Microsoft Word leyli v? M?Cnun-nizami g?NC?VI. doc



Yüklə 2,3 Mb.
Pdf görüntüsü
səhifə41/83
tarix23.03.2023
ölçüsü2,3 Mb.
#102980
növüYazı
1   ...   37   38   39   40   41   42   43   44   ...   83
Leyli ve Mecnun

LEYLİNİN ƏRƏ GETMƏSİNDƏN
MƏCNUNUN
XƏBƏR TUTMASI
Bağdad ellərinin söz yaradam 
Belə nəql eyləyirbizim dastanı:
Boyun zəncirini qırmış о dəli,
Yenicə ay görmüş başı zədəli96,
Bağn kabab olmuş, sərxoş xəyallı,
О xaraba kəndli, viran mahallı 
Gəzirdi çölləri gözlərində qəm,
Dərd idi, ah idi qəlbinə həmdəm.
Yanndan bir qoqu gətirsəydi yel,
Gülərdi yaz kimi ürəyi tel-tel.
Canamn can verən xoş qoqusundan 
Ənbərə çalardı rəngi hər zaman.
Ruhu əyləndirən о xoş ənbərdən 
Zövq alıb təsəlli tapardı hərdən.
Müğilan dibində о bəxti qara 
Zəlil tək düşmüşdü yaş torpaqlara.
Xəyalı çaşaraq düşmüşdü əldən,
О seçə bilmirdi tikam güldən.
Bu vaxt dəvə üstə bir nəfər insan 
Keçdi gürzə kimi onun yamndan.
О bədbəxt əsiri görüncə yolçu,
Dəvəni saxladı, dedi: "Nədirbu?"
Bağırdı bu zaman о bir nər kimi,
Səsləndi ətrafa qafıllər kimi:
"Sən, ey bu varlıqdan xəbərsiz olan, 
Bütpərəstiər kimi yaşayan insan,
Yazıqsan, о bütdən daha üz döndər,
141


Bütlərdə tapmazsan vəfadan əsər. 
Bu yolda bir işıq yanmayacaqdır, 
Yox bil о yan ki, gözdən uzaqdır. 
Bu işdən işsizlik özü əfzəldir,
О yardan yarsızlıq daha gözəldir. 
Ona öz könlünü tapşıranda sən 
Bilməzdin olacaq о sənə düşmən. 
Düşmən sevgilindir, çıxdı vəfasız, 
Dostluq реуташ ш sındırdı о qız. 
Səni xırman kimi о verdi yelə,
Səni yad, etməyir bir zərrə belə. 
Onu bir cavana ərə verdilər,
Indi gəlin oldu sən sevən dilbər.
Bir də öz ərini о rədd etmədi, 
Ondan baş götüriib uzaq getmədi.
О indi keyf çəkir nəşə bağında,
Нэг gecə dəmlənir ər qucağında. 
Öpüşmək olmuşdur peşəsi artıq, 
Sən onun dərdini çəkirsən, yazıq. 
O, gözdən uzaqdır, könüldən iraq, 
Sənəyi daşa çırp. о qızı burax.
О səni salmayır illərcə yada,
Gəl onu bir dəfə unut dünyada. 
Qadın bir deyildir, minlər ilə var, 
Lakin öz əhdini tez pozur onlar. 
Əhdi-vəfa sözü yazıldığı dəm 
Qadınlar adına çəkildi qələm. 
Qadın, doğrudan da, səni çox sevər 
Səndən yaxşısım tapana qədər. 
Başqa birisinə olunca həmdəm, 
Səni görmək belə istəməz bir dəm. 
Qadında kişidən çoxdur ehtiras, 
Ölsə də dünyada muradsız qalmaz. 
Qadın düz oynamaz heç bir oyunu, 
Çətindir hiylədən ayırmaq onu. 
Qadınlar dərdini çox çəkdi insan,
142


Vəfa görünmədi heç bir qadından. 
Bir kişi qadına bağlansa, inan, 
Vəfasız bir qadın yaxşıdır ondan. 
Qadın əyləncədir, saxtadır, qardaş, 
Zahiri sülh olur, batini savaş.
Aləmə bəladır düşmən olsa o, 
Ölümdür qan üçün onun dostluğu. 
Bir işi gör, desən, əlini vurmaz,
Onu görmə, desən, kənarda durmaz. 
Sən dərdlənən zaman sevinib gülər, 
Sən şadlanan zaman о dərddən ölər. 
Qadınlann işi belədir, aşkar,
Pis arvadın uzun macərası var".
Bəd heybət ərəbin lağ-lağ sözündən 
Məcnunun sinəsi od tutdu həmən. 
Yenə ahlar çəkdi о birdən-birə, 
Düşdü üzü qoylu quş kimi yerə.
О qədər döydü ki, başım daşa, 
Qızardı gül kimi daş başdan-başa. 
Libas parçalanmış, can parçalanmış, 
Yıxıldı daşlığa о bağn yanmış.
О ofsıın oxuyan şaşırdı birdən, 
Peşiman olmuşdu dediklərindən. 
Dağdan çox uzağa getməmiş, yolçu 
Gördü ki, təzədən huşa gəldi bu. 
Dönüb min üzr ilə gəldi iləri,
Dedi: "Nahaq dedim m ənbu sözləri. 
Bir sözdü, uydurab dedim yalandan, 
Gəl məni əfv elə, yanılar insan.
Bir zarafatımla incitdim səni,
Canımı verərəm, əfv etsən məni. 
Pərdə dalındadır о canan indi, 
Qınqdır sən kimi оп ш da qəlbi. 
Onunla öz tayı, öz əri belə,
Bir gecə baş-başa yatmamış hələ.
О qıza başqası kəsmişsə nigah, 
Səndən üzməmişdir öz əlini, ah. 
Yoxdur səndən özgə muradı, kamı,
143


Bir sənsən dünyada onun adamı,
Dəqiqə başına о gözəl canan 
Səni xatırlayır, yad edir, inan.
Bir ildən artıqdır gəlin gedəli,
Möhrünü saxlayır vəfalı əli.
Min il keçsə belə, уепэ də sənsiz 
О qızdan bar у е т э к çətindir, şəksiz".
Yalançı yalanı dedikcə gerçək,
О iki üzlünü Мэспип görərək,
Azaldı qüssəsi, dərdi bir qədər,
Dözdü ağnlara cam bir təhər.
Başına vurduğu zərbədən yazıq 
Qanadsız quş kimi olmuşdu artıq.
Ləl axırdı onun yaşlı gözündən,
Vəfa axtanrdı hər beyti, bilsən 
İşinin пэ seM , nə sonu vardı,
Nə yan bu dərddən xəbər tutardı.

Yüklə 2,3 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə