О gözəl ağacı seyrə dalmışdı.
Budaqda qaraca bir qarğa vardı,
Gözü çıraq kimi işıq salardı;
Gözəllər saçı tək qaraydı rəngi,
Baxdıqca oxşardı qəlbi, ürəyi.
Saleh bir quş idi о yazıq qarğa,
Salehilər kimi geymişdi qara91
Sakitcə durmuşdu budaqda о quş,
Sanki mina üstə şəvə oturmuş.
Məcnun fikrə getdi görəndə onu,
Duydu qəlblərinin bir olduğunu.
"Sən, ey yas libaslı, aç,
söylə ban,
Nədir əynindəki bu yas paltan?
Nədəndir, gecənin rəngi var səndə?
Qara günlərəmi düşmüsən sən də?
Qəmə mən yanıram, alışansa sən,
Mənim əvəzimdə qara geymisən.
Ürəyin yamqlı deyilsə bu dəm
Nədən qaralmısan, ey dərdli həmdəm?
Sinən yanmamışsa, zavallı qarğa,
Sinəsi dağlıdan qaçma uzağa.
Zənci rəngi yağır sənin rəngindən,
Bəlkə də, soyğunçu hindu kimisən.
Bəlkə də, mən şaham,
sən т э п э çətir,
De, nədən qarasan? Açıq söylə bir.
Canana rast gəlsən, ərz elə ki, mən
Onun həsrətiylə düşmüşəm əldən.
Mənim dadıma çat, yetiş amandır,
Dadıma yetməsən halım yamandır.
Demişdin,
əlindən tutaram bir dəm,
Qorxuram bu həsrət gözümdə öləm.
Bir göz kor olarsa, ey nazlı nigar,
Tutiya verməyin пэ mənası var.
Canavar quzunu aparsa əgər,
Çobamn hay-küyü пэ fay da verər.
Sel ki, bir binam dibdən uçurar,
Poladdan olsa da neyləsin divar.
130
Bir əkin yerini vursa quraqliq,
Yağışın mənası qalarmı artıq?
Məcnun dil oxunu atır uzağa,
Budaqdan-budağa uçurdu qarğa.
Məcnun damşdıqca coşub daşırdı,
Qarğa da uçmağa hazırlaşırdı.
О söhbət açdısa əfsanələrdən,
Qarğa dərdlə uçdu durduğu yerdən.
Gecə qarğa kimi geyindi qara,
Yarasa göz açdı qaranlıqlara.
Göydə çıraq kimi yandı ulduzlar,
Qarğa gözü kimi parladı par-par.
Məcnun çıraq kimi söndü, qaraldı,
Sanki gözlərini qarğa apardı.
Y ananbir şam-kimi о
sinə dəftər
Göz yaşı tökürdü səhərə qədər.
Dostları ilə paylaş: