Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə26/83
tarix23.03.2023
ölçüsü2,3 Mb.
#102980
növüYazı
1   ...   22   23   24   25   26   27   28   29   ...   83
Leyli ve Mecnun

MƏCNUNUN ATASINA CAVABI
О şəkərdillini Məcnun eşitcək, 
Ağzından söz tökdü о da şəkər tək: 
"Sən, ey böyüklüyü göylər calallı,
Uca göylərdən də uca xəyallı,
Viranə yerlərə sənsən şəhriyar, 
Ərəblər üzündə, ənbər xalın var.
Sənin dərgahındır ilk qibləgahım, 
Camm camndandır, sənsən pənahım. 
Ömrün uzun olsun, daima yaşa, 
Səninlə bir vuraq dünyam başa.
Böyük xəzinədir bu nəsihətin,
Yaramı bağladı mehrin, ülfətin.
Ancaq, neyləyim ki, mən bəxti qara 
Xoşla düşməmişəm vəhşi dağlara. 
Doğrudur, dağılmış səbrim, qəranm, 
Özümdə deyildir öz ixtiyanm. 
Bağlamb qalmışam, zəncirim dəmir, 
Görünür mənim də bəxtim belədir. 
Zənciri açmağa gücsüzəm bu dəm,
Bu yükü üstümdən ata bilmərəm. 
Dedim ki, dönməsin ciyərin qana, 
Xəyal pərişandır, könül virana. 
Başımda partlayan bu ildınmdan 
Minlərcə xırmanlar yanmışdır, inan. 
Məzlum mən deyiləm yalmz bu yerdə, 
Yüzləri düşmüşdür mən düşən dərdə. 
Kölgə özbaşına düşməz quyuya, 
Göydə dayanmamış ay duya-duya83.
92


Filin vücudundan milçəyə qədər,
Bu zülmü çəkməyən varmıdır məgər? 
Xalqın istəyincə olsaydı hər iş,
Bir iş qalardımı xalq istəməmiş. 
Daşlan əridir çəkdiyim kədər,
Kim öz ürəyinə sıxıntı istər.
Məni pis taleim təqib edir, bil,
Heç kəs bədbəxtlikdən qurtaran deyil. 
Neyləyim, olsaydı əlimdən tutan,
Ya günəş, ya da ay olardım, inan. 
Bizdən ixtiyarsız yaranmış hər iş, 
Insan iradəsi ona dəyməmiş.
Başım bəlalıdır, ürəyim xal-xal, 
Dünyada varmıdır bir nəfər xoşhal. 
Vətən tozu kimi mənəm sərgərdan, 
Axır gözlərimdən yaş yerinə qan. 
Bükdüm ildınm tək dodağımı mən, 
Qorxub gülmədim ki, od tutar bədən. 
Deyirlər, nə üçün gülməyirəm bir? 
Ağlamaq qəmginlik əlamətidir. 
Ömrümdə şadlanıb gülsəm bircə gün, 
Qorxuram ağzımdan alov püskürsün. 
Kəklik qanşqanı dimdikləyərək,
Onu dimdiyində sıxırdı bərk-bərk. 
Qanşqa kəkliyə gülərək bu an, 
Dediki: "Səngülməkbacarmayırsan" 
Yazıq qanşqaya baxaraq dik-dik;
"Bu mənim peşəmdir" söylədi kəklik. 
Sonra qəhqəhəylə о güldü birdən, 
Saldı qanşqanı öz dimdiyindən.
Нэг kim bu dünyada gülərsə artıq, 
Ondan uzaqlaşar тэп сэ xoşbaxtlıq. 
Yersiz bir gülüşün пэ mənası var? 
Yerində ağlamaq daha xoş olar. 
Mənim ki, nəsibim oldu əziyyət
Hansı bir günümlə т э п olum rahət? 
Belinda yük olan qoca bir eşşək
93


Nə qədər ömrü var əzab çəkəcək, 
Rahat olmayacaq о əziyyətdən,
Bir ölüm qurtarar onu bu dərddən. 
Demə məhəbbətə qılıncdan iti,
Ürəkdir yaradan bu məhəbbəti.
Qılınc oyıınıından kim qaçsa, gerçək, 
Başı bir qılıncla vuralsun gorok.
Eşqin qılıncından qorxmaz ki, heç kəs, 
Aşiqin başından qılınc əksilməz.
Aşiq olan kimsə camndan qorxmaz 
Сапашш sevən cahandan qorxmaz. 
Girdi bulutlara о ay sirdaşım,
Qoy qılınc altına qoyulsun başım.
Bir baş verilməsə canana qurban, 
Qılınca və teştə layiqdir, inan.
Bu odlara düşən canım naxoşdur,
Bu naxoş cammın yanması xoşdur. 
Man ki, söz olmuşam ağıza, dilə,
Sən də unut məni bu gündən belə".
Ata dinlədikcə yazıq oğlunu,
Ağladı, ağladı, yaş boğdu onu.
Bir yanda atası dayanmış giryan,
Bir yanda balası yıxılmış üryan.
Sonra evlərinə onu apardı,
Təsəlli verərək öpdü, yalvardı.
О sinəsi dağlı, о bəxti qara 
Qəfəsdə quş kimi düşmüşdü dara. 
Evdə iki-üç gün qara bağladı 
Bu acı səhnəni görən ağladı.
О pərdəni yırtıb, ah çəkdi уепэ,
Baş alıb yollandı çölün düzünə.
Əzab içindəydi həyatı ancaq,
Ölümdən pis idi ona yaşamaq. 
Məhəbbət coşdurdu оп ш ruhunu, 
Yenə Nəcd dağına apardı onu.
Əli daş kimiydi, ayağı dəmir,
Dağı dolaşırdı о havalı şir.
94


Orda gurladıqca Məcnunun səsi,
Bir qəzəl deyirdi hər zümzüməsi. 
Ellər, obalar da yığışıb səf-səf 
Gəlirdi heyrətlə о dağa tərəf. 
Eşitdikdə ondan nadir bir inci,
Xatirə qələmə tutub birinci.
Töhfə apardılar diyarbədiyar,
Aşiqlər nəğmədən varlanırdılar.

Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə