Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc


MƏCNUNUN AHULARIAZAD ETMƏSİ



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə34/83
tarix23.03.2023
ölçüsü2,3 Mb.
#102980
növüYazı
1   ...   30   31   32   33   34   35   36   37   ...   83
Leyli ve Mecnun

MƏCNUNUN AHULARIAZAD ETMƏSİ
Dinləyin bu ötən, sədəfli sazı,
Görün nələr deyir onun avazı:
Murada çatmamış о yaralı quş,
Qəlbi intizara, dərdə tutulmuş,
Nofəldən aynlıb çapdı atını,
At açdı çöllərdə yel qanadını.
Nofəl, о əhdinə çıxdı vəfasız,
Мэспип oxuyurdu səhrada yalqız.
Нэг kiçik təpəyə üz tutub bəzən,
123


Şikayət eylərdi öz taleindən.
Göz yaşı tökərək о yürüyürdü, 
Uzaqdan quralu bir tələ gördü. 
Tələyə düşmüşdü bir-neçə ceyran, 
Yazıqlar bağlıydı əldən ayaqdan. 
Qəsdinə durmuşdu ovçu onlann, 
Qanını tökməyə о ceyranlann. 
Məcnun səyirtdi ki, yetsin köməyə, 
Ovçu da dayandı: "Gələn var" deyə. 
Dedi: "Tələ üstə çıxmışam birdən, 
Adət qonağıyam, özün bilirsən. 
Ahular başından götiir tələni,
Onlan azad et, sevindir məni.
Yazıq heyvanlara пэ qəsdin vardır? 
Onlar həyat üçün yaranmışlardır. 
Gözləri göyçəkdir, baxışlan şad. 
Onlar da əzəldən yaranmış azad. 
Necə qıyırsan ki, bir həmlədə sən 
İki-üç qan töküb nəfəs kəsəsən. 
Qurd olsa bir adam zatında əgər,
Bu qurd о ceyranın qanını tökər. 
Yar gözü kimidir ahunun gözü,
İlk bahar gününə bənzəyir üzü.
Yar gözü eşqinə rəhm et ceyrana, 
Bahar xatirinə gəl qıyma ona. 
Boynunu vurma gəl, bivəfa deyil,
О şümal gərdənə ip rəva deyil.
О xallı boynundan gəl indi vaz keç, 
Ona polad qılınc yaraşırmı heç?
О qara gözlərin sürməsi də var, 
Rəvamı torpaqla örtülə onlar? 
Gümüş həsəd çəkir о saf sinəyə
Yanıb kabab olsun, kül olsun niyə? 
Nazla bəslənmişdir şümal sağnlar. 
Danış, layiqmidir ona ağnlar?
Ahu göbəyindən mişk alınar, bil, 
Qanını tökməyin insafdan deyil.
124


О zərif ayaqlar bir xeyzərandır,
Onları incitmə, qıyma, amandır!
Yükə qatlaşmamış о incə kürək,
Yerə vursan onu о inciyəcək".
Ovçu bu öyüdü dinləyib daldı, 
Donaraq barmağı ağzında qaldı.
Dedi: "Yoxsulluğa düşməsəydim mən, 
Boyun qaçırmazdım bu sözlərindən. 
Iki ay içində şikanm budur,
Külfətim bir buna göz tikib durur. 
Ehtlyac içində qalan bir ovçu 
Ovunu öldürsə olarmı suçu?
İstəsən, onlann gəl qeydinə qal, 
Onlann canını məndən satın al". 
Məcnun dinləyərək yoxsul ovçunu, 
Atından tez düşüb çağırdı onu.
Ovçuya verərkən ceyran atını,
Açdı ceyranlann qol-qanadını.
Ovçu tez minərək atı yol aldı,
Məcnun ceyranlarla səhrada qaldı. 
Mərhəmətiə deyil, sevgiylə qəlbən 
Öpdü ceyranlann qara gözündən.
Bu yar gözü deyil, ona oxşardı,
О qara gözlərdən bir yadigardı.
Onlara mərhəmət diləyib haqdan,
Açıb xilas etdi qanlı duzaqdan.
Özü də çöllərdə fəryad çəkərək, 
Ahular dalınca yüyürürdü tək. 
Düşməni yoxsa da, silahı vardı,
Gül tək silahından yara alardı.
О isti qumlann odlu qoynunda 
Qazan tək qaynayıb coşurdu о da. 
Havalar qızırdı çəkdiyi ahdan,
Əynini cınrdı çöldə hər tikan.
Gecənin üzünə zülmət gələndə,
Ayın pərdəsində gün gizlənəndə 
Məcnun nalələrdən cana gəlmişdi,
125


İpək teli kimi çox incəlmişdi.
Y ann saçlan tək qaraydı gecə,
Yol aşiq cam tək olmuşdu incə.
Məcnun ilan vurmuş kərtənkələ tək,
Yamb qovralurdu mağarada tək.
Yerdə qıvnlırdı bir ilan kimi,
Odlara qalanmış bir tikan kimi.
Sübhə dək gözləri yuxusuz qaldı.
Ömrü gecə kimi аЫа qaraldı.

Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə