Yeqzar Cəfərli
48
bir sözlə, Şərq aləminin neçə-neçə söz sultanının xəzinəsi-
ni sinəsində gəzdirərdi. Kəskin hafizəsinə, iti yaddaşına,
çox mahir və usta şeir oxumaq tərzinə, cazibədar səsinə və
ləhcəsinə, əruzun bütün bəhrlərində çalxalanan, daxili
dünyasına heyran olduğum Əli Fəhmi hansı klassik şeir-
dən söhbət açırdısa, mütləq o əsəri təhlil etmək üçün Qu-
ranın hikmətlərinə, Məhəmməd peyğəmbərin hədislərinə
istinad edər, təravətli bir poeziya dünyası yaradardı (Al-
lah elə bil ki, bu kişinin ləngərli yerişini də əruz vəzninə
uyğun yaratmışdır). Aylarla, illərlə bu sehrə düşər, o cazi-
bədən ayrıla bilməzdim. Bu da mənim üçün ilahinin bir
hədiyyəsi idi”. Hörmətli şairimizin yaddaşında Əli Fəhmi
ilə bağlı xatirələrinin bir qismini ağ varaqlara köçürdüm.
Şairin xeyir duasını aldım. Bir adi tələbəyə göstərdiyi bu
böyük sayğı üçün sevimli şairimizə Böyük Yaradandan
can sağlığı dilədim.
Əli Fəhminin oxuduğum doğma Azərbaycan Univer-
sitetində də tələbələri vardır. Onlardan biri Universitetin
Arxiv müdiri Əzizə xanım Ağamalıyevadır. O, mənim bu
əvəzsiz alim haqqında kitab yazdığımı bildiyindən tez-tez
mənimlə söhbətlər edər, xatirələr söylər, məni ruhlandı-
rardı. Aşağıda onun sevimli müəllimi ilə bağlı xatirəsini
verirəm.
“Azərbaycan” Universitetinin nəşr etdiyi eyni adlı
qəzeti hər dəfə maraqla izləyirəm. Onu da deməliyəm ki,
qəzetimizin səhifələrində Universitetin istedadlı gəncləri-
nin tez-tez bu və ya digər mövzulara aid maraqlı məqalə-
ləri dərc olunur. Doğma qəzetimizin Aprel 2009-cu il nöm-
rəsində dərc olunan bir yazı diqqətimi cəlb etdi. Oxudum,
ƏLİ FƏHMİ DÜNYASI
49
məni əməlli-başlı kövrəltdi. Xəyalım qanadlandı, bir anlıq
məni tələbəlik çağlarına apardı. ”Eldən gedən Alim” adla-
nan bu məqalənin müəllifi Azərbaycan Universitetinin Fi-
lologiya fakültəsinin I kurs tələbəsi Yeqzar Cəfərli idi.
Məqalə sonsuz ehtiram və məhəbbət bəslədiyim, se-
vimli müəllimim, Böyük Şərqşünas Alim olan Əli Fəhmi-
nin həyat və yaradıcılığı haqqında idi. Məqaləni oxuduqca
38 il bundan qabaqkı tələbəlik illərimi xatırladım. Gözləri-
min önündə Füzuli yaradıcılığını dərindən bilən, onun qə-
zəllərini əzbər deyən sonra da onları gözəl, sadə bir dildə
təhlil edən Əli Fəhmi müəllimim canlandı.
1972-ci ildə o zaman S. M. Kirov adına ADU-nun
Azərbaycan ədəbiyyatı tarixi fakültəsində təhsil alırdım.
Bütün Universitet tələbələri kimi mən də bu görkəmli alim
haqqında çox eşitmişdim. Bir gün eşitdim ki, Əli müəllim
bizə ”Qədim dövr ədəbiyyatı”-ndan dərs deyəcək. Necə
sevindiyimi təsəvvür edirsinizmi? Sevincim heç də əbəs
deyildi. Alimin Füzuli yaradıcılığına, əruz vəzninə aid də-
rin biliyindən bəhrələnəcəyimi təsəvvür edirdim, tək uç-
mağa qanadım çatmırdı.
Həsrətlə gözlədiyim həmin xoşbəxt gün axır ki, gəlib
yetişdi. Olduqca sadə, simasından nur yağan bu əvəzsiz
şəxsiyyət auditoriya daxil oldu. Qrup yoldaşlarımla tanış
oldu. Növbə mənə çatanda hansı orta məktəbi bitirdiyimi
soruşdu: Suraxanı rayonunda 114-li məktəbi- deyə cavab
verdim. “Sabunçuya, mənə qonşusan” - dedi və güldü.
Mühazirəyə başladı. Dilindən çıxan hər bir söz ətir
saçırdı. Az sonra qrup nümayəndəsindən bir stəkan su gə-
tirməsini xahiş etdi. Mühazirəni deyə-deyə sudan qurtum-
Yeqzar Cəfərli
50
qurtum içirdi. ”Bu mənim şəkər xəstəliyimlə bağlıdır”-
deyə səbəbini izah etdi.
1973-cü il idi. Ədəbiyyatdan imtahan verirdik. Əli
müəllim tələbələri bir-bir çağırır, sual-cavab edir, onların
biliyini yoxlayırdı. Qrup yoldaşlarımın hazırlıqsız olduğu-
nu görüb çox əsəbiləşdi. Bunu görüb əlimi qaldırdım.
”Çox ürəkli qıza oxşayırsan, yaxşı, gəl görək”. Mənə ver-
diyi suallara cavab verdikcə Əli müəllimin üzü gülürdü.
Cavablarımın müəllimimin xoşuna gəldiyini hiss etdim.
Füzuli qəzəllərinə vurğun olduğum üçün şairin çoxlu qə-
zəllərini əzbər bilirdim. Bu qəzəllərin bir neçəsini əzbər
söylədim:
Ya rəbb, bəlayi eşq ilə qıl aşina məni,
Bir dəm bəlayi eşqdən etmə cüda məni.
Və yaxud:
Məndə Məcnundan füzun aşiqlik istedadı var,
Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var.
İmtahan kitabçama məqbul yazdı, üzünü mənə tutub
dedi:
“Sənə Universitetdə həftədə bir dəfə fəaliyyət göstə-
rən “Füzulişünaslıq” dərnəyini yazılmağını məsləhət bili-
rəm”. Daha sonra üzünü tələbələrə tutub dedi: “Gətirin
qiymət kitabçalarınızı, gedin qurban olun bu qıza, sizə
məqbul yazıram, bir şərtlə ki, imtahanda belə cavab versə-
niz hamınıza “iki” qiymət yazacağam.
Sevincimin həddi-hüdudu yox idi. Qrup yoldaşlarım
fasilədə məni əhatə edib “çoxsağol” dedilər.
“Eldən gedən alim” məqaləsi mənim üçün sevimli
müəllimimin həyatı ilə bağlı bir sıra qaranlıq məqamlara
ƏLİ FƏHMİ DÜNYASI
51
aydınlıq gətirdi. Əli Fəhmi yaradıcılığını hərtərəfli araşdı-
ran məqalə müəllifi mənim sevimli müəllimimin gənc yaş-
larında saf məhəbbəti uğrunda necə mübarizə apardığını,
ilk sevgisinə ömrünün sonuna qədər sadiq qaldığı və
Türkanda iki gəncin məhəbbət dastanına çevrilmiş iki
püstə ağacı hekayəsi məni həddindən artıq təsirləndirdi.
Elə bu təəssürat ilə də bir gün o iki püstə ağacını ziyarət
etməyi qərara aldım. Məqalə gənclərə pak, təmiz, ülvi mə-
həbbət kimi gözəl hisslər aşılamaq baxımından tərbiyəvi
əhəmiyyətə malikdir. Ona görə də mən bu məqaləni kitab-
xanaya gələn hər bir tələbə gəncə oxumağı məsləhət
gördüm. Sonra eşitdim ki, bu məqalə Respublikanın ən
nüfuzlu qəzetlərindən sayılan “Şərq” qəzetinin bütöv bir
səhifəsində dərc olunmuşdur. Allahdan Əli Fəhmi müəlli-
mimə rəhmət, onun yaradıcılığını tədqiq edən tələbəmiz
Yeqzar Cəfərliyə isə yaradıcılıq uğurları arzulayıram.
Allah sizi rəhmət etsin, Əli müəllim, ruhunuz şad ol-
sun. Sizin adınız həmişə tələbələrinizin qəlbində yaşay-
acaq və xatırlanacaq.
İki püstə ağacı
Daha əvvəllər qeyd etdim ki, Əli Fəhmi Bakı milyon-
çularıdan Hacı Gəncəli nəslindən idi. Türkanda iri, bol
bəhrəli bağları vardı. Gənc yaşlarında Əli Fəhmi bağ qon-
şusunun qızı Aliyə xanıma könül bağlayır. Bağ qonşuları
olan bu iki gənc Bakı Tibb İnstitutunda birgə təhsil alırdı-
lar. Bir-birlərinə şerlər qoşur, yazdıqları şer dəftərçələrini
bir birinə ötürür, bu yolla öz məhəbbətlərini izhar edərdi-
Dostları ilə paylaş: |