Platonun, Aristotelin əsərlərini dərindən əxz et-
miş və onların aforizmlərindən öz əsərlərində dəfələrlə is-
tifadə etmişdi.
Əli Fəhmi gözəllik haqqında digər əsərlərindəki fikir-
lərini bu monoqrafiyada davam etmişdir. Füzulini həqiqə-
tin nəğməkarı hesab edən alim gözəlliyi bir ilahi sərvət
Dostları ilə paylaş: |