LEYLİ İLƏ M ƏCNUNUN SEVİŞM ƏSİ
Нэг gün parladıqca sübhün güzgüsü,
Doğardı şərqin də Yusif üzlüsü69.
Öz reyhan köksünə turancu fələk
Qızıl bir turancla verirdi bəzək.
Leyli də
bəhs edib turanc fələklə,
Turanc çənəsini alardı э1э.
Turanclu gördükcə xalq о nigan,
Açıldı eşqinin yetişmiş nan.
О təzə turanca baxdığı zaman
Turanc tək, əlini kəsərdi insan.
Qeys onun turunca bənzər üzündən
Saralıb nannca dönmüşdü bilsən.
Nanncla turancun ətri dünyada
Dostlar damağını gətirdi dada.
Böyləcə bir müddət gəlib dolandı,
Bu iki nazənin odlara yandı.
Çəkib qılıncını zalım məhəbbət.
Bu gənc ürəkləri eylədi qarət.
Ürək əvəzində qəm verdi yalnız,
Ürəklə səbri də apardı vaxtsız.
Onlar bir-birinə könül verdilər,
Tezcə dildən-dilə düşdü bu xəbər.
Нэг yandan yırtıldı bu gizli pərdə,
Bu sirr əzbər oldu bütün dillərdə.
Bu qəmli dastanın sərgüzəştindən
Нэг ağız bir parça deyirdi bəzən.
Aşiqlər çalışıb, çox əlləşdilər
Ki, aləm tutmasın bu sirrdən xəbər.
Lakin, bağlansa da ətir şişəsi,
Yenə duyulacaq xoş rayihəsi.
Eşqə məhrəm olan razgar, qəflətən
Götürdii pərdəni eşqin üzündən.
Xeyli səy elədi oğlan da, qız da,
Bu sirr dolaşmasın dildə, ağızda.
Bu səyin olmadı faydası bir az.
Günəşi palçıqla qapamaq olmaz.
Göz qəmzə oxunu atsa, aşikar,
67
Eşşəyi də getdi, ip də onunla.
Öz qəlbini bölüb, bənzətdi nara
Ki, Leyli söyləsin "Ey qəlbi para".
Çalışdı,
sirrini bilməsin ellər,
Lakin, qəlb oduna kim dözə bilər?
Beyninə sıçradı qəlbinin qam,
Aşiqin dərdini üzündən tam.
O, yar dərdindəydi, ondan yar uzaq,
O, qəm içindəydi, qəmküsar uzaq.
Gözünə şam kimi yuxu gəlməzdi,
Gecə də, gündüz də о dincəlməzdi,
Üzürdü сашш bu bəla, bu qəm,
Nə bir can dərmanı, пэ də bir məlhəm!
Umudla qəsd edir о öz canına,
Başını çırpardı yar eyvanına.
Səhər ayaqyalın, baş açıq, yalnız,
Çöllərə qaçardı о vaxtlı-vaxtsız.
О yann quluydu, yarsa zindanda,
Bir qəlb döyünürdü о iki canda.
Dilində hər gecə hicran qəzəli,
Pünhan axtarardı nazlı gözəli.
Onun qapısını öpüb hər gecə,
Yenə qayıdardı ordan gizlicə.
Gedəndə yel kimi əsərdi o, bil,
Geri qayıtması çəkərdi bir il.
Gedən baş, quşu da vurab ötərdi,
Gələn baş, yolunda tikan bitərdi.
Gedən baş, sellərə bənzəri vardı.
Gələn baş, yollan çuxur olardı.
Gəzərdi cananı ayağı qabar,
Elə bil altında yorğa bir at var.
Evinə dönəndə deyirdi ürək:
-Qarşımda quyu var, arxamda külək,
Bəxt əl uzatsaydı ona bir yerdə,
О öz yuvasına dönməzdi bir də.
Dostları ilə paylaş: