da mühüm dəyişikliklərin aparılmasını tələb edir. Bu dəyişikliklər artıq
dünya təcrübəsində, eləcə də, respublikamızda xeyli inkişaf etmişdir.
Məlum olduğu kimi, kitabxana-informasiya proseslərinin son dərə-
cə mürəkkəbləşdiyi, yeni texnologiya ilə zənginləşdiyi bir zamanda ki-
tabxana işinin metodik təminatının öhdəsinə çox mühüm vəzifələr düşür.
Müasir dövrdə kitabxana ictimaiyyəti metodik təminatın necə inkişaf et-
məsini düşünürlər. Bu problem kitabxana işinin ən aktual problemlərin-
dən biridir. Kitabxanaların metodik təminatının həmişəki məzmunu xey-
li dəyişmiş və zənginləşmişdir. Bu, şübhəsiz ki, ilk növbədə kitabxana
işinin inkişafı, cəmiyyətdəki informasiya proseslərinə inteqrasiyası ilə
əlaqədardır.
Hazırda, kitabxanaların metodiki təminat probleminin müxtəlif
izahlara, şərhlərə və münasibətlərə məruz qaldığı kitabxanaçılıq fəaliyyə-
tində baş verən kəmiyyət və keyfiyyət dəyişmələri ilə izah olunmalıdır.
Müasir dövrdə kitabxana işçiləri, metodistlər kitabxanaların meto-
dik təminatı anlayışının mahiyyətinin dərindən dərk edilməsi üçün müa-
sir dövrdə dünya informasiya məkanında baş verən yeni prosesləri, bu
proseslərlə əlaqədar kitabxanaların fəaliyyətində meydana gələn konsep-
tual dəyişiklikləri dərindən öyrənməli və tətbiq etməlidirlər.
Müasir dövrdə kitabxanaların metodiki təminatı dedikdə metodik
mərkəzlər tərəfindən kitabxanaların və kitabxanaçıların fəaliyyətinin
dövrün tələblərinə uyğun dinamik inkişafına yönəlmiş nəzəri əsaslara və
mütərəqqi təcrübəyə söykənən, özündə rəngarəng forma və üsulları bir-
ləşdirən təşkilati-metodiki əməliyyatların hazırlanıb həyata keçirilməsi
nəzərdə tutulur.
Kitabxanaların metodik təminatı sistemli fəaliyyət olub, cəmiyyətin
kitabxana işinin analitik-sintetik təhlil metodlarına əsaslanan elmi infor-
masiya, pedaqoji və təşkilati funksiyaları yerinə yetirir. Elmi funksiya bu
gün ən vacib funksiyalardan biridir. Metodik təminat sisteminin elmi
funksiyasının əsasını metodik mərkəzlərin ölkədə kitabxana işinin vəziy-
yətini və inkişaf yolların müəyyənləşdirən təhlil metodu ilə aparılan elmi
tədqiqatlar təşkil edir. Bunun əsasında metodiki mərkəzlər cəmiyyətində
kitabxanaların işinə yaradıcı çəkildə müdaxilə edərək metodiki təminatın
istiqamətləndirilməsinə dair tövsiyələr irəli sürülməlidir.
Son illərdə dünya metodik təminat sistemində nəzərə çarpan cəhət
metodik iş üsullarının elmi-tədqiqat üsulları ilə yaxınlaşması bir çox hal-
larda isə onların sintezidir. Bu müasir cəmiyyətdə baş verən mühüm
kitabxana proseslərinin inkişaf qanunauyğunluqları ilə əlaqədardır. Həm
də metodik fəaliyyətin elmi-tədqiqat metodları ilə sintezi bu fəaliyyət
özünün xarakterik cəhətlərindən irəli gəlir.
Metodik təminat sistemi baş verən kitabxana-informasiya proseslə-
rinin ayrılmaz hissəsidir. Lakin bu prosesdə onun öz yeri vardır. Əgər hər
bir kitabxananın əsas xidmət obyekti oxucu və ya informasiya istehsalçı-
sıdırsa, metodik təminat sisteminin üç fəaliyyət obyekti vardır: oxucu, ki-
tabxanaçı və kitabxana. Metodik fəaliyyət eyni zamanda elmi fəaliyyətin
bir sahəsidir. Bu metodik fəaliyyətin əsas vəzifələrindəndir. Metodik
fəaliyyət zamanı yalnız elmi müddəalar və prinsiplərdən, həmçinin kitab-
xanaşünaslığın nəzəri nailiyyətlərindən istifadə etməklə kitabxanaların
metodik təminat prosesi öz inkişafını və səmərəliliyini təmin edə bilər.
Beləliklə müasir dövrdə kitabxana işinin metodik təminat sistemi kitab-
xanaşünaslıq tədqiqatları ilə vəhdətdə olan sistemli fəaliyyət kimi təzahür
edir. Bu baxımdan kitabxanaların təşkilari-metodik prosesində kitabxana
işinin proqramlaşdırılması mühüm kitabxana əməliyyatlarının səmərə-
ləliyinin öyrənilməsi, kitabxanalarda sosioloji tədqiqatların keçirilməsi
eksperimentlərin qoyulması və ya digər xarakterli müddəaların kitabxana
işində tətbiq edilməsi, analitik təhlil xarakteri daşıyan arayışların məruzə
və informasiya sənədlərinin hazırlanması, kitabxana işinin iqtisadi təhlili
və s. kimi elmi- tədqiqat üsulları metodik–təminat sisteminin ayrılmaz
tərkib hissəsinə çevrilməlidir.
Metodiki təminat sisteminin müasir dövr üçün başlıca istiqamətləri
yeni kitabxana proqramlarının tətbiqi ilə bağlıdır. Azərbaycan Respub-
likasında bu sahədə bir sıra iri elmi kitabxanalarda yeni proqramların tət-
biqinə başlansa da hələlik bu iş tamamlanmamış vəziyyətdədir. Yəni ki-
tabxanalardan dünya təcrübəsində olduğu kimi geniş oxucu kütləsi lazımi
səviyyədə istifadə edə bilmirlər, yəni bu iş sistem halında oxuculara xid-
mət göstərə bilmir. Elektron kitabxana, elektron kataloqun yaradılması
və istifadəsi ürək açan deyil. Respublikamızın MKS-lərində və digər
məktəb, uşaq, elmi-texniki və s. kitabxana şəbəkələri və internet sistem-
lərindən istifadə etməklə kitabxana xidməti yarıtmaz vəziyyətdədir.
Bütün bunlar onu göstərir ki, tez bir zamanda kitabxana şəbəkələri
və sistemlərinin proqram təminatı həyata keçirilməli, bütün kitabxanala-
rın kompüter təminatı, internetə qoşulması, lokal şəbəkə sisteminin qu-
rulması və kitabxana xidmətinin dünya standartlarına uyğun həyata keçi-
rilməsi təmin olunmalıdır.
Azərbaycan Respublikasının Prezidentinin 2008-ci il 6 oktyabr ta-
rixli 3072 saylı sərəncamı iə təsdiq edilmiş 2008-2013-cü illər üçün Döv-
lət proqramının tələblərinə uyğun olaraq Respublikamızda kitabxana işi
sahəsində çox qlobal məsələlərin həll olunması durur. Prezidentin sərən-
camında kitabxana işi sahəsində ciddi nöqsanların olduğu göstərilir. Gös-
tərlir ki, beynəlxalq əlaqələr sahəsində kitabxanaların fəaliyyəti müasir
tələblərə cavab vermir. Ölkədə milli biblioqrafiyanın, milli formatın,
elektron kitabxananın, toplu kataloqun, koorporativ kitabxana şəbəkələri-
nin olmaması, dünya informasiya məkanında layiqli təmsil edilməyə im-
kan vermir.(1)
Bütün bu kimi çatışmazlıqların aradan qaldırılması işində metodik
mərkəzlərin üzərinə çox ciddi vəzifələr düşür. Xüsusilə M.F.Axundov adına
Milli Kitabxana onun elmi metodiki şöbəsi, həm kütləvi kitabxanalar, həm də
digər kitabxana şəbəkələri və sistemləri üçün metodiki əlaqələndirmə
mərkəzi kimi bu sahədə xüsusi proqnozlar, elmi tədqiqatlar və əməli tədbirlər
həyata keçirməlidirlər.
Bunun üçün Dövlət proqramının icrasının əsas istiqamətlərində çox
ciddi məsələlərin həlli qarşıya qoyulur. Xüsusilə kitabxana fondlarının müasir
komplektləşdirmə mexanizminin yaradılması, inkişafı və müasir informasiya
daşıyıcıları ilə təmin edilməsi, kitabxanaların kompüter və informasiya
proqram təminatı, respublika üzrə kompüterləşdirilmiş kitabxana informasiya
şəbəkəsinin yaradılması və inkişafı, metodik mərkəz olan M.F.Axundov
adına Azərbaycan Milli Kitabxanasının modernləşdirilməsi, müasir infor-
masiya texnologiyaları ilə təmin edilməsi və madii-texniki bazasının
möhkəmləndirilməsi və s. bu kimi problemlərin həlli bütövlükdə kitabxana
işinə və elmi-metodik təminat işinin inkişafına güclü təkan verəcək.
ƏDƏBİYYAT
Azərbaycan dilində
1.
Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsində
2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı//Kitabxaşünaslıq və
biblioqrafiya.- 2008.- № 2.- S.12
2.
İsmayılov. X.İ. Kitabxana menecmentinin əsasları: Dərs
vəsaiti.- B., 2005.-196 s.
3.
İsmayılov. X.İ. Kitabxana informasiya texnologiyaları: Dərs
vəsaiti.- B.: Nurlar, 2009.- 312 s.
4.
İsmayılov. X.İ. Kitabxana işinin təşkili və idarə eilməsi:
Dərslik.- B.: Nurlar, 2009 .- 392 s.
5.
M.F.Axundov adına Azərbaycan Milli kitabxananın illik
hesabatları: 2005-2009-cu illər
Dostları ilə paylaş: |