154
kükürd-kolçedan,
mis-kolçedan, mis-polimetal, mis-porfir, mis-molibden-por-
fir, qızıl-kolçedan, mis-qızıl filizi və s. yataqları və təzahürləri cəmlənmişdir.
Submeridional uzunluqlu lineament zonalarının ayrılması geoliji, geofi-
ziki və geomorfoloji məlumatlar, o cümlədən aerokosmik informasiyaların
xüsusi işlənilməsi üzrə olan məlumatlarla təsdiq olunur.
Gədəbəy-Dəlidağ lineament zonası uzun inkişaf dövrü ilə xarakterizə
olunur və kifayət dərəcədə mezokaynozoy maqmatizm
proseslərinə nəzarət
edir, Gədəbəy filiz rayonundan və Dəlidağdan keçməklə Kiçik Qafqazın şimal-
şərq yamacından başlayaraq şimal-qərb (submeridional) istiqamətində uzanır
və sonra Ermənistan ərazisinə keçir.
İkinci məşhur lineament zonası Kiçik Qafqazın mis-molibden qurşağına
cavab verən Pambak-Zəngəzur hesab olunur. Məhz həmin lineamentin hü-
dudlarında Ermənistanın iri yataqları (Qacaran, Aqarak, Dəstəkerd, Cindərə və
s.) cəmlənmişdir. Lineament zonasının cənub-şərq hissəsi bu respublikanın
ərazisinə keçir. Daha sonra lineament İran Qaradağına (Süngün, Sarı çeşmə
və s. yataqlar), şimal-qərbə isə Türkiyə ərazisinə uzanır. Lineamentin şimal-
şimal-qərb istiqamətli parçası Naxçıvan ərazisində (Paraqaçay, Diaxçay, Mis-
dağ, Göyündür və s. yataqlar) müşahidə olunur və Misxan-Zəngəzur zonasında
kənar cənub-qərb vəziyyətini alır. Lineament vahid
gec alp vulkan-plutonik
qurşağını və kembriyəqədərki kristallik süxurların çıxıntılarını, paleogen və
təbaşir terrigen-karbonat çöküntülərini, yura və təbaşir vulkanitlərini, pliosen
dördüncü dövr vulkanizm məhsullarını formalaşdıran orogenəqədərki və oro-
gen vulkan-plutonik assosiasiyalarını yerləşdirir.
Kosmik şəkillərin deşifrələnməsi tektonik strukturların
vəziyyətinin
dəqiqləşdirilməsində mühüm əhəmiyyət kəsb edir. Buna misal olaraq, Aralıq
dənizi qurşağında Dağlıq Talışın vəziyyətinin dəqiqləşdirilməsi üçün kosmik
şəkillərdən istifadəni göstərmək olar.
Talış qırışıqlıq zonasının əsas xüsusiyyəti iri və xırda qırışıqlıq struk-
turlarının dayanıqlı xətti xarakteri, onların şimal-qərb istiqamətində 290-320
0
uzanan və ümumilikdə Talış, Peştəsər və Burovar dağ silsilələrinə uyğun gələn
uzununa qırılmalarla mürəkkəbləşməsi hesab olunur.
Cənub-şərqi Azərbaycanın “Soyuz-9” kosmik peyki ilə alınmış kosmik
şəkillərində dərin özüllü regional qırılmalara uyğun gələn Dağlıq Talışın ətək-
ləri boyu, Araz çayı üzrə, Ləngəbiz dağları boyu məşhur uzununa lineamentlər-
lə yanaşı, həm də lineamentlərin Aşağı Kür çökəkliyinin
cənub-qərb hissəsinin
antropogen çöküntüləri altında izlənilən, şimal-şərq qırılmaları kimi deşifrələ-
nən, qırışıqlığa köndələn seriyası ayrılır.
Lakin şimala doğru zəif qabarmış qövs əmələ gətirən, Talışönü qırılma
ilə şimal-şərqdən birbaşa kəsilmiş şimal-qərb uzunluqlu lineamentləri daha sıx
sistem təşkil edir.
155
Bu lineamentlərin ilkin analizi göstərmişdir ki, onlardan yalnız bəziləri
fasiləsiz xətlərlə uzanır. Əksəriyyəti sistemin paralelliyini saxlamaqla, uzunluq
üzrə digərləri ilə kulisşəkilli (qol-şəkilli) qarışaraq, 20-25 km uzunluğu aşmır.
İran orta massivinin şimal-qərb hissəsini (Qarasu çay hövzəsi) və Talış
qırışıqlıq zonasının böyük hissəsini əhatə edən Dağlıq Talış və ona qonşu
olan İranın kosmik şəkillərinin
analizi göstərmişdir ki, onlar lineamentlərin və
halqavarı strukturların mürəkkəb şəbəkəsi ilə kəsişirlər. İri halqavarı stru-
turların daxilində kiçikölçülü halqalar qrupu yerləşir.
Zona daxilində (M.M.Vəliyev və b., 1984), mərkəzində Savalan stra-
tovulkanı yerləşən, diametri 200-250 km olan Savalan meqahalqavarı strukturu
ayrılır ki, Talış qırışıqlıq sistemi onun xarici şimal-şərq hissəsinə aiddir və
Palmir-Abşeron və Baqrovdağ kimi iki transform lineamentləri arasında inkişaf
etmişdir (M.İ.Rüstəmov tərəfindən aşkar edilmişdir).
Savalan meqahalqavarı strukturu öz növbəsində şimal-qərb
və şimal-
şərq submeridional lineamentləri ilə kəsilmiş və mikrohalqavarı strukturlarla
mürəkkəbləşmişdir.
Talış yarımseqmentinin xarici qövsü üzrə termalmineral su mənbələri
(Alaşa, İstisu, Həftanı, Ərkevan və s.) yerləşir ki, onlar da halqavarı struk-
turların qövs elementləri ilə xətti yarılmaların kəsişmə düyünlərinə aiddir.
Aerofotoşəkillərdə iri qonşu çay arteriyalarının qollarının vahid litoloji
horizonta aid olmasını izləmək mümkündür və bu halda yan dərələr 10 km-
lə uzanan vahid uzununa xətləri, şırımları əmələ gətirir. Fotoşəkillərin, aero-
fotoşəkillərin, geoloji xəritələrin və kosmik şəkillərin
müqayisəsi göstərir ki,
Dağlıq Talışın şimal-qərb lineamentləri sisteminin böyük hissəsi əsas çayların
yan qollarının generalizasiyası hesabına qeydə alınır. Eyni zamanda bəzi
lineamentlər antiklinal qırışıqların bənd və ya qanad hissələrinə aid olan fay
tipli qırılma strukturlarına uyğun gəlir. Faylar Astara antiklinoriumunun alt
paleosen və orta eosen vulkanogen çökmə əmələgəlmələrinin qatını mürək-
kəbləşdirən, Lənkərançay və Viləşçayın orta axarı hövzəsində lineamentlərə
uyğun gələn Lerik əyilməsinin üst eosen qatında uzununa yarılmalar qrupu
və Burovar qalxımının miosen laylarını kəsən qırılmalardır (şəkil 66).
Azərbaycan ərazisində üçüncü dərəcəli birbaşa lineamentlərə yüksək
qeyri-bircinslilik zonaları aid edilir ki, onlar da adətən
səthdə regionun tektonik
quruluşunun konkret xətti elementləri ilə: horst, qraben, dərinlik qırılma-
ları ilə ifadə olunur və ya intruziya zəncirləri, dayka qurşaqları, çatlılıq zona-
ları və s. geoloji, morfostruktur, geofiziki və regionun daxili strukturunu
mürəkkəbləşdirən landşaft anomaliyaları ilə ifadə olunur. Üçüncü dərəcəli
lineamentlər adətən iri blokların sərhədləri hesab olunur və ya aşağı dərəcələrin
birbaşa kəsib keçən zonalarının quruluşunda iştirak edir.
Onlar müxtəlif uzun-
luğa malikdir və 5-20
0
və 310-315
0
uzunluqla pespublikadan kənara çıxırlar.
Şəkillərdə onlar qara zəncirli anomal fotoçalar şəklində qeydə alınırlar.