Microsoft Word ki telimati new


KREDİT İTTİFAQLARINA KREDİT VERİLMƏSİNƏ DAİR



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə17/22
tarix20.09.2018
ölçüsü0,88 Mb.
#69871
1   ...   14   15   16   17   18   19   20   21   22

KREDİT İTTİFAQLARINA KREDİT VERİLMƏSİNƏ DAİR 

KREDİT TƏLİMATI 

İCRAÇI KREDİT AGENTLİYİ 

Səhifə: 

35

 

 

1.5  AMB tərəfindən iqtisadi tənzimləmə nоrmativlərinin pоzulması halları  aşkar  edildikdə aşağıdakı  



tədbirlər həyata keçirilir : 

    Bir  və  ya  iki  iqtisadi  tənzimləmə  nоrmativi  pоzulduqda  Kİ-nın  Müşahidə  Şurası  sədrinin  adına 

nоrmativlərin  altı    ay  ərzində  qaydaya  salınması  tələbi  ilə  məktub  göndərilir.  Kİ  məktuba  ən  geci  bir  ay 

ərzində  cavab verməli və məktuba  nоrmativlərin rəhbərlik tərəfindən  necə qaydaya salınmasını izah  edən 

tədbirlər planı əlavə etməlidir. Nоrmativlərin qaydaya salınması üçün  Kİ-nın rəhbərliyi tərəfindən görülmüş 

tədbirlərin  nəticələrinə  altı  aydan  sоnra  baxılır.Tədbirlər planının  yerinə  yetirilməsindən  asılı  оlaraq    AMB 

tərəfindən müvafiq qərar qəbul edilir. 

 

Üç və  ya daha artıq nоrmativə əməl edilmədikdə Kİ-nın  Müşahidə Şurasının və İdarə Heyətinin sədrlərinin 

İmzası  ilə  bütün  nоrmativlərin  altı  ay  ərzində  qaydaya    salınmasını  nəzərdə    tutan  və    Ümumi  Yığıncaqda 

təsdiq edilən tədbirlər planının AMB-na təqdim edilməsi tələbi ilə məktub göndərilir.  Kİ tərəfindən tədbirlər 

planı  AMB-na  ən  geci  bir  ay  ərzində  təqdim  edilir.  Təqdim  оlunmuş  tədbirlər  planının  yerinə  yetirilməsi 

AMB  tərəfindən  nəzarət  altına  götürülür.  Altı  ay  ərzində    pоzulmuş  iqtisadi  nоrmativlərin  ən  çоxu    ikisi 

qaydaya salınmazsa, AMB nоrmativlərin tamamilə  qaydaya salınması üçün əlavə оlaraq üç ay vaxt verə bilər. 

Bu müddətdən sоnra  Kİ-nın fəaliyyətinə təqdim оlunmuş  hesabatlar əsasında qiymət verilərək müvafiq qərar 

qəbul edilir. 

 

Bu Qaydalar 22 fevral 2001-ci il tarixindən qüvvəyə minir. 



   

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



KREDİT İTTİFAQLARINA KREDİT VERİLMƏSİNƏ DAİR 

KREDİT TƏLİMATI 

İCRAÇI KREDİT AGENTLİYİ 

Səhifə: 

36

 

 

 

13. Əlavə 2. Kredit Ittifaqlari barədə Qanun 



 

“Kredit İttifaqları haqqında” 

 

AZƏRBAYCAN RESPUBLIKASININ QANUNU 

 

Bu Qanun Azərbaycan Respublikasında Kredit ittifaqlarının yaradılması və fəaliyyət göstərməsinin iqtisadi, 

hüquqi və təşkilati əsaslarını müəyyən edir. 

 

I. FƏSIL ÜMÜMİ MÜDDƏALAR 

 

Maddə 1. Kredit ittifaqı anlayışı  

1. Kredit ittifaqı mənafe ümumiliyi əsasında könüllü birləşən fiziki şəxslərin və (və ya) kiçik sahibkarlıq 

subyekti olan hüquqi şəxslərin sərbəst pul vəsaitlərini cəmləşdirmək yolu ilə özlərinin qarşılıqlı 

kreditləşdirilməsi üçün yaratdıqları bank olmayan kredit təşkilatıdır.  

2. Qarşılıqlı kreditləşmə Kredit ittifaqında toplanan pul vəsaiti hesabına üzvlərin təsərrüfat və sosial 

ehtiyaclarının ödənilməsi üçün verilən qısa və uzunmüddətli kreditdir.  

3. Kredit ittifaqı öz əmlakına malikdir, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə edə bilər, məhkəmədə 

iddiaçı və cavabdeh ola bilər.  

 

Maddə 2. Kredit ittifaqları haqqında qanunvericilik 

Kredit ittifaqları haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan və 

Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.  

 

Maddə 3.Kredit ittifaqının fəaliyyətinin əsas prinsipləri  

    1.   Kredit ittifaqının fəaliyyətinin əsas prinsipləri aşağıdakılardır:  

1.1. üzvlərin mənafe ümumiliyi və qarşılıqlı etimadı əsasında birləşməsi;  

1.2. üzvlüyün könüllülüyü;  

1.3. fəaliyyətinin aşkarlığı; 

1.4. şəxsi mənafeyin kollektiv mənafe ilə əlaqələndirilməsi; 

1.5. payların həcmindən asılı olmayaraq üzvlərin hüquq bərabərliyi;  

1.6. Kredit ittifaqının idarə olunmasında üzvlərin şəxsən iştirakı; 

1.7. əldə edilmiş vəsaitin sahibkarlıq fəaliyyətinə yönəldilməsi; 

1.8. fəaliyyətinin təşkilinin özünənəzarətə əsaslanması.  

 

Maddə 4.Kredit ittifaqının hüquqları və vəzifələri  

1.  Kredit ittifaqının aşağıdakı hüquqları vardır: 

 

1.1 



banklardan, beynəlxalq və xarici maliyyə-kredit qurumlarından kredit, qrant almaq 

 

1.2 



öz üzvlərinə nizamnamədə göstərilən qaydada kreditlər vermək;  

 

1.3 



sərbəst pul vəsaitini banklara, digər Kredit ittifaqlarına depozitə qoymaq, habelə dövlət  

 

1.4  qiymətli kağızlarının alınmasına sərf etmək. 



 

 

Maddə 5.Dövlət və kredit ittifaqları  

1.  Dövlət Kredit ittifaqlarının yaradılması və fəaliyyətinin stimullaşdırılması üçün tədbirlər görür.  

2.  Təsis yığıncağından sonra Kredit ittifaqı Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq 

qaydada hüquqi şəxs kimi dövlət qeydiyyatından keçirilir. 



KREDİT İTTİFAQLARINA KREDİT VERİLMƏSİNƏ DAİR 

KREDİT TƏLİMATI 

İCRAÇI KREDİT AGENTLİYİ 

Səhifə: 

37

 

 

3.  Kredit ittifaqı qanunvericilikdə müəyyən edilmiş müddətdə dövlət qeydiyyatına alınmadıqda o, təsis 



edilməmiş hesab olunur və paylar 15 gün ərzində geri qaytarılır.  

4.  Kredit ittifaqı dövlət qeydiyyatına alınmadıqda təsisçilər məhkəməyə müraciət edə bilər. Bu halda 

payların geri qaytarılma müddəti məhkəmənin qərarına qədər uzadıla bilər. 

5.  Dövlət Kredit ittifaqının öhdəliklərinə, Kredit ittifaqı isə dövlətin öhdəliklərinə cavabdeh deyildir.  

6.  Dövlət Kredit ittifaqlarının və onun üzvlərinin qanuni hüquqlarının və mənafelərinin müdafiəsinə 

təminat verir.  

7.  Kredit ittifaqına dövlət hakimiyyəti orqanlarının hərəkətləri (hərəkətsizliyi) nəticəsində dəymiş zərər 

həmin orqanlar tərəfindən ödənilir. 

8.  Kredit ittifaqı bank əməliyyatı aparmaq üçün qanunvericiliklə müəyyən olunmuş qaydada xüsusi 

razılıq almalıdır. 

9. 

Bank fəaliyyətinə xüsusi razılıq verən orqan xüsusi razılıq verməkdən imtina etdikdə, onu 



əsaslandırmalıdır. Xüsusi razılıq verilməsindən imtinaya, təsisçilərin ərizəsinə əsasən məhkəmədə 

baxıla bilər.

 

9.10. 


Bank fəaliyyətinə xüsusi razılıq verən orqan Kredit ittifaqına iqtisadi tənzimləmə normativləri 

və İdarə Heyəti üzvlərinin peşə yararlığına dair tələblər müəyyən edə və sanksiyalar tətbiq edə bilər:  

o

  aşkar olunmuş pozuntuların aradan qaldırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsini 



tələb etmək;  

o

   xüsusi razılığı dayandırmaq və ya ləğv etmək.  



 

II FƏSIL KREDİT İTTİFAQININ YARADILMASI VƏ KREDİT İTTİFAQINA ÜZVLÜK 

 

Maddə 6.Kredit ittifaqının yaradılması  

1.  Kredit ittifaqı 11-dən az olmayan fiziki və (və ya) hüquqi şəxslər tərəfindən qanunvericiliklə nəzərdə 

tutulmuş qaydada təsis edilir.  

2.  Kredit ittifaqının təsis yığıncağı Kredit ittifaqının yaradılması barədə qərar qəbul edir, nizamnaməni 

təsdiq edir, idarəetmə və nəzarət orqanını seçir.  

 

Maddə 7.Kredit ittifaqının nizamnaməsi  

Kredit ittifaqının nizamnaməsində aşağıdakılar göstərilir:  



1.1  Kredit ittifaqının adı və ünvanı;  

1.2  Kredit ittifaqının məqsədi, fəaliyyət predmeti;  

1.3  Kredit ittifaqının üzvlüyünə qəbul və üzvlükdən çıxmaq qaydaları, həmçinin üzvlükdən çıxarılmaq üçün 

əsaslar; 

1.4   üzvlərin hüquqları, vəzifələri və məsuliyyəti;  

1.5  Kredit ittifaqları idarəetmə orqanlarının səlahiyyət müddətləri;  

1.6  ümumi yığıncaq çağırılması qaydaları;  

1.7  üzvlər tərəfindən Kredit ittifaqına dəyən zərərin ödənilməsi qaydaları;  

1.8  Kredit ittifaqına minimum pay məbləği, ödənilmə qaydası, müddəti və onun pozulmasına görə 

1.9  Kredit ittifaqının əmlakının yaranması və gəlirlərin istifadəsi; 

1.10   üzvlərin kredit almaq şərtləri və qaydaları; 

1.11   Kredit ittifaqının idarəetmə və nəzarət orqanları, onların səlahiyyətləri, yaradılma və qərar qəbul etmə 

qaydaları;  

1.12  Kredit ittifaqı fondlarının yaradılması;  

1.13  Kredit ittifaqının fəaliyyətinin dayandırılması və ləğvi qaydaları;  

1.14  üzvlüyə xitam verildikdə payın geri alınma qaydaları;  

1.15  Nizamnamədə Kredit ittifaqlarının fəaliyyəti ilə bağlı olan və qanunvericiliyə zidd olmayan digər 

məsələlər də nəzərdə tutula bilər.  

 

 

Maddə 8.Kredit İttifaqları Birliyi  




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə