Mənim surətimi qurab bəzəyən
Böyük sənətkara and içirəm mən,
Qanımı töksə də sənin inadın,
Hasil olmayacaq məndən muradın".
Bu and təsir etdi Ibn-Səlama,
О da razılaşdı qura salama.
Bildi ki,
sevməyir onu bu nigar,
Qəlbinin bambaşqa bir çırağı var.
Lakin о məğrurluq üzündən уепэ,
Yox deyə bilmirdi öz ürəyinə.
On dörd günlük о ay, о nazik bədən
Bunu da salmışdı eşqiylə əldən.
Dedi: "Mən ki, düşdüm onun eşqinə,
Uzaqdan da görsəm, bu bəsdir mənə.
Qura bir baxışla şadlansam da mən,
Bu xoşdur, ömürlük yad düşməyimdən.
Dedi ki: - Qarşında çoxdur günahım,
Keç bu təqsirimdən, ey qibləgahım.
Qura tamaşana razıyam, inan,
Namərdəm çəkilsəmbu iqranmdan".
О da ömr elədi, dözdü bu dərdə,
Başqa təmənnası olmadı bir də.
Həsrət içindəydi о bağ bəzəyi,
Yollarda qalmışdı gözü, ürəyi.
Bəlkə, xoş xəbərlə əsən bir külək
Məcnundan ona bir toz gətirəcək.
Ağlaya-ağlaya döyüb köksünə,
Çadırdan çıxardı yollar üstüno.
Bülbüldən yaralı bir səsi vardı,
O, sərxoşlar kimi addım atardı.
"Aşiqim hardadır" söylədikcə qız,
Öz incik rahuyla yaşardı yalnız.
Nə səbri qalmışdı, пэ də qəran,
Dərddən axıtdıqca о göz yaşlan,
О п ш
gizli sirri düşdü dillərə,
Eşqi günəş kimi güldü ellərə,
140
Üzülməz qəmlərin sarsıntısından
Ər, ata qorxusu qalxmış ortadan.
Sövda ki, soxulur insan rahuna,
Ər, ata qorxusu neyləyər ona?
Dostları ilə paylaş: