Microsoft Word L11(1)s. 1-71(b+a+t+i)



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə45/83
tarix18.06.2018
ölçüsü3,69 Kb.
#49781
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   83

 
 
107 
 

Sovet dövrü  Azərbaycan ədəbiyyatı 

 
Mənbələr üzrə araşdırma, mətnə yenidən müraciət əsərin bədii xüsusiyyətləri 
barədə əhatəli fikir yürütməyə, əsaslandırılmış nəticə çıxarmağa səbəb olur. 
Sərt sovet ideologiyasının dar çərçivəyə saldığı  ədəbiy-
yatın yarandığı dövrdə – 1930-cu illərin sonlarında 
“Vaqif”in meydana gəlməsi,  əslində, mühüm ədəbi hadisə 
idi.  Əsərdə  vətənpərvərliyin qızğın təbliği, qəhrəman-
lıqlarla dolu  tarixi keçmişin xatırladılması, xalqın qüdrətinə inam, dövlətin 
idarə edilməsində yol verilən xətaların acınacaqlı nəticələri və s.  kimi məsələ-
lərin təsviri həmin illərdə oxşar mövzularda yazılan  əsərlərin məzmunundan 
kəskin  şəkildə  fərqlənirdi. Oxucu və tamaşaçılarda tarixi keçmişlə bağlı 
yaddaşın dirçəlməsində, milli qürur hissinin baş qaldırmasında və 
güclənməsində pyesin misilsiz xidməti danılmazdır.  Əsərin ideya zənginliyi 
barədə danışanlar haqlıdırlar. Bunun bir səbəbi də pyesdə qaldırılan və  bədii 
həlli verilən problemlərin çox olmasıdır.  
Mənbələrin araşdırılması bütün bunların açıqlanmasına,  əsas ideyanın 
müəyyənləşdirilməsinə imkan yaradır.   
 
 
 
ARAŞDIR-
MANI 
DAVAM 
ETDİRİN
 
1. Sinifdə öyrəndiklərinizi göstərilən mənbələrdən topladığınız məlu-
mat əsasında zənginləşdirin və tamamlayın. 
Məlumatın əldə edildiyi 
mənbə 
Məlumatın məzmunu və aid olduğu 
mətnkənarı sual 
2. Araşdırma apararkən aşağıdakı sual və tapşırıqların cavablarını 
geniş əhatə etməyə çalışın: 
a)
  İbrahim xan və Ağa Məhəmməd şah Qacarla bağlı tarixi faktlar 
pyesdəki təsvirlərlə  səsləşirmi? Fərqin səbəbini necə izah edər-
siniz?   
b)
  Pyesdə qoyulmuş başlıca problemlər hansılardır? Onların bədii 
həlli necə verilmişdir? 
Əsərdə qaldırılmış başlıca problemlər
Əsərdə onların bədii həlli 
c)
  Əsərin konfliktinin əsasında nə dayanır?  
Əsərdəki başlıca konflikt nədir?
d)
  Əsərin süjetindəki mərhələləri müəyyənləşdirin, kompozisiya ba-
xımından mükəmməl olduğunu nümunələrlə əsaslandırın. 
3. Yazılı qeydlər əsasında şifahi təqdimata hazırlaşın.
 
 
 
 
1. XI sinif şagirdləri üçün elektron vəsait . http://edebiyyat.ucoz.com. 
2.
 S.Vurğun. Seçilmiş əsərləri. 5 cilddə. I cild. Bakı: Şərq-Qərb, 2005, səh. 12. 
3.
 S.Vurğun. Seçilmiş əsərləri. 5 cilddə. V cild. Bakı: Şərq-Qərb, 2005, səh. 
21-22, 35-36.
 
 
 
 
 
 
• EVDƏ İŞ 
• 
MƏNBƏLƏR
 
Əsərin əsas 
ideyası nədir? 
  LAYİHƏ


 
108 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
RƏSUL RZANIN HƏYATI, YARADICILIQ YOLU 
 

ARAŞDIRMAYA 
HAZIRLAŞIN 
 
R.RZA HAQQINDA BİLDİKLƏRİNİZİ YADA SALIB YIĞCAM MÜ-
ZAKİRƏ APARIN.  
Aşağıdakı qaydalara əməl etməklə mətni oxuyun: 
1. Mətni fərdi olaraq bütövlükdə nəzərdən keçirin. Abzasların başlan-
ğıcına və sonuna, fərqləndirilmiş söz və cümlələrə xüsusi diqqət yeti-
rin. 
2. Mətnin məzmunu ilə bağlı fikrinizdə yaranan sualları dəftərinizdə, 
yaxud iş  vərəqində yazın. Sual tərtib etməkdə  çətinlik çəksəniz, 
yenidən mətnə müraciət edin. 
3. Yazdığınız suallara cavab hazırlayın, bu zaman qısa qeydlər etmə-
yiniz faydalıdır. Mətndə birbaşa sualla bağlı yerləri (söz, cümlə, abzas) 
silinməsi mümkün olan işarə ilə fərqləndirin. 

      Suallar
               Onların qısa cavabı 
4. Suallara hazırladığınız cavabları  mətnə baxmadan parta yolda-
şınıza danışın. Unutduğunuz yerləri danışdığınız məqamda təkrar edə 
bilərsiniz. 
5. Kiçik qruplarda birləşib qənaətlərinizi bölüşün. 
6. Gəldiyiniz nəticələrə  və öyrəndiklərinizə daha nələri  əlavə etməyin 
vacib olduğunu təqdimatlar  əsasında müzakirə edib bəndlər  şəklində 
yazın.
 
 
 
Göyçayda – Mirzə İbrahimin ailəsində dünyaya göz açan Rəsul Rza ilk təh-
silini burada almışdır. Atasının vəfat etməsi ailənin maddi vəziyyətini çətin-
ləşdirmiş və o, 14 yaşında işləməyə başlamışdır. 1930-cu ildə Bakıya gələn Rəsul 
“Gənc işçi” qəzetində işə düzəlir. Bu, ədəbi mü-
hitlə yaxınlaşmasında  əhəmiyyətli rol oynayır; 
o, M.Müşfiq, M.Hüseyn, S.Rüstəm və digər sə-
nətkarlarla tanış olur. 1920-ci illərin sonlarında 
ilk qələm təcrübələrini yazan, Tiflisdə  “Yeni 
 
 
Rəsul Rza – bənzərsiz bir şair, Azərbaycan poeziyasının 
novatorlarından biridir. “Rənglər” şeir silsiləsində  Rə-
sul Rza özü-özünü ötüb-keçmişdir. 
 
 
 
 
 
Nazim Hikmət 
 
 
 
 
 
 
 
Rəsul Rza 
(1910–1981)
 
R.Rzanın həyat yolunun və yaradıcılı-
ğının  başlanğıcı  üçün  daha  mühüm 
olanlar nədir? 
  LAYİHƏ


 
 
109 
 

Sovet dövrü  Azərbaycan ədəbiyyatı 

 
fikir”, “Dan ulduzu”  məcmuələrində çap etdirən Rəsulda bədii yaradıcılığa cid-
di həvəs yaranır. O, müxtəlif təhsil ocaqlarında – Tiflisdə Zaqafqaziya Kom-
munist Darülfünunun kooperasiya kursunda, Bakıda Tibb İnstitutunda, Azər-
baycan Dövlət Elmi Tədqiqat İnstitutunun aspiranturasında, Moskvada Millət-
lər İnstitutunda və s. oxusa da, taleyini ömürlük olaraq sənətə həsr etmişdir. İlk 
mətbu əsərini – “Bir gün” adlı şeirini Tiflisdə “Qığılcım” almanaxında 1927-ci 
ildə  dərc etdirən R.Rzanın “Çapey” adlı birinci kitabı 1932-ci ildə  işıq üzü 
görür.  Hələ 1931-ci ildə yazdığı “Bolşevik yazı”  şeiri  ədəbiyyata yeni nəfəsli
fərqli üslublu gəncin gəldiyindən xəbər verirdi. Yeni çıxan kitabda isə dünyada 
baş verən mühüm hadisələrə münasibətdə ayıq-sayıq mövqeyi, kəskin məntiqi 
mühakimələri ilə seçilən şairin gur səsi eşidilirdi.  
R.Rzanın sonrakı kitabları – “Qanadlar” (1935), “Çinar” (1939) oxucuların 
bu qənaətini daha da möhkəmləndirdi; təsvir etdiklərinin daxili mənasını 
açmaq, lirik qəhrəmanın hiss və duyğularını, mənəvi inkişafını yaddaqalan 
cizgilərlə diqqətə çatdırmaq istəyi bu şeirlərin  əksəriyyətində özünü qabarıq 
göstərirdi. 
Müharibə R.Rzanın həyatında və yara-
dıcılığında ciddi dönüş yaratdı.  O, könüllü 
olaraq cəbhəyə yollandı. Krımdakı Azərbay-
can diviziyasında hərbi müxbir kimi fəaliy-
yətə başlayan  şair tez-tez ön cəbhəyə yolla-
nır, əsgərlərlə görüşür, şeir və publisistik yazıları ilə onları qələbəyə ruhlandı-
rırdı. Müharibə mövzusunda onlarla lirik şeir yazan şair “Vətən”, “Bəxtiyar”, 
“İntiqam!.. İntiqam” və s. kitabları ilə oxucuların rəğbətini qazandı. Bu kitab-
larda toplanmış  şeirlərin (“Azərbaycanlı döyüşçülərə”, “Dörd yüz on altı”, 
“Pilot qardaş”, “İntiqam” və s.) əksəriyyətində  sərt, kəskin mühakimə ilə ya-
naşı, həzin bir lirizm də duyulur. Bu, təsvir olunan döyüşçü obrazını oxucuya 
daha yaxın, munis etməklə yanaşı, əsərin maraqla, intizarla oxumasına da səbəb 
olur.  Belə  şeirlərdən biri ön və arxa cəbhədə maraqla oxunan “Bəxtiyar” idi.  
Sayca çox olan düşmənlə qarşılaşan Bəxtiyarın qorxmazlığı, düşmənə nifrəti 
inandırıcı, təbii boyalarla təsvir edilir. Şair sanki qəhrəmanının yanındadır, ona 
hayandır: 
Külək qarı səpələr, Bəxtiyar! 
Ağ geyinib təpələr, Bəxtiyar! 
Gecə qara, yol uzaq, qardaşım, 
Göylər bulud, çöl-düz ağ, qardaşım. 
Kaman çalan kimdir o, Bəxtiyar? 
Küləkdi, ya simdir o, Bəxtiyar? 
R.Rza cəbhədə tanış olduğu tibb bacısını 1943-cü ildə yazdığı “Vəfa” pyesi-
nin qəhrəmanının prototipi kimi seçmişdir.  Əsər dəfələrlə tamaşaya qo-
yulmuşdur. Şair müharibə mövzusuna yaradıcı-
lığının sonrakı illərində də müraciət etmişdir. 
Müharibədən sonrakı illərdə R.Rzanın yara-
dıcılıq axtarışları daha da genişlənir. İndi dün-
ya, insan və onun taleyi üçün narahat bir sənət-
karın düşüncələrinin geniş əks olunduğu fəlsəfi lirikanın təkrarolunmaz nümu-
nələri yaranmağa başlayır. Bu şeirlərdə insana hörmət, dərin məhəbbət, onu bü-
tün xəbis hislərdən və pisliklərdən uca görmək arzusu ön plana keçir. İnsanın öz 
ləyaqətini anlaması, şərəfli və xoşbəxt ömür yaşaması şairin ən önəmli istəyinə 
II  Dünya  müharibəsi  şairin  həya-
tında və yaradıcılığında hansı dəyi-
şikliyə səbəb oldu?
 
Müharibədən sonrakı illərdə 
şairin həyatı və yaradıcılığı üçün 
səciyyəvi olanlar nədir? 
  LAYİHƏ


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə