ƏLİ FƏHMİ DÜNYASI
125
ng, ud, tənbur, bərbət, qanun, tütək, balaban, saz və digər
musiqi alətlərinə də münasibət bildirilir, onların hər biri-
nin yaranma tarixi, insanlara zövq verməsindən bəhs olu-
nurdu. Bütün bunlar Seyid Əzim yaradıcılığında çox gözəl
əks olunmuşdur. Bir muğamın yaxşı səslənməsi, insana
zövq verməsi üçün qəzəlin müsiqi ilə uyuşmasının vacib-
liyini artıq qeyd etmişdik. Tez-tez belə bir hadisənin şahi-
di oluruq. Öz qəzəlini hər hansı bir xanəndənin ifasında
bəyənən qəzəlxan məxsusi olaraq həmin xanəndə üçün
qəzəllər yazır. Və yaxud əksinə də olur. Bir qəzəxanın qə-
zəlləri xanəndənin zövqünə yatanda O, həmin qəzəlxana
qəzəl sifariş edir. Burada Əli Fəhmi belə bir nəticəyə gəlir
ki, qəzəl musiqi ilə uyuşmaqla yanaşı, qəzəlxanla xanən-
dənin qarşılıqlı zövqünə də uyğun gəlməlidir. Bu key-
fiyyətlərin S.Əzimdə olmasını Əli Fəhmi onun Füzuli ir-
sindən bəhrələnməyi ilə əlaqələndirir. S.Ə.Şirvanin yara-
dıcılığında bu baxımdan çoxlu oxşarlıqlar vardır. Füzuli
kimi S.Əzim də xanəndələrin ən çox müraciət etdiyi şair-
lərdəndir. Şairin musiqi duyumunu yüksək qiymətləndi-
rən Əli Fəhmi yazırdı: ”Ümumiyyətlə muğamın və xalq
musiqisinin alovlu tərənnümçüsü olan Seyid Əzim musi-
qini, meyi, məzəni, şirin ixtilatları həyatın əvəzsiz nemət-
ləri saymış, dünyəvi hiss və bilikləri real həyat hadisələri-
ni maddi və mənəvi nemətləri geniş tərənnüm etmiş həya-
tın məqsədi bilmişdir.
Can verəndə oxuyun nəğməni Quran əvəzi,
Qəbrim üstündə verin ruhuma meydən xeyrat.
- Deyən Seyid Əzim musiqinin nəğmənin, meyin,
məzənin şirin və ürəkaçan söhbətlərini insan duyğularının
Yeqzar Cəfərli
126
bir sözlə canlı və yaradıcı insanın dünya nemətlərinin
böyük tərənnümçüsü idi.”
Seyid Əzimin yaradıcılığı ilə məşğul olunca adamda
belə bir qənaət yaranır ki, O bir şair olmaqla yanaşı, həm
də bir musiqi nəzəriyyəçisi olub. Burada Əli Fəhmi onun
hər hansı bir musiqi alətindən istifadə edib etməməsindən
bəhs etmir. Lakin böyük alim şairin musiqiyə həddindən
artıq aludə olmasını, tez-tez musiqi məclislərində iştirak
etməsini, ayrı-ayrı musiqiçilərlə dostluq etməsini əsas
götürərək onu həqiqətən də bir musiqi nəzəriyyəçisi kimi
bizə təqdim edir. Şair Şamaxıda Mahmud ağanın yaratdığı
musiqi məclisinin yaraşığı idi. Əli Fəhmi qeyd edirdi ki,
“Seyid Əzim musiqi və müğənnilərdən nə qədər xoşlanır-
dısa onlar da bir oqədər şairin duzlu məzəli söhbətlərin-
dən, şirin və hikmətli qəzəllərindən incə və çox zaman şer-
lə ifadə etdiyi lətifələrindən ilham və zövq alırdılar”. Ol-
duqca maraqlı faktlarla zəngin olan bu əsərdə Əli Fəhmi
təkcə Seyid Əzimin yüksək musiqi duyumundan, şairin
musiqi haqqında qiymətli fikirlərindən söz açmaqla kifay-
ətlənmir, eyni zamanda XIX əsrdə Şirvanın musiqi həyatı
haqqında qiymətli məlumatlar verir. Burada biz Mahmud
ağanın musiqi məclisinin daimi üzvləri ilə, Şairin şəxsən
dostluq etdiyi insanlarla da tanış oluruq. Hacı Hüsü, Mə-
şədi İsi, Topal Mehdi, Dabbağ oğlu Mirzə Məhəmmədhə-
sən kimi dövrünün məşhur musiqiçilərin adları çəkilir.
Burada biz Dabbaq oğlu Mirzə Məhəmmədhəsənin
ömrünün sonunda qələmə aldığı və Bakıda 1916-cı ildə
Tulu mətbəsində olduqca məhdud miqdarda nəşr etdiyi
kitabçasının müqəddiməsində oxuyuruq: “Bir gün bahar
ƏLİ FƏHMİ DÜNYASI
127
fəslində məşhur şair S.Ə.Şirvani təbiətin tamaşası qəsdi ilə
Şamaxı bağlarını seyr edərkən bir bağın kənarında bir nə-
fərin gözəl avazla oxuduğunu eşidir və bir az diqqətlə qu-
laq asdıqdan sonra Mirzə Məhəmmədhəsənin olduğunu
anlayınca fövrən bu şeri deyir”:
Əqlimi əlimdən nə küllü yasəmən aldı,
Nə sünbulü-reyhan nə baği çəmən aldı.
Davud məgər zində imiş dəhrdə Seyyid,
Arami dilim səvti Məhəmmədhəsən aldı.
Seyid Əzimin rəğbəti təkcə Mirzəməhəmmədhəsənlə
bitmir. Qəzəllərinin birində Topal Mehdi və ya Mehdiqulu
adı ilə məşhur olan Mehdini də vəsf etmişdi.
Seyyida, Mehdiyə ylvar ki bu dürr danələri,
Eləsin məclisi şəhvari Kərimbəydə nisar.
Seyid Əzimin muğama və xalq musiqisinə rəğbəti o
dərəcədə böyük idi ki, O, təkcə Şirvandakı, Azərbaycan-
dakı xanəndələri deyil, Cənubi Azərbaycanda Tiflisdə ya-
şayan xanəndələri də tanıyır, onlarla əlaqə saxlayırdı. Bu
haqqda faktları ciddi araşdıran Əli Fəhmi Seyid Əzimin
Cənubi Azərbaycanın XIX əsrin məşhur aşıq və xanəndəsi
olmuş Mirzə Səttar Ərdəbilli haqqında məlumat verir. Bu
məlumatdan aydın olur ki böyük alim, professor
M.Rəfilinin Gürcüstan alimlərindən İ.K.Yenikolonovun
apardığı tədqiqatlarla və Tiflisdə nəşr olunan ”Kafkaz”
qəzetinin materialları ilə ətraflı tanış olmuşdur. Burada
“Kuzneçik muzikant” poemasının müəllifi kimi tanınan
rus şairi F.R.Polonski “Russkaya starina” jurnalının 6-cı
nömrəsində verdiyi məqalə bu baxımdan qiymətlidir.
Müəllif yazırdı: ”Səttarı nəinki Azərbaycan, hətta erməni
Yeqzar Cəfərli
128
və gürcülərin toylarında da dinləmək olurdu”. Məqalə ilə
tanış olan Əli Fəhmi qeyd edir ki,” Polonski Mirzə Səttarı
şəxsən dinləmiş onun yanıqlı səsindən vəcdə gəlmiş hətta
ona şer belə həsr etmişdir”.
Əli Fəhminin bütün əsərləri ilk növbədə zəngin mə-
lumatları ilə seçilir. Məlum olur ki, O, hər hansı bir şair
haqqında yazmamışdan qabaq onun əsərlərini dərindən
öyrənməklə kifayətlənmir, fəaliyyət göstərdiyi mühiti,
hətta şairin doğulduğu təbii şəraiti belə dərindən öyrənir-
di. Bu isə alimin öz işinə böyük məsuliyyəti ilə bağlıdır. O,
Mirzə Səttar haqqıda demək olar ki, bütün məlumatları to-
plamış, onun Seyid Əzimin hansı qəzəlini daha çox oxu-
masını bilirdi. Qocaman tarzən Mansur Mansurovun xati-
rələrinə istinad edən Əli Fəhmi qeyd edir ki,” Mirzə Səttar
Seyid Əzimin qəzəllərini ən çox Rast və Humayun
üstündə daha gözəl ifa edərdi. Ən çox xoşladığı qəzəl isə
aşağıdakı misralarla bitən qəzəli idi.
Olma yarın Seyyida cövrü cəfasından məlul,
Aşiqə cövrü cəfası dilbərin ehsanıdır.”
Məqalədə həmçinin Seyid Əzimin görkəmli sənətkar
Humayunla və Sadıqcanla dostluq münasibətlərindən və
Mirzə Möhsün Nəvvabın ”Qarabağnamə” əsərindəki şair-
lə bu iki sənətkar arasndakı dostluq əlaqələri haqqında
oxuculara qiymətli məlumatlar verir.
Seyid Əzimin Mahmud ağaya həsr etdiyi “Olsun” rə-
difli bir mədhiyyəsi vardır. Bu mənzum məktubun 6 beyt-
lik bir parşasında demək olar ki, bütün muğamların musi-
qi alətlərinin hətta oxuyan quşların belə adları çəkilir:
Səhər səvti humayun ilə bülbül başlasın nəğmə,
Dostları ilə paylaş: |