Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə29/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   25   26   27   28   29   30   31   32   ...   144

 

139 


 

Zülm ilə Kərbəladə ölüb sərvəri‐Hicaz, 

Ağlar o şahın halinə göglər bu qissədən. 

 

Qarə çəküb məlalikələr ərş tağinə, 



Kə`bə batubdı qarəyə yeksər bu qissədən. 

 

Almış əlinə Kərbübəladə əmaməsin, 



Saxlar əza o çöldə Peyəmbər bu qissədən. 

 

Geymiş qərasını şəhi‐dövran Hüseyninün, 



Ağlar o çöldə Şafiyi‐məhşər bu qissədən. 

 

Qoymuş əlin belinə deyər: vay, oğul, Hüseyn, 



Döndi kəmanə qaməti‐Heydər bu qissədən. 

 

Saxlar əza Hüseynüvə, biçarə Nadimün, 



Hifz et, əmandı, Saqiyi‐Kövsər, bu qissədən. 

 

 



Dad o gündən... 

 

Dad o gündən əmr olar İsrafilə Qəhhardən, 



Nəfxi‐sur eylər o dəmdə əmr olan vəqt Tardən. 

 

Ruhlər bidar olallar cümlə nəfxi‐surdən, 



Ərseyi‐məhşər olar məmlüvv o gündə şurdən, 

Minbəri hazır olar çün məhşər içrə nurdən, 

Əmr olar Məhmudi‐Həqqə Xaliqi‐Səttardən. 

 

 




 

140 


 

Cəbrəil sölər Rəsuli‐əkrəmə: “Qum, ya əxa”,

 

Dur, qiyam eylüb qiyamət, çün gəlüb qəhrə Xuda, 



Cəm` olublar məhşərə gözyaşlı cümlə masiva, 

Az qalub ümmət həlak olsun cəfayi‐nardən. 

 

Cəm`i‐ərvahə yetən vəqtdə sədayi‐nəfxi‐sur, 



Çün kəfən çignində qalxarlar hamı əhli‐qübur, 

Nari‐niyran şö`lələnmiş misli‐yüz min‐min tənur, 

Kamə çəksün, əmr gözlər, ümməti, Cəbbardən. 

 

Ol zəman va əsəfa



∗∗

 söyləllə təmamən ənbiya, 

Çün görəllər bəhrtək mövcə gəlüb qəhri‐Xuda, 

Əl duadə söyləyər Məhmudi‐Həqq va ümməta,

∗∗∗

 

Ey Xuda, narı kənar et, ümməti‐naçardən. 



 

Ümməti‐asilərimdən et, Xuda, niyrani rəf, 

Yalquzam, imdadimə gəlsün gərək Şahi‐Nəcəf, 

Həzrəti‐Zəhra əlində Möhsini qanə hədəf, 

Ümmətin asilərin rahət edək azardən. 

 

Ya əxa, ya Cəbrəil, sən Müctəbanı hazır et, 



Künci‐qürbətdə ölən bikəs Rizanı hazır et, 

Cabəca bu saqiyi‐Kərbübəlanı hazır et, 

Ta qisas alsun, Hüseyn oğlum gərək küffardən. 

 

Məhşərə daxil olan vəqtə büsati‐Kərbəla, 



Hər şəhidün öz başı dəstində eyləllər səda: 

 

 



                                                 

 Dur, ey qardaş 



∗∗

 Təəssüflər olsun 

∗∗∗

 Vay olsun mənim ümmətimə 




 

141 


 

Şiəyani‐Mürtəzanı əfv elə, Bari Xuda, 

Yüz qoyar səf‐səf behiştə zayirü zəvvardən. 

 

Qırxatək əlsiz‐əyaqsız Əhli‐Beyti‐dilfikar, 



Əsğərün qundağı əldə, Zeynəbi‐məhzunü zar, 

Ol zəman niyran düşər əl`an min illik yol kənar, 

Əmr olar bikəs Hüseynə Xaliqi‐qəffardən. 

 

Ya Hüseyn, mizan sənün, duzəx sənün, cənnət sənün, 



Hər qədr əfv eyləsən, əfv eylə, bu ümmət sənün, 

Huriyü qılman sənün, Kövsər sənün, rəhmət sənün, 

İntiqam çək, Şimri‐duni‐kafərü qəddardən. 

 

Asi olmaq Həqq dərgahində asandur məgər? 



Xövfi‐məhşərdən olar əhli‐bəsirət xuncigər, 

Şimri‐bidinə Hüseyn nə etmiş axır, şiələr, 

Zibh edüb başın, cüda eylüb təni‐gülnardən. 

 

Asiyəm, çün etdigim ömri‐fənadən Nadiməm, 



Çox kənarə düşmişəm əmri‐Xudadən, Nadiməm, 

Çün cüda oldum bu eyvani‐təladən, Nadiməm, 

Qəbrdə, ya Rəb, məni hifz eylə murü mardən. 

 

Ey Xuda 

 

Ruzü şəb ərşə övc edər şö`leyi‐ahım, ey Xuda, 



Səndən əlavə qalmayub yarü pənahım, ey Xuda. 

 

Cari edər üzarimə qan‐yaşı gözlərim mənim, 



Yox gələ bir hərayimə, yarü nə yavərim mənim, 

 



 

142 


 

Qaib olub, bilənmirəm, hardadı rəhbərim mənim? 

Ruzü şəb ərşə övc edər şö`leyi‐ahım, ey Xuda. 

 

Dildə mücəssəm eyləyüb gahi Rəsulə ağlaram, 



Gahi əzizi‐Müstəfa, sibti‐Bətulə ağlaram, 

Möhsüni səqt olan, qalan zarü məlalə ağlaram, 

Ruzü şəb ərşə övc edər şö`leyi‐ahım, ey Xuda. 

 

Yadə düşən zəman pozar məscidi‐Kufə halımı, 



Arturı

 möhnətü sitəm dərdü qəmü məlalımı, 



Etdilə qan ilən xizab, ol şəhi‐bacəlalımı, 

Ruzü şəb ərşə övc edər şö`leyi‐ahım, ey Xuda. 

 

Gəh gətürər zəmanədə naləyə ənbiya məni, 



Dəhrdə növhəxan edüb möhnəti‐övliya məni, 

Yadə düşəndə ağladar haləti‐Müctəba məni, 

Ruzü şəb ərşə övc edər şö`leyi‐ahım, ey Xuda. 

 

Kərbübəla müsibəti düşdi xəyalə, ya Hüseyn, 



Ağlayaram o Əkbəri‐Haşimi xalə, ya Hüseyn, 

Eylərəm hər əzadə mən şur ilə nalə, ya Hüseyn, 

Ruzü şəb ərşə övc edər şö`leyi‐ahım, ey Xuda. 

  

Qəlbimi qan edər mənim, ahü nəvası Zeynəbün, 



Kərbübəladə daşdı çün, möhnətü yası Zeynəbün, 

Bəxtimi qarə eyləyüb, qanlı qərası Zeynəbün, 

Ruzü şəb ərşə övc edər şö`leyi‐ahım, ey Xuda. 

 

Ah, o zəman Hüseyn ölüb, zülm ilə yandı xeymələr, 



Çöllərə qaçdı itrəti, yandı, talandı xeymələr, 

                                                 

 Artırır 




 

143 


 

Qaldı yanan çadırda ol Abidi‐zarü xuncigər, 

Ruzü şəb ərşə övc edər şö`leyi‐ahım, ey Xuda. 

 

Nadimi‐bikəsəm, məni dövrü zəmanə sinsidir,



 

Döndərüb hali‐ruzigar qəlbimi qanə, sinsidir, 



Çərxi‐fələk doyurdı bu ruhumi canə, sinsidir, 

Ruzü şəb ərşə övc edər şö`leyi‐ahım, ey Xuda. 

 

  Ya Hüseyn (ə) 

 

Ey olan ismi‐şərifi ərşə zinət, ya Hüseyn, 



Şafiyi‐ruzi‐qiyamət, babi‐cənnət, ya Hüseyn. 

 

Çün mühərrəm aşikar oldı, gözüm ağlar müdam, 



Qarəyə batmış təmam əhli‐vilayət, ya Hüseyn. 

 

Xaneyi‐Peyğəmbəri bu ayda viran qoydular, 



Kərbəladə zülm ilə əhli‐şəqavət, ya Hüseyn. 

 

Şimri‐bidin yıxdı çün zülm ilə dari‐Heydəri, 



Hülqüvə çəkdi sitəmlə yeddi zərbət, ya Hüseyn. 

 

Dəstüvi öz saribanun qət` edüb rəhm etmədi, 



Olmadı zibh olmağun əzbəs kifayət, ya Hüseyn. 

 

Çün şəhid eylüb səni ə`da cəfadən doymadı, 



Əhli‐Beyt oldı əsir, bu nə əlamət, ya Hüseyn. 

 

 



                                                 

 Bur.incidir, sıxır 




Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə