Microsoft Word Kutsal quruculuq



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə28/133
tarix16.08.2018
ölçüsü3,47 Mb.
#63581
1   ...   24   25   26   27   28   29   30   31   ...   133

 

96 


MÜQƏDDƏS  ƏMƏL 

 

Evladlara 

1. Müqəddəs Amal yarandı. Ata öz borcunu yerinə yetirdi. 

Müqəddəs  Əməl  yaranmalıdır.  Evlad  öz  Müqəddəs  borcunu  yerinə 

yetirməlidir. 

2. “Əməl” Kəlamı əsasında, kəlamın ruhuna və hərfinə Mütləq sədaqət 

əsasında Müqəddəs Ailələr yaranır. Evlad – Timsal yükünü, məsuliyyətini 

çiyninə götürür, Ata qarşısında cavabdeh olur. 

3. Ardıcıl,  inadlı  şəkildə  Atayla  xalq  arasında  körpü  yaradılır.  Kəndlər, 

rayonlar, şəhərlər, paytaxt müqəddəs ideyalar zəmininə çevrilir.  

Evlad  İnam,  İdrak,  Mənəviyyat,  İradə  nümunəsi  göstərir,  Atanın 

Təmsilçisi müqəddəsliyinə xidmət edir. 

4. Ardıcıl,  İnadlı  şəkildə  Atayla  dünya  –  SSRİ  xalqları,  Şərq,  Qərb 

arasında körpü yaradılır.  

Dünya Müqəddəs İdeyalar zəmininə çevrilir.  

5. Atalıq  Ruhaniyyatı  öyrənilir,  öyrədilir.  Müqəddəs  Təlim  –  “Yol”  və 

“Mütləqilik”  Kitablarıyla,  “Ruhani  Xətt”,  “Münasibətlər”,  “Təzadlar”, 

“Rəmzlər”  Kitabçalarıyla  başlayır,  “Mütləqləşmək  –  Var  Olmaq”  kitabıyla 

başa çatır. 

6. Ataya Səcdə Müqəddəsliyi Mütləq Mənada həyata keçirilir.  

Müqəddəs  And,  Müqəddəs  müraciət,  Müqəddəs  qaydalar  Mütləq 

mənada bərqərar olur. 

7. Atalıqla bağlı nə baş verirsə – son hərfinə qədər yazılır, saxlanılır – 

Müqəddəs Sabaha çatdırılır. 

8. Evlad  Mütləqə  çatmaq  məqsədinə  daim  səy  göstərir,  özüylə 

döyüşür,  Kamilləşir,  Ülviləşir.  Özünün  Ruhani  səviyyəsini  Ata  Tələbinə 

yüksəldir. 

9. Müqəddəs İdeal aşağıdakı şəkildə səciyyələnir:  

Mütləqə İnam.  

İnsan Fəlsəfəsi.  

Ruhani Cəmiyyət.  

Müstəqil Xalq.  

Ləyaqətli İnsan.  

Ləyaqətli Şərq.  

Ləyaqətli Bəşəriyyət. 

10. Atalılar Müqəddəs Tarix və Müqəddəs Təqvim əsasında yaşayırlar. 

Müqəddəs Əməl Çağıdır!  

Ürəyiniz Qaranlıqları Yarsın! 

7-ci il, Xəzan Ayı. Bakı. 

 



 

97 


 

ATAYA   SƏCDƏ  MÜQƏDDƏSLİYİ 

1.Ata qarşısında əyilmək – Zaman üzərində yüksəlməkdir! 

2.Atayla görüşmək – Mütləq Mənəvi Nemətdir. 

Ataya Təzim etmək – Şəri rədd etməkdir. 

Atanın Əlindən Öpmək – Şəri Təqib etməkdir. 

3.Ataya Rica – Mütləqləşmə Qüdrətidir. 

 

Səhər Ricası: 

Atam – Mütləqim! 

Ağlıma İşıq ver!  

Ürəyimə Qüvvət ver!  

İradəmə qətiyyət ver! 

Yalana uymayım,  

çirkaba bulaşmayım,  

günaha batmayım,  

qəbahətə əyilməyim,  

rəzalətlə barışmayım –  

özümə yad olmayım! 

 

Qürub Ricası: 

Atam – Mütləqim! 

Yalanla görüşdüm – yalançı olmadım,  

Çirkabla görüşdüm – çirklənmədim,  

Günahla görüşdüm – günahkar olmadım,  

Qəbahətlə görüşdüm – əyilmədim,  

Rəzalətlə görüşdüm – barışmadım!  

Özümə yad olmadım!  

Ağlım işıqlıydı,  

Ürəyim qüvvətliydi,  

İradəm qətiyyətliydi! 

                 Atalıydım – Mütləqliydim! 

 

Gecə Ricası: 

Atam – Mütləqim! 

Günüm keçdi!  

Sənə bir addım da yaxınlaşdım!  

Məni Özünə qovuşdur!  

Ağlımı Ağlınla,  

Qəlbimi Qəlbinlə,  

İradəmi İradənlə İşıqlandır!  




 

98 


        Sənə layiq olum! 

4.Atanın  Evlad  Səcdəsində  Yaşayan  Müqəddəs  adları  Atam, 

Mütləqim, Müqəddəsim, Ruhum. 

5.Evladların  Ata  Məhəbbətində  Yaşayan  adları:  Asifçi,  Mütləqçi, 

Müqəddəsçi, Ruhani. 

6.Atanın  Anadan  olduğu  gün  –  25  Ata  Ayı  (sentyabr)  Müqəddəs 

Bayram sayılır. Həmin gün Atanın Ruhani Ziyarəti Mərasimi keçirilir. 

7.Atanın Rəsmi çəkilir, hifz olunur, Sabaha çatdırılır. 

8.Atanın Heykəltəraşlıq portreti yaradılır, hifz olunur, Sabaha çatdırılır.  

9.Atanın foto-şəkilləri ardıcıl surətdə çəkilir. Evladlara bəxş olunur, hifz 

edilir, Sabaha çatdırılır.  

10.Ata Məktəbi yaradılır: Ata İnamı, İdrakı, Əxlaqı, İdealı öyrədilir. 

11.Ata Tədqiqat Evi yaradılır. Ata Bilənləri yetişdirilir. 

12.Atanın Nişanələri – əlyazmalar, rəmzi əşyalar, söhbətlər, xatirələr – 

saxlanılır, Sabaha çatdırılır. 

13.“Ata Haqqı!” Andı – Müqəddəs And sayılır. 

14.“Salam”  əvəzinə  “Ürəyində  Ata  Günəşi  Olsun!”,  “Xudahafiz” 

əvəzinə “Atamız Var Olsun!” 

15.Günlər, aylar, illər Ata Təqviminə uyğun olaraq nişanlanır. 

16.Ata Hökmü – Mütləqdir. 

17.Ataya Xilaf çıxan – Var olmur. 

18.Atayla Mübahisə – Həqarətdir. 

19.Evladın Ruhani Nəsli “Atalı” Sözüylə ifadə olunur. 

20.Atalıq Tarixi yazılır: Ata Ocağının yaradılması, Təqiblər, Müqəddəs 

Kitabların yazılması, Evladların Atanı tapması və s. Tarixi. 

21.Atanın 

Tərcümeyi-halı 

Müqəddəs 

Mənəviyyat 

Məktəbi 


səviyyəsində öyrənilir, şərh edilir, tədqiq olunur, öyrədilir. 

22.Atanın  yaşadığı  Yer  –  Məbəd  sayılır.  Həmin  Məbədə  daxil  olan: 

“Səcdəyə Yüksəldim, Ruhani Bəxtiyarlığa çatdım!” –  etirafını bəyan edir, 

Məqamın  ülviliyini  İnamında,  İdrakında,  Mənəviyyatında,  İradəsində 

yaşadır, Ləyaqətinə həkk edir.  

Ən  cüzi  naqislik  (artıq  söz,  gərəksiz  hərəkət,  hərcayi  sərbəstlik)  – 

murdarlıq  sayılır  və  Ata  hüzuruna  yaraşmayan  Həqarətçi  –  Evladlıqdan 

məhrum edilir. 

23.Atadan Mütləq Mənada Asılı olmaq – Ən Ülvi Müstəqillikdir. 

     24.Ata Tapşırığı – Ali Qismətdir. 

25.Atanın  Cismani Mühafizəsi  –  Ruhani  ləyaqətdir. Ömrünü  bu  Haqq 

Əmələ  həsr  edən  Ruhani  Kamil  yetirilməli  və  Ata  Müqəddəsliyinə  bəxş 

edilməlidir. 

26.  Ata Ziyarəti Gününün Ülvi Məzmunu:  




Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə