Ömrü başa vurar şir ürəklilər,
Öküz ürəklidə olmaz bir hünər.
Saqi, şərabı ver, sən ol köməyim!
Bir su tök, od tutub yansın ürəyim!
Ver о şərabı ki, yuduqca daşı
Parladıb eyləsin bir yaqut qaşı.
ZÜLMƏ QATLAŞMAMAQ
Neçin alçaqlara boyun əyirsən?
Oyuncaq olursan namərdlərə sən?
Nə üçün boynuna min yük alırsan?
Zalımın zülmündən razı qalırsan?
Qəlbi yumşaqlığı bir dəfə unut,
Çiynini dağ kimi ucalıqda tut!
Sən də süsən kimi ipəkdən olsan,
Səni saf toф aq da yaralar, inan!
Zəlillik йгэуэ ağnlar salar,
Zülmə dözənlərin sonu olar xar.
Tikan tək çiynində tut yarağım,
О vaxt qucaqlarsan gül budağım.
İnsam sarsıdar göz yaşı, nalə,
Ah çəkib, of deyən yetməz kəmalə!
Saqi, zaman keçir, durma, qardaşım!
Şərab ver, doludur fikirlə başım!
O, bir çıraq olsun yolçu keçəndə,
Gəncləşsin qocalar onu içəndə.
Dostları ilə paylaş: