Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə11/83
tarix23.03.2023
ölçüsü2,3 Mb.
#102980
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   ...   83
Leyli ve Mecnun

ŞİKAYƏTİN ÜZRÜ
Mən, mən olan gündən, şahiddir aləm, 
Bir qanşqanı da incitməmişəm. 
Dürrümü çəkmədim özgə suyuna61, 
Pislik yaratmadım, düşmənəm buna. 
Təmizdir vicdanım, ucadır adım,
Itin də haqqında pis danışmadım.
Şir kimi qızdırsa məni köpəklər,
"Eyb etməz" deyərəm, basılmaz hünər. 
Yaxşıydı hirsimi gizləsəydim mən,
Bu dediklərimi deməsəydim mən. 
Lakin, ariflərin zəndinə bax bir, 
Dilsizlik, dünyada qeyrətsizlikdir.
Bir insan şəhərdən olsa xəbərdar,
Bilər ki, hardandır bizim motahlar. 
Kim ki, mənə qarşı bir əl qaldırar, 
Onun məndən başqa düşməni də var. 
Ey könül! Bu kəskin sözlərdən əl çək
Qəm piyaləsini öz başına çək!
Gül kimi, köçməyin təblini vur sən, 
Kim qoparsa səni, öp əllərindən. 
Qanını çörəynə yavanlıq elə,
Papağı dik saxla, baş getsə belə.
Zülmə döz, incitmə heç də özgəni, 
Ellər qəm çəkincə, dərd alsın səni.
50


OĞLUM MƏHƏMMƏDƏ NƏSİHƏT
Sən, ey on dörd yaşlım, hər elmə yetkin! 
Gözündə əksi var iki aləmin!
Yeddi yaşar oldun о zaman ki, sən, 
Açıldın gül kimi, güləndə çəmən.
Indi ki, çatmışdır yaşın on dördə,
Başın sərv kimi durar göylərdə.
Qəflətdə oynama, qeyrət vaxtıdır,
Indi hünər vaxtı, şöhrət vaxtıdır. 
Ucalmaq istəsən, bir kamala çat,
Kamala ehtiram göstərər həyat.
Uşaqkən əslini sorsalar bir az,
Ağac bar verəndə cinsi sorulmaz!
Elə ki, böyüdün, belədir qayda,
Atamn adından sənə nə fayda?
Sən, aslanlar kimi, keç cəbhələrdən 
Yalmz hünərinin balası ol sən!
Səadət kamalla yetişir başa,
Xalqa hörmət elə, ədəblə yaşa.
Başına əfsanə düşdüyü zaman 
Allah qorxusunu unutma bir an.
Öz adına layiq işlər gör ki, sən 
Axırda utanma xəcalətindən.
Oğul, sözlərimə yaxşı qulaq as!
Ata nəsihəti faydasız olmaz.
Görürəm, şöhrətdə ləyaqətin var,
Şerdə, sənətdə məharətin var.
Şairlik eləmə! Dövrə bax ki, bir,
Tərif əvəzinə pislənir şer.
Şerdən ucalıq umma dünyada,
Çünki Nizamiylə qurtardı о da.
Hərçəndi sənətin çox rütbəsi var,
Həyata faydalı bir elim axtar.
Bu əyri çizgilər cədvəlində sən 
Özünü şərh edib, özünü öyrən!
51


01 öz vicdanmın sirrinə açar,
Çünki bu mərifət qəlbə nur saçar. 
Elmlər elmidir demiş peyğəmbər 
Din elmi, təbabət elmi müxtəsər. 
Göbəkdəki ətri bu iki elmin 
Fəqihlə təbibdir bunu bil yəqin.
Fəqih olsan əgər itaətkar ol,
Hiylədən, riyadan daim kənar ol.
İsa mərifətli həkim ol, amma,
İnsanı öldürən bir həkim olma.
Həm həkim, həm fəqih olsan sən, əgər, 
Hamının yanında adın yüksələr.
Həyat da, ölüm də qul olar sana,
Səadət və şöhrot düşər payına.
Bir elim öyrənmək istədikdə sən 
Çalış ki, hər şeyi kamil biləsən.
Kamil bir palançı olsa da insan, 
Yaxşıdır yanmçıq papaqçılıqdan. 
Məndən söyləməkdir, səndən eşitmək, 
Bir insan əliboş gəzməsin gərək.

Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə