Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc


PAHŞAHLARIN QULLUĞUNU TƏRK ETMƏK



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə15/83
tarix23.03.2023
ölçüsü2,3 Mb.
#102980
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   ...   83
Leyli ve Mecnun

PAHŞAHLARIN QULLUĞUNU TƏRK ETMƏK
Bir-iki rind ilə get müsahib ol,
Axtar bu dünyada qürarsuz bir yol.
Zərrəylə dur otur, gün işığı tək,
Cəmşid sarayımn fikrindən əl çək!
Padişah puluna tikmə gözünü,
58


Qanun kəməndinə salma özünü!
Şalılar məclisindən kənar ol, kənar!
Pambıq od görəndə alışıb yanar.
О od doludursa işıqla əgər,
Ondan uzaq olan asudə gəzər.
Işıq alırdısa pərvanə şamdan,
Yandı məclisinə düşdüyü zaman.
Saqi! Şərab gətir, könüldə qəmvar,
Şərabla qəmləri dağıtmaq olar.
Ver о şərabı ki, safdır gümüş tək,
Onunla qəmlərdən qurtanr ürək.
İNSANLARIN İŞİNƏ VƏ RUZİSİNƏ ƏL
U ZATM AMAQ
Razı qal cahanda öz qismətindən,
Özgənin haqqını çeynəmə gəl sən.
Bir də ayağını öz yorğanından 
Artıq uzadanlar bədbəxtdir, inan.
Bir quş ki, həddindən artıq ucalar,
Özünü fəlakət yoluna salar.
Ilan düz getməsə yoluyla əgər,
Özünə sanlıb, dolaşıq düşər.
Silaha sanlsa bir zahid axmaq.
Onun qazandığı sillə olacaq.
Aslanla döyüşə çıxsa Ш1кШэг,
Bilinər kimdədir qılıncla hünər.
Saqi! Baş qızdıran şərab ver görok.
Piyalən hər zövqü oxşasın gərək!
Bir şərab gətir ki, qəlb açsın yenə,
Can versin Keyqubad xəzinəsinə.
59


ŞADLIQ VƏ QƏNAƏT
Şadlığı bir yaşat təbiətinlə,
Şad ol öz qismətin, öz nemətinlə. 
Insanlardan başqa bütün canlılar 
Qənaət evində tutmuşdur qərar.
Ruzi arxasınca onlar da qoşar,
Nə tapsa, onunla keçinib yaşar.
Ruzi olmasa da kifayət qədər,
Nə küsər, nə də ki, şikayət edər.
Yalmz insan oğlu doymayan zaman 
Şikayət sədası ucalar ondan.
Əlindən tikəsi itsə bir kərə,
Naləsi, fəryadı çıxar göylərə.
Düşəndə damına bir damcı yağış,
Buludu töhmətlər, dilində qarğış.
Insan daşa tutar günəşi yerdən,
Ona arpa boyda daş dəysə birdən.
Çalış, işıq kimi ap-ağ olasan!
Pisdən və yaxşıdan uzaq olasan!
Su kimi aləmə həyat ver, can ver,
Hər rəngə uyğunlaş, dərdə dərman ver!
Saqi! Bəhanəni ortadan götiir.
Zərdüştü, şərabı məclisə gətir.
О mey ki, məclisə işrət bəxş edər,
Döyüşdə silaha q üw ət bəxş edər.

Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə