85
Ləyaqəti becər!
Cəsarəti becər!
Vüqarı becər!
Doğmalığı becər!
Müstəqilliyi becər!
İnsaniliyi becər!
Xəlqiliyi becər!
Haqqı becər!
Ruhani Bağban ol!
Bakı. Şölə Ayı, 6-cı il.
İyun 1984-cü il.
EVLADLIQ
I. ETİQAD
Mütləqə İnanıram!
Yəni,
Mütləq Həqiqətə İnanıram!
Mütləq Ədalətə İnanıram!
Mütləq Saflığa İnanıram!
Mütləq Xeyirə İnanıram!
Mütləq olana İnanıram!
Mütləqə İnanıram!
Yəni,
Mütləq olmayan Həqiqəti – Həqiqət saymıram!
Mütləq olmayan Ədaləti – Ədalət saymıram!
Mütləq olmayan Saflığı – Saflıq saymıram!
Mütləq olmayan Xeyiri – Xeyir saymıram!
Mütləq olmayana İnanmıram!
Mütləqə İnanıram!
Yəni,
Ömrümü Mütləq Həqiqətə həsr edirəm!
Mütləq Ədalətə həsr edirəm!
Mütləq Saflığa həsr edirəm!
Mütləq Xeyirə həsr edirəm!
Mütləqləşirəm!
86
Mütləq Həqiqəti Müqəddəs sayıram!
Ədaləti Müqəddəs sayıram!
Saflığı Müqəddəs sayıram!
Xeyiri Müqəddəs sayıram!
Mütləqə Səcdə Edirəm!
II. LƏYAQƏT
1
Yalnız Sabit olan – Var olandır!
Dəyişən – Yoxdur!
Yalnız Bütöv olan – Var olandır!
Ziddiyyətli – Yoxdur!
Yalnız Kamil olan – Var olandır!
Qeyri-kamil –Yoxdur!
2
İnsan Dəyişən görünür.
Mahiyyət etibarilə o, Sabitdir.
İnsan Ziddiyyətli görünür.
Mahiyyət etibarilə o, Bütövdür.
İnsan Qeyri-kamil görünür.
Mahiyyət etibarilə o, Kamildir.
Var olmaq – Mahiyyətə bərabər olmaqdır.
3
Dəyişən – Yaşamır.
Ziddiyyətli –Yaşamır.
Qeyri-Kamil – Yaşamır.
4
Özünü Yenidən Yarat.
Dəyişkəndin – Sabit ol.
Ziddiyyətliydin – Bütöv ol.
Qeyri-kamildin – Kamil ol.
Yox idin –Var ol!
III. AMAL
1.Mütləqə İnam: Yeri, Göyü yaradan Allaha yox, Xurafata yox, İn-
sanın, Həyatın, Dünyanın Mütləq Mahiyyətinə İnam.
2.Ruhani İdrak: İnsan Fəlsəfəsi.
3.Kamil İnsan: Mənəviyyat, Zəka və İradə Kamilliyi.
87
Özüylədöyüş, İmtina Qətiyyəti, Mahiyyətə Yüksəlmək Müqəddəsliyi.
4.Ədalətli Cəmiyyət: Ruhani Dövlət, Özünüidarə Ləyaqəti, Fərdi
Əməkçi Mülkiyyəti, İmtiyaz Bərabərliyi.
5.Vətən: Müstəqil, Qüdrətli, Vahid.
YOL
Mənəvi İntibah – Mütləqə İnamın təsdiqi, Kamil İnsanın yaranması.
İdraki İntibah – İnsan Fəlsəfəsinin təsdiqi.
Siyasi İntibah – Müstəqil Vətənin yaranması.
İctimai İntibah – Ruhani Dövlətin yaranması.
VASİTƏ
Atalığı öyrənmək.
Atalıq əsasında yaşamaq.
Atalığı yaymaq.
Atalığı öyrətmək.
IV.TƏLƏB
Mənəviyyat pətəyini Qəbahətdən təmizlə!
Onu Saflıq balıyla doldur!
İdrak pətəyini Yalandan təmizlə!
Onu Həqiqət balıyla doldur!
İradə pətəyini Qorxudan təmizlə!
Onu Cəsarət balıyla doldur!
V. İQBAL
Şəhvətdən keçdim – Var oldum.
Həsəddən keçdim – Var oldum.
Yalandan keçdim – Var oldum.
Qorxudan keçdim – Var oldum.
Yırtıcılıqdan keçdim – Var oldum.
Hərcayilikdən keçdim – Var oldum.
Hərislikdən keçdim – Var oldum.
Əsirlikdən keçdim – Var oldum.
Köhnə çaydan keçdim.
Təzə sahilə çatdım.
Yenidən doğuldum.
88
VI. DOĞMALIQ
Evladımı sevirəm. Amalı ondan çox sevirəm.
Valideynimi sevirəm. Amalı ondan çox sevirəm.
Yoldaşımı sevirəm. Amalı ondan çox sevirəm.
Qardaşımı sevirəm. Amalı ondan çox sevirəm.
Bacımı sevirəm. Amalı ondan çox sevirəm.
Nəslimi sevirəm. Amalı ondan çox sevirəm.
Bununla da Evladıma, Valideynimə, Yoldaşıma, Qardaşıma,
Bacıma, Nəslimə layiq oluram.
VII. VƏTƏNDAŞLIQ
Əyyaşlarla Həmvətən deyiləm!
Əşyalarla Həmvətən deyiləm!
Xainlərlə Həmvətən deyiləm!
Zaillərlə Həmvətən deyiləm!
Amalımla Həmvətənəm!
Sabahımla Həmvətənəm!
VIII. ÖLÜMSÜZLÜK
Ölümü yaşadan Qorxudur.
Ölümdən Qorxmuram.
Bu səbəbdən də Ölümsüzəm!
Qürub ayı, 6-il. Bakı.
(avqust 1984).