olaraq metodiki fəaliyyətin daha radikal formada dəyişməsini, metodik
xidmətin kökündən yeniləşməsi və marketinq fəaliyyəti ilə əlaqələndiril-
məsini və yenidən qurulmasını nəzərdə tuturlar.
Bunlardan başqa bir sıra görkəmli kitabxanaşünas alimlər müxtəlif
dövrlərdə metodik fəaliyyətin perspektivlərinə dair elmi fikirlər söyləmiş
və göstərmişlər ki, metodik fəaliyyət elmi əsaslara söykənən məqsədli
proqramlaşma əsasında inkişaf etməlidir. Əvvəllər görkəmli kitab-
xanaşünas alimlərdən S.A.Basov, sonralar isə A.F.Xorunjiy məqsədli
proqramlaşmaya dair məqalələr yazmışlar və bu fikri bir daha təsdiqlə-
mişlər. Onlar sübut etmişlər ki, məqsədli proqramlaşdırma ilə həm uzun
müddətli, həm də qısa müddətli məsələləri keyfiyyətli və səmərəli həll
etmək mümkündür, bu metod aşağı idarəetmə orqanlarının rolunu artırır,
işçilərin yaradıcılıq fəallığını aktivləşdirir. Ən başlıcası isə metodiki iş,
təşkilatçılıq formasından tədqiqatçılıq fəaliyyətinə keçir, ənənəvi istiqa-
mətlər qorunub saxlanılır, qabaqcıl təcrübənin öyrənilməsi və yayılması,
kitabxana işçilərinin ixtisasının artırılması, ayrı-ayrı kitabxana işçilərinə
köməklik təmin olunur.
Artıq XX əsrin 90-cı illərində kitabxanaların metodik təminatının
marketinq fəaliyyəti ilə əlaqələndirilməsi çox geniş vüsət almışdır. Mar-
ketinq fəaliyyətinin tətbiq olunması kitabxanaların fəaliyyətində həlledici
stimul olmaqla yeni proqressiv forma və metodlardan biri kimi kitabxana
ictimaiyyəti tərəfindən birmənalı qarşılandı. Hətta Rusiyanın bir sıra apa-
rıcı kitabxanalarında metodiki işin həyata keçirilməsində əsasnamələr ha-
zırlandı, bu sahədə tədqiqatlar həyata keçirildi.
Metodiki işin tətbiqi ilə bağlı marketinq fəaliyyətinin müxtəlif isti-
qamətləri üzrə konsepsiyaların işlənməsi 90-cı illərdə daha geniş vüsət
aldı.
Beləliklə, kitabxana fəaliyyətində marketinq tətbiqi həlledici stimul
yaratmaqla yeni və proqressiv marketinq və metodiki işin yeni forma və
metodlarını müəyyənləşdirdi. Elə həmin vaxtda kitabxanaların metodiki
fəaliyyətində marketinqin tətbiqi ilə bağlı yeni əsasnamələr işlənilməyə
başlandı. Xüsusilə “Şöbədə kitabxana marketinqinin tətbiqi və metodiki
işin yeniləşdirilməsi” M.A. Nekrasov adına MDEK-da (Mərkəzi Dövlət
Elmi Kitabxanası) marketinq fəaliyyətinə həsr olunmuş bir sıra metodiki
işləmələri buna misal göstərmək olar.
Metodiki təminatın müxtəlif aspektlərinin öyrənilməsi və tədqiq
edilməsi, tələbələr və təcrübi kitabxana işçiləri ilə aparılan problem mə-
sələlərin müzakirəsi və təhlili zamanı metodiki işlə bağlı bir sıra yeni
konsepsiyalar, o cümlədən, məsləhət verən bir qurum kimi metodşöbə-
lərin rolunun artdığı müəyyən oldu. Metodşöbələrin məsləhət verən bir
qurum kimi müstəqil fəaliyyət növü kimi meydana çıxması professional
kitabxana fəaliyyətində, xüsusilə, idarəetmə sahəsində geniş perspektiv-
lər açır, metodiki işin yeniləşməsinə xidmət edir.
Müasir dövrdə belə bir fakt özünü doğruldur ki, “elmi- metodiki tə-
minat anlayışı “uzun illər formalaşaraq elə bir mərhələyə çatmışdır ki, ki-
tabxana fəaliyyətinin inkişafı ilə müqayisədə bugünkü tələbatdan çox ge-
ri qalır. Odur ki, respublikamızda kitabxanaların metodiki fəaliyyəti dün-
ya standartlarına uyğun olaraq yeni kitabxana texnologiyalarını özündə
əks etdirməklə aparılmalıdır. Metodiki təminatın yeniləşdirilməsi prob-
lemi uzun illərdir ki, kitabxana ictimaiyyətini həmişə narahat etmiş və
düşündürmüşdür. Xüsusilə metodik təminatın rolu, funksiyaları, inkişaf
istiqamətləri metodik təminatın kitabxana işində rolu, kitabxanaların
strukturu, yeni şəraitdə diskusiyaların aparılması və s. tədbirlərin keçiril-
məsi hələ də vahid qənaətə gəlməyə imkan verməmişdir.
Metodiki işin formalaşması və inkişafı ərzində onun metodları və
funksiyaları nəzərə çarpacaq qədər genişlənmiş, müxtəlif istiqamətlərdə
təşkilati ənənələri və formaları dəyişmiş, tədqiqatçılıq və informasiya,
həmçinin, pedaqoji fəaliyyəti xeyli zənginləşmişdir.
Bütün bu keyfiyyətləri özündə birləşdirən metodiki işdə bir sıra
idarə, müəssisə və təşkilatların fəaliyyəti birləşməli, qarşılıqlı fəaliyyətdə
iş qurulmalıdır. Xüsusilə kitabxanaların informasiya və təşkilati işləri el-
mi-tədqiqat institutları ilə, pedaqoji fəaliyyətdə təhsil müəssisələri ilə,
təşkilati məsələlərdə idarəetmə orqanları ilə əməkdaşlığın qurulması me-
todiki işin əhatəli aparılmasını təmin edər. Nəticədə aparılan metodiki
işin həm məzmunu, həm də struktur quruluşu müasir tələbləri ödəmiş
olar. Odur ki, uzun illər metodiki işlə bağlı həm rus, həm də Azərbaycan
müəlliflərinin əsərlərində metodik təminatla əlaqədar onun kitabxana
fəaliyyətinin bütün proseslərini hərtərəfli əhatə etməsinə həsr olunmuş
məsələlər xüsusi qeyd olunur və bu da olduqca əhəmiyyətlidir.
Demək olar ki, kitabxana ictimaiyyətinin böyük əksəriyyəti meto-
diki işdən danışarkən kitabxana fəaliyyətində onun başlıca məqsədini-
bütün istiqamətlərinin təkmilləşdirilməsi, forma və metodların yeniləş-
dirilməsi kimi qəbul edirlər. Xüsusilə görkəmli rus kitabxanaşünas alim-
lər bu fikrin üzərində daha çox təkidlə dayanırlar. Görkəmli kitabxana-
şünas alim B.N.Baçaldin metodiki işdən danışarkən göstərir ki, metodiki
mərkəzlərin səlahiyyətləri imkan verir ki, onlar kitabxanaların bütün təd-
birlərində fəal və yaxından iştirak etsinlər. Metodistlər kadr işini yaxşı
bilməli, onlarla işləməyi bacarmalı, onları yaxından tanımalı, onların
gündəlik ehtiyaclarını bilməli, beləliklə, hər bir kitabxananın inkişafına
kömək etməlidirlər. Bu fikirlərlə bir sıra görkəmli kitabxanaşünas alimlər
E.K.Vısoçkaya, N.A.Semyonova və başqaları razılaşaraq göstərirlər ki,
metodiki iş kitabxanaların gündəlik fəaliyyətinə kömək etməyə istiqa-
mətləndirilməlidir (5). Bu alimlərin baxışlarına görə bu köməklik gün-
dəlik aparılmalı, vaxtında və əməli olaraq həyata keçirilməlidir. Analoji
fikirləri kitabxanaşünas alim N.Bibika da təsdiq edir və göstərir ki,
“Metodiki şöbənin başlıca vəzifəsi-bütün istiqamətlərdə kitabxanalara
köməklik göstərməkdir” (2). Belə bir fikri O. Budetskaya təsdiqləyərək
hesab edir ki, bu gün metodiki işin məzmununu dərinləşdirmək və əhatəli
etmək lazımdır. O göstərir ki, metodistlər öz üzərlərinə məsləhətlər ver-
məyi götürməlidirlər. Kitabxana işçilərinin daha az-az qarşılaşdığı müha-
sibat işi, iqtisadi məsələlər hüquqi və digər problemlərə dair əməli
məsləhətlər verməlidirlər (4). Metodiki təminat işinin əsas problemləri-
nin müəyyənləşdirilməsi metodik mərkəzlərin qarşısında duran çox mü-
hüm vəzifələrdən biridir. Xüsusilə Respublika Milli Kitabxanası metodik
mərkəz, respublikanın bütün kitabxanalarının metodiki əlaqələndirmə
mərkəzi kimi müasir problemləri araşdırmalı və respublikada fəaliyyət
göstərən bütün metodiki mərkəzlərə əməli təkliflər verməlidirlər (5). Bu
təkliflər mərkəzi kitabxana sistemlərinə, yerlərə, filial kitabxanalarına
çatdırılmalıdır ki, bütün kitabxana şəbəkələri və sistemlərini əhatə etsin.
Müasir dövrdə kitabxanaların elmi- metodiki təminatında Azərbay-
can Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli 3072 nömrəli
sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kitabxana-
informasiya sahəsində 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proq-
ramı”nda Kitabxanaların metodiki təminatına xüsusi yer verilmiş və gös-
tərilmişdir ki, “Kitabxana işi sahəsində elmi-tədqiqat və elmi–metodiki
fəaliyyətin stimullaşdırılması, sahəyə aid ədəbiyyat nəşrinin genişləndi-
rilməsi nəzərdə tutulmuşdur” (1). Bu proqramdan irəli gələn digər məsə-
lələrin həll edilməsində metodik mərkəzlərin üzərinə çox böyük vəzifələr
qoyulmuşdur. Metodiki mərkəzlər kitabxanaların inkişaf proqramının ye-
rinə yetirilməsində respublika səviyyəli bütün tədbirlərin həyata keçiril-
məsində xüsusilə respublika və regional mərkəzlər fəal mövqeyə malik
olmalıdırlar.
Son illərdə metodiki işin müxtəlif illərdə bir məfhum kimi dəyiş-
məsi, onun bir termin kimi yeniləşməsi metodik təminatın məzmununda
Dostları ilə paylaş: |