Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc


NOFƏLİN İKİNCİ MÜHARİBƏSİ



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə33/83
tarix23.03.2023
ölçüsü2,3 Mb.
#102980
növüYazı
1   ...   29   30   31   32   33   34   35   36   ...   83
Leyli ve Mecnun

NOFƏLİN İKİNCİ MÜHARİBƏSİ
Bu söz gövhərini tapıb kəşf edən 
Dastan qapısım açır sinədən:
Nofəlin başına toplaşan ordu 
Heyrətə salmışdı böyük bir yurdu. 
Nərədən toфağm bağn söküldü, 
Buqəbis zirvəsi yerə töküldü.
Onun nərəsindən titrəyən düşmən
117


Döyüş meydamnda səf çəkdi həmən. 
Qəbilə başçısı donuxub qaldı,
Nofəl ordusunun seyrinə daldı.
Gördü ki, nizələr almış hər yeri,
Ordu bulud kimi tutmuş göyləri 
Təbil nərələri gəldikcə bəzən 
Ölünün qəlbi də qopur yerindən. 
Nofəl ordıısıınıı görəndə düşmən,
Nə hərbə meyl etdi, пэ qaçdı hərbdən. 
Hücuma girişdi "bəxtə-bəxt" deyə, 
Atını səyirtdi müharibəyə.
Ordular gəldikcə orda baş-başa,
Endi şimşək kimi qılınclar başa. 
Qumlan sel kimi apardıqca qan,
Əqiq göyərirdi san qumlardan, 
Ürəklər yoraldu ciyər yarmaqdan. 
Qılınclar utandı baş qoparmaqdan. 
Nofəl qılınc çəkib qalxan tutaraq,
Нэг hücum başında yıxırdı bir dağ. 
Əbdahalar kimi qızıb meydanda,
Bir nəfəs kəsirdi о hər bir anda.
Şir kimi getdikcə Nofəl irəli,
Oxlara dönmüşdü sərt kirpikbri. 
Hirsdən çatıldıqca qəzəbli qaşlar, 
Toppuz zərbəsindən uçurdu başlar. 
Gürzlü çomağını endirən zaman 
Elburs dağı da uçardı, inan.
Нэг kəsə bir qılınc vursaydı Nofəl, 
Onu varaq kimi doğrardı əl-əl. 
Məcnun da həvəslə hərbə gedirdi,
О həlak olmağa çox səy edirdi.
Döyüş meydanlan qızışdığı vaxt 
Tabut taxtasına dönmüşdü hər taxt. 
Bir olsa yoldaşın, dostun əməli, 
Daşdan su çıxardar onlann əli.
Nifaq olan yerdə fəlakət də var, 
Səadət günəşi birlikdən doğar.
118


О gün nofəlçilər qalib gəldilər, 
Onlann bəxtinə açıldı səhər.
Düşmən cəbhəsini yanb sökdülər, 
Baş-başa, leş-leşə vurab tökdülər.
Can verib öldükcə yaralananlar,
Ah çəkib sönürdü darda qalanlar.
Əsib kükrədikcə ölüm razgan, 
Leyligil tərəfin ağsaqqallan 
Aman istədilər igid Nofəldən, 
Yalvanb dedilər: "Düşmüşük əldən. 
Çəkmə qılıncını gəl indən belə, 
Hamını ölmüş bil, əsir zənn elə.
Bizi qırmağından bir fayda varmı? 
Igid basdığını boğazlayamu?
Iki-üç nəfərik, olmuşu unut,
Əlinə ox alma, əlimizdən tut.
Gəl bu qiyaməti əlindən burax, 
Qiyamət günü var... о dünyaya bax. 
Düşmən silahlansa qarşında əgər,
Sən də qılınc vurab qüw əni göstər. 
Lakin, silah töksə qarşında düşmən,
О miskin düşmənlə gəl vuraşma sən. 
Artıq tutmayınq üzünə qalxan,
Gəl bağışla bizi sən, ey qəhrəman! 
Qılıncla, nizəylə dindirmə bizi, 
Görürsən qalxansız əllərimizi".
Nofəl bu naləni dinləyib о dəm, 
Keçmiş günahlara çəkdi bir qələm. 
Əmr etdi: "Gəlini gətirin ki, mən 
Xoşluqla əl çəkim bu qəbilədən". 
Leylinin atası, ürəyi qəmli,
Toфağa üz qoydu gözləri nəmli. 
Yalvardı Nofələ: "Ey böyük insan, 
Güvənir tacına bu Ərəbistan.
Dərdli bir qocayam, ürəyimdə qəm, 
Səndən uzaq olsun, yaman gündəyəm. 
Qorxaraq ərəbin tənələrindən,
119


Əcəm ləqəbini gəzdirirəm mən. 
Başımın dərdinə, sövdasına bax, 
Bəxtimdən görürəm mən bunu ancaq, 
Xəcalət çəkirəm bu günahımdan,
Civə tək ərimək istərdim, inan.
Qızımı qarşına gətirsəm də, bil, 
Quluna versəm də, əskiklik deyil. 
Yenə fəxr edərəm, gəl inan ki, sən, 
Boyun qaçırmaram sənin hökmündən. 
Çöldə od yandınb ocaq da çatsan, 
Qızımı ud kimi oda da atsan,
Ya quyu dibinə tullasan onu.
Ya da qılınc çəkib vursan boynunu, 
Bil ki, ağ olmaram üzünə уепэ, 
Can-başla hazıram hər bir əmrinə. 
Baharda bir təzə gül olsam da т э п , 
Boyun qaçırmaram sənin əmrindən. 
Ancaq, о dəliyə layiq deyil qız,
Dəliyə bir zəncir yaraşır yalnız.
Ay üzlü bir qıza sərsəm yararmı? 
Çör-çöpün yamnda od qalanarmı?
O, gicdir, mərd deyil, yoxdur sənəti, 
Nə dünyası vardır, пэ axirəti.
Dağlan, daşlan gəzir о sərsəm,
Inan, divanədir, dəlidir desəm.
Pis-pis adamlarla oturub durar, 
Mənim adıma da min ləkə vurar. 
Mərdə təmiz bir ad candan əfzəldir, 
Ləkəli qalmaqdan ölüm gözəldir.
Ərəb toфağmda küləklər belə 
Qızımı salmışdır ağıza, dilə.
Leylinin adını o, dilə saldı,
Balam bu dünyadan min töhmət aldı. 
Мэспипа tapşırsan cilovumu sən, 
Mənə güləcəkdir hər yoldan ötən.
Bir nəhəng ağzında qəhr olub ölmək
120


Alçaq bir ömürdən xoş olsun gərək. 
Bədnam olmağımı qoyma, amandır! 
Qiyamət günü var... o, imtahandır. 
Indi bu naləmə, dərdimə çatsan, 
Dünyada xoşbəxt ol, sevin hər zaman. 
Yoxsa, and içirəm bir allaha mən, 
Əlimi çəkərəm ətəklərindən,
Ay üzlü balamın vurab boynunu,
Itin qabağına ataram onu.
Taki bu qeyrəti çəkməyim bir də, 
Ölüb, öldürməyim durduğum yerdə. 
Qoy mənə yer üzü lənətlər desin, 
Qızımı divdənsə köpəklər yesin. 
Insanı dinləsə azğın bir quduz,
Onun məlhəmi var, keçər, qorxusuz. 
Lakin dil yarası ürəkdən getməz,
Ona min məlhəm də bir əsər etməz". 
Nofəl dinlədikcə rəngi saraldı,
Söz tapa bilməyib cavabsız qaldı. 
Qoca danışdıqca açıq, mərdana,
Nofəl yumşalaraq: "Qalx-dedi ona.
Bu gün bir sərkərdə olsam belə mən 
Xoşluqla istərdim qızını səndən.
Indi ki, vermirsən, canın sağ olsun, 
Мэп zalım deyiləm, üzün ağ olsun. 
Qura bir çörəklə, şor bir halvadan 
Pisdir zorla gələn bir arvad, inan. 
Dualar ardınca dolaşıram mən,
Belə cəfalardan bezaram, bilsən". 
Nofələ dil açdı yaxın adamlar, 
Dedilər: "Qocanın пэ günahı var? 
Məcnun xoş gəlməsin gözünə sənin, 
Mənliyi alçaqdır о divanənin.
Bir qadın doğrudan sevsə də onu, 
Fəlakət törədər bu eşqin sonu.
Havalı yaşayan sərsəm bir insan.
Nə xeyrə, nə şərə yarayar, inan.
Ona neyləsən də ağıla gəlməz,
121


Yoxdur iradəsi, dumb dincəlməz. 
Dünən biz onunçun döyüşən zaman 
Qələbə istərdi düşmənə hər an.
Oxlara gərmişdik biz sinəmizi,
О da oxlayırdı bir yandan bizi.
Bu iş ağıllının işi deyildir,
Ona ağlamaq da, gülmək də birdir.
Bu gün yetirsək də canana onu,
Açıq görünür ki, matəmdir sonu.
Düz ölçüb biçməsən bu işi, ey mərd, 
Biz zərər çəkirik, siz də xəcalət. 
Adımız, sanımız bizə əfzəldir,
Bu işdən əl çəkmək daha gözəldir". 
Nofəlin qəzəbi soyuyub söndü, 
Qoşuna əmr edib, geriyə döndü. 
Məcnun yaralandı bu bəd xəbərdən, 
Min tikan sancıldı qəlbinə birdən.
"Ah, - dedi, - çatmışdı visal üçün vaxt, 
Öldü, oyanmadı, oyanmadı baxt. 
Bəxtimin vəfası olsaydı mana,
Özüm tək olardı dostum mərdana". 
Gözündə yaş seli, qəlbində vulkan, 
Nofəlin yanına gəldi pərişan.
Dedi: "Ey dostluğa qadirəm deyən, 
Söz verib, sonradan sözünü yeyən
Mənim ki, üzümə gülürdü səhər, 
Rəvamı qəlbimdə sönsün ümidlər.
Nə üçün buraxdın ovumu əldən,
Biz ki, əl vermişdik, unutdunmu sən? 
Susuzdum, apardın sən "Fərat" deyə, 
İçməmiş odlara tapşırdın niyə? 
Şəkərdən bir şirin şərbət qayırdın, 
Ondan da içməmiş məni ayırdın. 
Qarşıma açdınsa şirin süfrəni,
Sonra milçək kimi qovladın məni.
İpin ki, ucunda bu düyün vardı,
Ona dəyməsəydin yaxşı olardı".
122


Deyib bu sözləri getdi çaparaq,
Atının nalından odlar qoparaq.
Ona çox dedilər, çox yalvardılar 
Ki: "Sənə bundan da yaxşı bir nigar - 
Hörmətli, hünərli, dövlətli, mallı,
Bir gümüş sinəli; günəş camallı,
Işinə yarayan bir qız tapanq,
Bu yeri axtanb soraqlaşanq,
Та işin onunla tamam düzəlsin,
Dövlət də qapına qayıdıb gəlsin".
Çox umud verdilər aşiqə bir-bir,
Könlünün düyümü açılmadı bir.
О çıxdı ortadan iz azdıraraq,
Qəlbi bulud kimi tutuldu ancaq.
Göz yaşı tökürdü о qəlbi xəstə,
О tiryək səpirdi zəhərin üstə..
Artıq öz mülkünə qayıtdı Nofəl,
Yetişcək yurduna hər şeydən əw əl 
Çağırtdı о cəfa görmüş Məcnunu 
Ki, ürək verərək dincəltsin onu.
Axtaran çox oldu, tapan olmadı,
Artıq siyahidən silindi adı.
Bildilər, nə imiş bu səssiz gediş,
Onun tənəsinə səbəb пэ imiş...

Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə