KEÇMİŞ MÜSAHİBLƏRİN XATİRƏSİ VƏ
BAŞQALARIİLƏ MÜSAHİBLİK
Yetməzmi dostiardan vurduğum dəmlər?
Наш о mən deyən dostlar, həmdəmlər?
Х ш таш п şirəylə şadlanmağı var,
Х ш т а yoldaşlıqla şirə yaradar63.
Bir də ipək taclı barama qurdu
Tacını yoldaşlıq əliylə qurdu.
Qanşqa birliklə göstərər hünər,
Özündən çox böyük şeylər sürüyər.
Dostluqda hər kimlə səsləşə bilsən,
Onun pərdəsində nəğməni çal sən.
Bu dar nəğməciyin öz pərdəsi var,
Ahəngi bilməsən, dolaşıq çalar.
Yalmz ipək deyil Çində toxunan,
Gah qumaş, gah həsir toxuyur insan.
Işə kömək etsə təmkinlik, əgər,
Sonunda daima işlər düzələr.
Bir çalğı tutmasa nəğməyə ahəng,
Nəğmə çalınsa da tez kəsiləcək.
Saqi!
Ətir iyli şərab gətir sən,
Gəl aç bu zənciri mən çarəsizdən.
Bir şərab gətir ki, can şirəsidir,
Gənclik küzəsinin yetirməsidir.
VÜCUDU UNUTMAQ
Toфaqla örtülən bir ev üçün sən
Çoxmu qan udaraq, ah çəkəcəksən?
Hörümçək toradur о açıq-aşkar,
Gah yara bağlayar, gah da qanadar64.
Bəzən bir milçəyin yolunu kəsər,
Bəzən də bir əlin qanını kəsər.
Bağlasan bu evi baramalar tək,
55
Rahatca yatarsan yatağında tək.
Giiııahla doludur bu can evi, bil,
Onun da dövranı çox siiroıı deyil...
Saqi! Nə şərabdan, пэ kefdən əl çək!
Bu acı şərabla şirin kef çəkək!
Bir şərab gətir ki, içəndə dərhal
Bilinsin kimdədir idrakla kamal!
ŞÖHRƏTİ UNUTMAQ
İlan tək dikbaşlı gəzmə, ey insan!
Aşacaq dünyamn seli başından.
Yeddi başın olsa, əbdəhalar tək,
Onun yeddisi də уегэ düşəcək.
Çox da yüksəkliyə ucalma ki, sən
Torpağa düşəndə inciməyəsən.
Nə qədər alçaqdan yıxılsa adam,
О qədər ağnsı az olur müdam.
Dünyada yer kimi ağır dolansan,
Üç gövhər arxanda qalacaq, inan!
Bütün gövhərlərin rəngi parlaqdır,
Hamsından xoş gələn уепэ torpaqdır,
Torpaqda gizlidir о üç yoldaş da,
Yenə də torpaq var о üç yoldaşda.
Saqi, lalə rəngli bir şərab yetir!
Qarşıma çəng ilə bir badə gətir!
Onunla sabahın üzü şad olur,
Onunla rah evi tez abad olur.
Dostları ilə paylaş: