Microsoft Word Kitab June 06 2017



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə66/75
tarix26.08.2018
ölçüsü2,01 Mb.
#64432
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   75

İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
 
 
 
134
 
6.16 Azərbaycan Respublikasında insan alverinə dair hüquqi sistemlər 
(UNODC-nin İnsan alverinə qarşı mübarizə qanunlarına dair məlumat bazası) 
 
AZE004 İş no. (102)-207-2009 Azərbaycan 
Hökmün tarixi: 2009-03-02 – Məhkum olunma tarixi: 2009-03-02 
Müttəhimlər  qurbanları  Moskvada,  Rusiyada  fahişəlik  etmək  üçün  cəlb  etmişdilər.  Onların 
Moskvaya yol xərcləri onları cinsi istismar edən  Moskvada yaşayan şəxs  tərəfindən ödənilmişdir. 
Bu şəxsi Moskvada aşkar və həbs etmək mümkün olmamışdır. 
Ali Məhkəmə belə qərar vermişdir ki, müttəhimin insan alveri cinayətində təqsirini sübuta yetirən 
kifayət qədər sübut yoxdur. Müttəhim tərəfindən qurbanların başqa ölkəyə aparılmasının təşkilinə 
dair  kifayət  qədər  dəlil  olmamışdır.  Müttəhimin  qurbanları  xarici  ölkədə  fahişəliyə  cəlb  etmək 
niyyətilə  onlarla  birgə  Azərbaycan  Respublikasının  dövlət  sərhədini  keçmə  faktı  hələ  müttəhimin 
insan alveri cinayətini törətdiyi demək deyildir. Həm müttəhim, həm də qurbanlar başqa bir şəxs 
tərəfindən istismar olunmuşlar.  
Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarı Nr.1 (102)-207/2009, 29 aprel 2009-cu il. 
 
AZE003 İş no. (102)-267-2010 Azərbaycan 
Hökmün tarixi: 2010-05-05 – Məhkum olunma tarixi: 2010-05-05 
Müttəhim  ilk  qurbanı  aldadaraq  onu  inandırmışdır  ki,  o,  Bəhreyndə  zərgərlik  mağazasında  işə 
götürüləcəkdir.  Qurban  Bəhreynə  vizasını  gözləmək  üçün  Türkiyəyə  getdikdən  sonra  onu 
Türkiyədə  qəbul  edən  şəxslər  onu  bir  ay  cinsi  istismar  etmişlər.  Onlar  onun  vizasını  təşkil 
etməkdən  imtina  etdikdən  sonra  qurbanı  Dubaya  BƏƏ-yə  göndərmişlər  və  onu  cinsi  istismar 
etməkdə  davam  etmişlər.Müttəhim  sonra  ikinci  qurbanı  Dubaya,  BƏƏ-yə  göndərmiş  və  onu 
fahişəlik etməyə məcbur etmişdir. 
22  yanvar  2010-cu  il  tarixdə  Bakı  Apelyasiya  Məhkəməsi  azadlıqdan  məhrumetmə  cəzasının 
müddətini 8.5 ildən 6 ilə endirilmişdir. Səbəb bu olmuşdur ki, müttəhimin törətdiyi cinayət əməli 
Cinayət  Məcəlləsinin  144-1.2.5-ci  maddəsi  (insan  alveri)  ilə  əhatə  olunduğu  üçün  o,  eyni  əmələ 
görə  243.1-ci  maddə  (fahişəliyə  cəlb  etmə)  əsasında  məsuliyyətə  cəlb  oluna  bilməz.İnsan  alveri 
anlayışına görə, fahişəliyə cəlb etməni də əhatə etdiyindən 243.1-ci maddə əsasında irəli sürülən 
ittiham çıxarılmalıdır. 
Apelyasiya  müraciəti  əsasında  azadlıqdan  məhrumetmə  cəzasının  müddəti  2  ilə  endirilmişdir. 
Hüquqi  əsas  bu  olmuşdur  ki,  aşağı  instansiya  məhkəmələri  yüngülləşdirici  amilləri  (müttəhimin 
peşmançılığı,  ailənin  vəziyyəti  və  s.)  nəzərə  almamışdılar.  Eyni  zamanda,  aşağı  instansiya 
məhkəmələri cəzanın müddətini düzgün hesablamamışdılar. 
Müttəhimin  vəkili  onun  qurbanları  aldatmadığını  iddia  etsə  də,  dəlillər  bunun  əksini  göstərirdi. 
Vəkil  iddia  etmişdir  ki,  BMT-nin  Protokoluna  və  İnsan  alverinə  qarşı  mübarizə  haqqında 
Azərbaycan  Respublikasının  Qanununa  əsasən,  qurban  könüllü  şəkildə  cinsi  istismar  olumasına 
razılıq  verdiyi  və  aldadılmadığı  halda  insan  alveri  halı  ola  bilməz.  Bu  arqument  nəzərə 
alınmamışdır. 


İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
 
 
135
 
Azərbaycan Respublikasının Ali Məhkəməsinin Qərarı, №. 1(102)-267/2010, 5 may 2010-cu il.  
AZE002 İş №.(102)-384-2009 Azərbaycan 
Hökmün tarixi: 2009-07-28 – Məhkum olunma tarixi: 2009-07-28 
Müttəhim qurbanın Dubaya, BƏƏ-yə uçması üçün ona bilet almış və zəruri olan viza əldə etmişdir. 
Müttəhim qurbanla Dubayda tanış olmuş, onu öz evinə aparmış və qurbanın fahişəliklə məşğul 
olmasını təşkil etmiş və onu işlətmişdir. 
Ali Məhkəmə belə bir qərar vermişdir ki, müttəhimin hərəkətləri artıq Cinayət Məcəlləsinin 144-
1.1-ci (insan alveri) ilə əhatə olunmuşdur və buna görə də o, 243.1-ci maddə (fahişəliyə cəlbetmə) 
ilə məsuliyyətə cəlb oluna bilməz. Məhkəmə onu əsas gətirmişdir ki, Cinayət Məcəlləsinə əsasən, 
insan  alveri,  eyni  zamanda,  qazanc  üçün  cinsi  istismar  məqsədilə  şəxsi  cəlbetmə,  daşıma, 
təhvilvermə, gizlətmə və ya qəbul etmə deməkdir. Beləliklə də, Məhkəmə bu qənaətə gəlmişdir ki, 
artıq  insan  alveri  anlayışı  ilə  əhatə  olunduğuna  görə  fahişəliyə  cəlb  etmə  ittihamı  çıxarılmalıdır. 
Məhkəmə bu fikirdə olmuşdur ki, müttəhim yalnız 144-1.1-ci maddəyə əsasən məsuliyyət daşıyır 
və ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının müddəti 2 ilədək azaldılmışdır. 
Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarı Nr. 1 (102)-384/2009, 28 iyul 2009-cu il. 
AZE001 İş №. (102)-339-2008 Azərbaycan 
Hökmün tarixi: 2008-05-20 – Məhkum olunma tarixi:  2008-05-20 
Müttəhim  qurbana  Dubaya,  BƏƏ-yə  getmək  üçün  bilet  və  viza  almışdır.  Müttəhim  qurbanı 
Dubayda  onu  fahişəliyə  cəlb  edən  və  onun  qazandığı  bütün  pulu  onun  əlindən  alan  şəxsə 
göndərməyi  planlaşdırmışdır. Qurban  Bakıda, Azərbaycanda  hava limanında onun insan  alverinin 
qurbanı olduğunu şübhə edən polis tərəfindən saxlanılmışdır.Polis sonra müttəhimi həbs etmişdir. 
 Ali  Məhkəmə  bildirmişdir  ki,  nə  daşınma,  nə  də  qurbanın  cinsi  istismarı  baş  vermədiyi  üçün 
cinayət  tamamlanmamışdır.  Buna  görə  də,  Məhkəmə  azadlıqdan  məhrumetmə  cəzasının 
müddətini 2 ilədək azaltmışdır. 
Azərbaycan Respublikasının Ali Məhkəməsinin qərarı №. 1 (102)-339/2008, 20 may 2008-ci il. 
Bu  qərar  Cinayət  Məcəlləsinə  düzəliş  edilməmişdən  qabaq  verilmişdir  və  bu  qərar  verilən  vaxt 
Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsində  (Azərbaycanda  cinayət  məsuliyyətini  nəzərdə 
tuta  bilən yeganə qanun)  insan alverinə “şəxs üzərində sahibliyə dair alqı-satqı sazişlərinin və ya 
hər hansı digər sazişlərin bağlanması, yaxud şəxsin istismar məqsədilə Azərbaycan Respublikasının 
ərazisindən  başqa  əraziyə  aparılması  yaxud  şəxslərin  istismar  məqsədilə  cəlb  edilməsi,  alınması, 
saxlanılması, gizlədilməsi, daşınması, verilməsi və qəbul edilməsi” kimi anlayış verilmişdir. 
    Birləşmiş  Millətlər  Təşkilatının  “İnsan  alverinin,  xüsusən  qadın  və  uşaq  alverinin  qarşısının 
alınması,  aradan  qaldırılması  və  cəzalandırılması  haqqında"  Protokolundan  fərqli  olaraq  Cinayət 
Məcəlləsində əməlin insan alveri  kimi tövsif olunması üçün “güc  tətbiq  etməklə hədələmə  və ya 
güc  tətbiqetmə  və  ya  digər  formalarda  məcburetmə,  oğurlama,  dələduzluq,  aldatma, 
səlahiyyətdən  və  ya  zəiflik  vəziyyətindən  sui-istifadə  etmə,  yaxud  da  digər  şəxsə  nəzarət  edən 
şəxsin razılığına nail olmaq üçün ödəniş və ya mənfəət vermə və ya qəbul etmə” kimi üsullardan 
istifadə  tələb  olunmurdu.  Cinayət  Məcəlləsinə  əsasən,  bu  üsulların  mütləq  şəkildə  olması  şərt 
deyil; sadəcə “cinsi istismar məqsədilə şəxslərin  cəlb edilməsi, alınması, saxlanması, gizlədilməsi, 
daşınması, verilməsi və ya qəbul edilməsi” və ya yuxarıda anlayışda qeyd olunan hər hansı digər 


Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   75




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə