Microsoft Word ki telimati new


KREDİT İTTİFAQLARINA KREDİT VERİLMƏSİNƏ DAİR



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə18/22
tarix20.09.2018
ölçüsü0,88 Mb.
#69871
1   ...   14   15   16   17   18   19   20   21   22

KREDİT İTTİFAQLARINA KREDİT VERİLMƏSİNƏ DAİR 

KREDİT TƏLİMATI 

İCRAÇI KREDİT AGENTLİYİ 

Səhifə: 

38

 

 

Kredit ittifaqları öz üzvlərinin mənafeyini qorumaq, onların fəaliyyətini əlaqələndirmək, regionlararası və 



beynəlxalq əlaqələrin inkişafını təmin etmək və digər birgə məsələlərin həllinə kömək etmək üçün birliklər 

yarada bilərlər.  

 

Maddə 9.Kredit ittifaqına üzvlük  

1.  Kredit ittifaqı təsisçilərinin sayı 11-dən az olmamalıdır. Üzvlərin sayı azaldıqda Kredit ittifaqı 10 gün 

müddətində bank fəaliyyəti üçün xüsusi razılıq verən orqana məlumat verməklə ən geci üç ay ərzində 

üzvlərin sayını 11-ə çatdırmalıdır. Bu müddətdə minimum say bərpa olunmazsa xüsusi razılıq geri 

alınır.  

2.  Kredit ittifaqı qeydiyyatdan keçdikdən sonra ona yeni üzvlərin qəbulu bu Qanunda müəyyən olunmuş 

qaydada aparılır.  

3.  Kredit ittifaqının üzvü olmaq istəyən şəxs Kredit ittifaqının İdarə heyətinə ərizə ilə müraciət edir və 

nizamnaməyə əməl edəcəyini öhdəsinə götürür. İdarə heyətinin qərarından sonra ərizə verən şəxs üzv 

hesab olunur.  

4.  Kredit ittifaqının üzvünə onun üzvlüyünü və payının həcmini təsdiq edən sənəd verilir. 

 

Maddə 10.Kredit ittifaqı üzvlərinin hüquqları, vəzifələri və məsuliyyəti  

1.  Kredit ittifaqının üzvü aşağıdakı hüquqlara malikdir:  

1.1  Kredit ittifaqının xidmətlərindən istifadə etmək;  

1.2  Kredit ittifaqının iclasında, idarə edilməsində iştirak etmək, onun idarəetmə və nəzarət orqanlarına 

seçilmək və seçmək;  

1.3  Kredit ittifaqının nizamnaməsində və digər normativ sənədlərdə nəzərdə tutulan şərtlərə və qaydalara 

uyğun kredit almaq; 

1.4  öz payını Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq Nizamnamədə nəzərdə tutulmuş 

qaydada özgəninkiləşdirmək; 

1.5  Kredit ittifaqının vəzifəli şəxslərindən ittifaqın fəaliyyəti haqqında lazımi informasiya almaq;  

1.6  nizamnamədə nəzərdə tutulmuş qaydada öz payını son haqq-hesabla birlikdə geri almaq və üzvlükdən 

çıxmaq;  

1.7  nizamnamədə nəzərdə tutulan digər hüquqlardan istifadə etmək;  

1.8  ümumi yıüıncaüın və İdarə Heyətinin qərarından məhkəməyə şikayət etmək;  

Kredit ittifaqı üzvünün vəzifələri aşağıdakılardır:  



2.1  payı nizamnamədə nəzərdə tutulmuş qaydada və vaxtında ödəmək;  

2.2  nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş tələblərə və qaydalara riayət etmək;  

2.3  kredit alarkən onun məqsədli təyinatı haqqında dürüst məlumat vermək;  

2.4  aldığı borcu vaxtında və müqavilə şərtlərinə müvafiq qaytarmaq;  

2.5  Kredit ittifaqının idarəetmə və nəzarət orqanlarının öz səlahiyyətləri çərçivəsində qəbul etdikləri qərarı 

yerinə yetirmək;  

2.6  Başqa Kredit ittifaqının üzvü olmamaq. 

 



Kredit ittifaqı üzvlərinin məsuliyyəti

3.1  Kredit ittifaqı öz öhdəliklərinə malik olduğu əmlak hədlərində məsuliyyət daşıyır və öz üzvlərinin 

Kredit ittifaqının fəaliyyəti ilə əlaqədar olmayan öhdəliklərinə məsuliyyət daşımır. Kredit ittifaqının 

üzvləri Kredit ittifaqı qarşısında öhdəliklərinə görə bütün əmlakı ilə məsuliyyət daşıyırlar.  

 

Maddə 11.Kredit ittifaqının üzvlüyünə xitam verilməsi  

1. 


Kredit ittifaqının üzvlüyünə aşağıdakı hallarda xitam verilə bilər:  

1.1  payçı üzvlükdən nizamnamədə müəyyənləşdirilən qaydada xaric edildikdə;  

1.2  Payçı üzvlükdən könüllü çıxdıqda;  

1.3  Kredit ittifaqı ləğv olunduqda.  

Kredit ittifaqının üzvü könüllü olaraq üzvlükdən çıxdıqda ən azı 3 ay əvvəl İdarə Heyətinə ərizə ilə 



müraciət etməlidir. 


KREDİT İTTİFAQLARINA KREDİT VERİLMƏSİNƏ DAİR 

KREDİT TƏLİMATI 

İCRAÇI KREDİT AGENTLİYİ 

Səhifə: 

39

 

 



Kredit ittifaqının üzvü İdarə Heyətinin qərarı ilə üzvlükdən çıxarıldıqda və bu qərarla razılaşmadıqda 



müşahidə şurasına və ümumi yığıncağa müraciət edə bilər. Ümumi yığıncağın qərarı ilə razılaşmadıqda 

isə məhkəməyə müraciət edə bilər. 

Kredit ittifaqının üzvü vəfat etdikdə qanun üzrə vərəsə onu əvəz edə bilər və ya ona çatacaq payı ala 



bilər.    

 

III FƏSIL - KREDİT İTTİFAQININ İDARƏ EDİLMƏSİ VƏ FƏALİYYƏTİNƏ NƏZARƏT 

 

Maddə 12. Kredit ittifaqının idarə edilməsi  

Kredit ittifaqı üzvlərin ümumi yığıncağı, müşahidə şurası, İdarə Heyəti və kredit komissiyası tərəfindən 



idarə olunur.  

Kredit  ittifaqının  ali  idarəetmə  orqanı  onun  üzvlərinin  ümumi  yığıncağıdır.  Növbəti  ümumi  yığıncaq 



nizamnamədə müəyyən olunmuş müddətdə, lakin ildə bir dəfədən az olmayaraq çağırılır. Növbədənkənar 

ümumi yığıncağın çağırılması qaydaları nizamnamə ilə müəyyən olunur. İdarə Heyəti ümumi yığıncağın 

çağırılmasını, iclasa ən azı 20 gün qalmış elan edir.  

Aşağıdakı məsələlərə baxılması və qərar qəbul olunması ümumi yığıncağın müstəsna səlahiyyətinə aiddir 



3.1  nizamnamənin qəbul olunması, ona əlavələr və dəyişikliklər edilməsi;  

3.2  üzvlüyə qəbul və üzvlüyə xitam verilməsi qaydalarının müəyyən edilməsi;  

3.3  Müşahidə şurasının, İdarə Heyətinin, İdarə Heyəti sədrinin, kredit komissiyasının seçilməsi, 

onların hesabatlarının dinlənilməsi və səlahiyyətinə xitam verilməsi;  

3.4  illik hesabatın və balansın təsdiqi;  

3.5  payların və digər ödənişlərin həcminin və ödənilmə qaydalarının müəyyən edilməsi; 

3.6  Kredit ittifaqı mənfəətinin bölgüsü və istifadəsi qaydalarının müəyyən edilməsi;  

3.7  kreditin verilməsi şərtlərinin və qaydalarının müəyyən edilməsi;  

3.8  Kredit ittifaqının fondlarının yaradılması və istifadəsi qaydalarının müəyyən edilməsi;  

3.9  zərərin ödənilməsi qaydalarının, inzibati idarə xərcləri limitinin müəyyən edilməsi; 

3.10  Kredit ittifaqının Kredit ittifaqları Birliyinə daxil olması və ondan çıxması;  

3.11  Kredit ittifaqının yenidən təşkili və ləğvi barədə qərar qəbul edilməsi;  

3.12  audit aparılması və auditor seçilməsi haqqında qərar qəbul olunması 

3.13  nizamnaməyə görə Kredit ittifaqının fəaliyyətinə aid olan digər məsələlərin həlli.  

 Üzvlərin 51 faizi iştirak etdikdə ümumi yığıncaq səlahiyyətli sayılır. Ümumi yığıncağın müstəsna 



səlahiyyətinə aid olan məsələlər barədə qərar ümumi yığıncaqda iştirak edən üzvlərin azı üçdə ikisi səs 

verdikdə, qalan məsələlər üzrə sadə səs çoxluğu ilə qəbul olunur. Səslər bərabər olduqda iclasın sədrinin 

səsi həlledici olur.  

Ümumi yığıncaqda qərar nizamnamədə nəzərdə tutulmuş qaydada açıq və ya gizli səsvermə ilə qəbul 



oluna bilər.  

Maddə 13. Kredit ittifaqının fəaliyyətinə nəzarət  

Kredit ittifaqının fəaliyyətinə nəzarəti həyata keçirmək üçün ümumi yığıncaqda ittifaqın üzvlərindən 



müşahidə şurası seçilir. Müşahidə şurasının tərkibi 3 nəfərdən az ola bilməz.  

Müşahidə şurasının üzvü İdarə Heyətinin və kredit komissiyasının üzvü ola bilməz.  





Müşahidə şurası:  

3.1  ümumi yığıncağın qərarlarının icrasına nəzarət edir;  

3.2  Kredit ittifaqının, İdarə Heyətinin və kredit komissiyasının fəaliyyətini təhlil edir, maliyyə-təsərrüfat 

fəaliyyətinə nəzarəti həyata keçirir;  

3.3  İdarə Heyətinin və kredit komissiyasının hesabatını, illik balansı öz rəyi ilə birlikdə ümumi yığıncağa 

təqdim edir;  

3.4  İdarə Heyətinin və kredit komissiyasının fəaliyyətlərində olan nöqsanların aradan qaldırılması, 

qanunsuz qəbul olunan qərarların ləğvi üçün xəbərdarlıq edir, yaxud bu barədə ümumi yığıncağa 

məlumat verir;  

3.5  İdarə Heyətindən və kredit komissiyasından şikayətlərə baxır;  

3.6  Nizamnamədə nəzərdə tutulan digər funksiyaları yerinə yetirir 



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə