İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
132
İnsan alveri qurbanları ilə bağlı Milli İstiqamətləndirmə Mexanizmi Qaydalarının
“Qurbanların
hüquqlarının müdafiəsi” başlıqlı 3-cü maddəsində deyilir:
“3.6. Qurbanlar kompensasiya almaq, cinayət nəticəsində dəymiş maddi və mənəvi ziyanın
ödənilməsi məqsədi ilə mülki iddia qaldırmaq hüququna malikdirlər.
3.7. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzdində yaradılan İnsan Alveri
Qurbanlarına Kömək Fondu (bundan sonra - Kömək Fondu) tərəfindən qanunvericilikdə
nəzərdə tutulmuş qaydada qurbanlara kompensasiya ödənilir. Kompensasiya zərərçəkmişin
hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edib-etməməsindən asılı olmayaraq ödənilir.
3.8. İnsan alverindən zərər çəkmiş şəxslərə dəymiş ziyan prosessual qanunvericiliyə uyğun
olaraq insan alverçilərinin əmlakı hesabına, bu əmlak kifayət etmədikdə isə məhkəmənin
qərarına əsasən Kömək Fondunun vəsaiti hesabına ödənilir.
3.9. Kömək Fondu tərəfindən kompensasiyanın ödənilməsi sonradan qurbanın cinayət
nəticəsində dəymiş maddi və mənəvi ziyanın ödətdirilməsini tələb etmək hüququnu
məhdudlaşdırmır”.
Azərbaycan Respublikasının milli qanunları, insan alveri qurbanlarına, cinayət və ya mülki
məhkəmələr qarşısında, cinayətkar hərəkət nəticəsində dəymiş maddi və ya qeyri-maddi ziyana görə
kompensasiya üçün mülki iddia qaldırmaq imkanını verir. (bax, 3-cü maddə, Milli İstiqamətləndirmə
Mexanizmi Qaydaları). Onlar cinayət məhkəmələri qarşısında, cinayətkar hərəkət nəticəsində məruz
qaldıqları zərərə görə dövlətdən kompensasiya tələb edə bilərlər (bax, Cinayət Prosessual
Məcəllənin
191-ci maddəsi). Onlar həmçinin Cinayət Prosessual Məcəllənin qəbul edilməsi və tətbiqi haqqında
Qanunun 2-ci maddəsinə əsasən, cinayət prosesi tamamlandıqdan sonra mülki proseslər vasitəsilə
kompensasiya tələb edə bilərlər. Məhkəmə insan alveri qurbanlarına kompensasiya ödəmək üçün
insan alverçilərindən müsadirə edilmiş vəsaitlərdən istifadə edə bilər.
İnsan alveri ilə mübarizə haqqında Azərbaycan Respublikasının Qanununun
“İnsan alverindən əldə
edilmiş əmlakın müsadirə edilməsi və istifadə olunması” başlıqlı 22-ci maddəsində deyilir:
“22.1 İnsan alverindən əldə edilmiş bütün əmlak (daşınmaz əmlak, pul vəsaitləri, qiymətli
kağızlar və sair əmlak) qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmənin qərarı ilə
müsadirə olunur və xüsusi yaradılmış insan alveri qurbanlarına kömək fonduna keçirilir.
22.2. İnsan alveri qurbanlarına kömək fondunda toplanmış vəsaitlər insan alveri qurbanlarına
kompensasiyaların ödənilməsinə, onların sosial reabilitasiyasına, tibbi və digər zəruri
xərclərinin ödənilməsinə yönəldilir”.
İnsan alveri qurbanları İnsan alveri ilə mübarizə haqqında Azərbaycan Respublikasının Qanununun
22-ci və 23-cü maddələrinə və İnsan Alveri Qurbanları üçün Yardım Fondunun Əsasnaməsi haqqında
Nazirlər Kabinetinin 68 nömrəli Qərarında əsasən, Azərbaycan Respublikasından kompensasiya tələb
edə bilərlər. Bu maddələrdə insan alveri qurbanları üçün yardım fondunun təsis olunması nəzərdə
tutulur. İnsan alveri qurbanları hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etmədikləri halda belə bu
fonddan kompensasiya ödənilə bilər. Bu fond insan alverçilərindən müsadirə edilmiş pul və
vəsaitlərdən istifadə olunmaqla maliyyələşdirilə bilər. Qurban insan alveri qurbanı kimi
müəyyənləşdirildikdən sonra onlar 400 AZN məbləğində ödəniş alırlar. Hüquq-mühafizə orqanları ilə
əməkdaşlıq edən qurbanlar insan alverçilərinə qarşı kompensasiya tələbi irəli sürə bilərlər.