təmin etmək üçün Moskva və Leninqradın Ali kitabxanaçılıq ins-
titutlarını bitirənlərdən 5 nəfərini Azərbaycan Xalq Maarif Komissarlığı-
nın sərəncamına göndərilməsi, habelə həmin institutlarda Bakı kitabxa-
naçılıq texnikumunu bitirənlər üçün 5 yer ayırması üçün RSFSR Xalq
Maarif Komissarlığı qarşısında məsələ qaldırılması da nəzərdə tutulurdu.
Qərar özlüyündə çox geniş və əhatəli idi. Demək olar ki, burada
texnikumun yaradılması və normal işləməsi üçün lazım gələn bütün
məsələlərə diqqət yetrilirdi.
Bakı şəhər sovetinə təklif olunurdu ki, 1938-ci ilin avqust ayının
1-dək tədris korpusu üçün 360 nəfərlik yataqxana üçün 240 nəfərlik bina
ayrılsın. RSFSR-dən dəvət olunan mütəxəssis müəllimlər üçün şərait
yaratmaq, onları mənzillə təmin etmək üçün Azərbaycan Xalq Maarif
Komissarlığına göstəriş verildi. 1938-ci ilin iyul ayında respublika
qəzetlərində texnikuma qəbul ilə əlaqədar elanlar dərc olunur.
Azərbaycan Xalq Maarif Komissarlığı Ələsgərov Əli Qafar oğlunu
Kitabxanaçılıq texnikumuna direktor təyin edir.
1938-ci ilin sentyabr ayının 15-də bu tədris müəssisəsi
Azərbaycan Xalq Maarif Komissarlığının Kitabxanaçılıq məktəbi adı ilə
fəaliyyətə başlayır. İlk gündən müxtəlif maddi-texniki çətinliklərlə
qarşılaşan məktəb normal fəaliyyət göstərə bilmir. Bakı Xalq Maarif
şöbəsinin ayırdığı sinif otaqlarında bütün gün ərzində ümümtəhsil mək-
təblərinin dərsləri keçirildiyi üçün onlardan ancaq üçüncü növbədə - ax-
şamlar istifadə olunurdu ki, bu da çox böyük çətinliklər yaradırdı.
1938/39-cu tədris ilində məktəbə 150 nəfər tələbə qəbul olunur.
Lakin tələbə qəbulu bununla bitmir və bütün tədris ili ərzində davam
edir. Məhz buna görədir ki, 1939/40-cı tədris ilində artıq məktəbdə 177
nəfər oxuyurdu. İxtisas fənlərindən dərs deyən müəllimlər çatışmırdı.
Azərbaycan Xalq Maarif Komissarlığı Respublikasının görkəmli maarif
xadimi, kitabxana işinin bilicilərindən biri olan M.H. Rzaquliyev
Azərbaycan bölməsinə, 1933-cü ildə Moskva Kitabxanaçılıq institutunu
bitirmiş S. Yəhyazadəni isə rus bölməsinə ixtisas fənn müəllimi təsdiq
edir. Fəaliyyətə başladığı birinci tədris ilində məktəbdə işləyən ilk
müəllim kollektivi və onların apardığı dərslərin ümumi mənzərəsi
aşağıdakı kimi olmuşdur.
Siyasi Maarif məktəbinin 1 oktyabr 1941-ci il tarixli pedaqoji şu-
rasının qərarı ilə tələbələr kitabxanaçılıq və siyasi maarif profili üzrə
qruplaşdırılır. Bununla da yeni ixtisas, klub işçisi ixtisası üçün zəmin ya-
radılır. Öz fəaliyyətin təşkili üzrə peşəkar, ixtisaslı adamlar müəllim kimi
dəvət olunurlar.
1948-ci ildə çağırılmış Azərbaycan respublikası kitabxana işçiləri-
nin müşavirəsində ixtisaslı kitabxana işçilərinin hazırlanması sahəsində
yeni vəzifələr irəli sürülür. Təhsilin səviyyəsini yüksəltmək üçün Azər-
baycan Dövlət Universitetinin filologiya fakültəsinin kitabxanaçılıq şö-
bəsinin ayrıca kitabxanaçılıq fakültəsinə çevirmək və siyasi maarif mək-
təbində keçirilən kitabxanaşünaslıq və biblioqrafiya fənlərinə dair dərs
kitabları hazırlamaq siyasi-maarif məktəbində qiyabi şöbə yaratmaq kimi
vəzifələri mədəni-maarif müəssisələri komitəsi qarşısında qoyur.
Şuşa Mədəni-Maarif məktəbi 1921-ci ildən seminariya kimi
fəaliyyətə başlamışdır. 1932-ci ildən pedaqoji (məktəb) texnikum kimi
fəaliyyət göstərmişdir. 1938-ci ildə texnikuma M.Əzizbəyovun adı veril-
mişdir. Texnikumda 1980-81-ci tədris ilinə kimi əsasən orta təhsilli peda-
qoji kadr hazırlanmışdır. 1974-cü ildə Şuşa pedaqoji məktəbinin ilk bura-
xılışının 50 illiyi qeyd edilərkən məktəb fəaliyyətə başladığı dövrdən 50
il müddətində 5823 nəfər orta ixtisaslı müəllim hazırlanmışdır. 1976-77-
ci dərs ilindən başlayaraq Şuşa pedaqoji məktəbinə əlavə iki ixtisas üzrə
tələbə qəbulu keçirildi: kitabxanaçılıq işi ixtisası orta təhsil bazasından
30 nəfər, mədəni-maarif işi ixtisası üzrə 25 nəfər natamam orta təhsil
bazasından.
Orta ixtisas təhsilli kitabxanaçı qismən də olsa aradan qaldırmaq
məqsədilə 1981-ci il 13 dekabr tarixində SSRİ Alı və Orta ixtisas təhsili
Nazirliyi Azərbaycanda orta ixtisaslı kadr hazırlayan texnikumların
təşkili üçün 93-01-54/109-18 nömrəli məktubuna əsasən Azərbaycan
Respublikası Ali və Orta ixtisas Təhsili Nazirliyinə xüsusi göstəriş verdi.
Həmin məktubu əsas götürərək Azərbaycan Respublikası Ali və Orta
ixtisas Təhsili Nazirliyi özünün 11 noyabr 1981-ci il 169 nömrəli əmri ilə
M. Əzizbəyov adına Şuşa pedaqoji məktəbinin adı dəyişdirilərək, Şuşa
Mədəni Maarif Məktəbi kimi fəaliyyətə başladı. Odur ki, məktəbə ibtidai
sinif müəllimi ixtisası üzrə tələbə qəbulu dayandırıldı və məktəbin yeni
profilinə uyğun olaraq tələbə qəbulu iki ixtisas: “Kitabxanaçılıq işi və
mədəni-maarif işi” ixtisasları üzrə aparılırdı.
1982-ci ildən “Kitabxanaçılıq” və “Mədəni-maarif” işi ixtisasları
üzrə təhsil və tərbiyə sahəsindəki işlərin keyfiyyətini yaxşılaşdırmaq
üçün ayrı-ayrı ixtisaslar üzrə şöbələr fəaliyyətə başladı. Artıq bu zaman
kitabxanaçılıq işi şöbəsində 228 nəfər, mədəni-maarif işi şöbəsində isə
250 tələbə təhsil alırdı. Tələbə kontingentinin çoxalması ilə əlaqədar ola-
raq hər iki ixtisas üzrə müxtəlif şöbələr fəaliyyətə başladı. Kitabxanaçılıq
şöbəsində 228 nəfər, mədəni-maarif işi şöbəsində isə 250 tələbə təhsil
alırdı. Tələbə kontingentinin çoxalması ilə əlaqədar olaraq hər iki ixtisas
üzrə müxtəlif şöbələr fəaliyyətə başladı. Kitabxanaçılıq şöbəsində qəbul
qaydası belə idi. Şöbəyə qəbul orta və natamam orta təhsil bazasından
qəbul olunan 2 il, natamam orta təhsil bazasından qəbul olanlar isə 2 il
10 ay təhsil alırdılar. Təhsil müddəti başa çatdıqdan sonra mövcud tədris
planlarına əsasən məzunlara kütləvi kitabxanalarda işləmək hüququ ilə
kitabxanaçı ixtisası verilirdi. Ümumiyyətlə, 1982-ci ildən başlayaraq
şöbəyə tələbə qəbulu planı Respublika Təhsil Nazirliyi tərəfindən
müntəzəm olaraq ildən-ilə artırılmağa başlandı. Əyani şöbəyə 1982-ci
ildə 90 nəfər tələbə qəbul edildi. Onlardan 30 nəfəri natamam orta təhsil
bazasından, 60 nəfəri isə orta təhsil bazasından qəbul edilmişdir. 1983-
cü il tələbə qəbulu planı bu şöbədə bir qədər də artırılır. Belə ki,
natamam orta təhsil bazasından, 60 nəfər yəni 2 qrup, orta təhsil
bazasından isə 90 nəfər, yəni 3 qrup qəbul edilmişdir. Dağlıq Qarabağ
Muxtar Vilayətində ərazinin profilliyinə uyğun olaraq erməni dilli
əhalinin tələblərini nəzərə alan Respublika hökuməti 1984-cü ildə
məktəbin əyani şöbələrində hər iki ixtisas üzrə ayrıca erməni şöbəsi
yaradılmasına göstəriş verdi və ilk qəbulda hər ixtisasdan 25 nəfər
olmaqla 50 nəfər tələbədən ibarət erməni şöbəsi fəaliyyətə başladı. 1989-
cu ildə bu şöbə Qarabağ hadisələri ilə bağlı olaraq Xankəndinə köçdü və
1990-cu ilə kimi Şuşa Mədəni-Maarif texnikumunun büdcəsindən
maliyyələşərək hər il müstəqil tələbə qəbulu keçirtməyə nail oldu(4).
Beləliklə, respublikada kitabxanaların sayının artması və mövcud
kitabxanaların maddi-texniki bazasının güclənməsi ixtisaslı kadrların
yetişdirilməsinə diqqəti artırdı. Artıq 40-cı illərin sonlarından başlayaraq
respublikada ali təhsilli kitabxanaçı kadrların hazırlanması prosesi
başlandı.
ƏDƏBIYYAT
1. Cəbrayılov F. Mədəniyyətə xidmət edən təhsil ocağı. Bakı:
Vətən nəşriyyatı, 2005, 223 s.
2. Xələfov.A Azərbaycanda kitabxana işinin tarixindən.-
Bakı,1986.-50s
3. Xələfov.A Azərbaycanda kitabxanaçılıq təhsilinin inkşafı.
Bakı:Maarif, 1987, 130 s.
Dostları ilə paylaş: |